Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 25 İyul 2008, Cümə | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

İNFLYASİYA KALKULYATORU

Azərbaycanda İnflyasiya Kalkulyatoru

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

MSŞA Koalisiyası Şurasının iclası #28(47)(23/12/2005)

MSŞA Koalisiyası Şurasının iclası #28(47)(23/12/2005)

İştirak etdilər:

  1. Sabi Bağırov Üzv

  2. İnqlab Əhmədov Üzv

  3. Dünya Sakit Üzv

  4. Əvəz Həsənov Üzv

  5. Oqtay Gülalıyev Üzv

  6. Mayis Gülalıyev Üzv

  7. Qubad İbadoğlu Üzv

  8. Telman Zeynalov Üzv

  9. Sevgim Rəhmanov Üzv

  10. Ruslan Sədirxanov Koalisiyanın üzvü

  11. Aydın Nəsibov Koalisiyanın üzvü

  12. Fərda Əsədov ACİ YF

  13. Qalib Əfəndiyev ACİ YF

Gündəlik:

  1. Koalisiyasnın 6-cı Ümumi yığıncağının nəticələri

  2. Koalisiya Şurası Kordinatorunun seçkisi

  3. Koalisiyaya yeni üzvlərin qəbulu

  4. Car məsələlər

İclasın gedişi haqqında qısa məlumat və qəbul edilmiş qərarlar

  1. 6-cı Ümumi yığıncağın təşkili və keçirilməsi ilə bağlı müxtəlif fikirlər deyildi, müsbət və çatışmayan cəhətlər qeyd edildi və bəzi iradlar söyləndi. Bir neçə Şura üzvü qeyd etdi ki, Ümumi yığıncaq üçün yer uğurlu seçilməmişdi. Oqtay Gülalıyev iclas iştirakçılarının hamısının eyni masa ətrafında yerləşdirilməməsini irad tutdu və iclasa sədarətin seçilməsinin də düzgün aparılmadığını bildirdi. İclas iştirakçılarının əksəriyyəti birinci iradı düzgün hesab etsələr də, sədarətin yığıncaq iştirakçılarının ümumi razılığı ilə seçildiyini qeyd edərək deyilən fikirlə razılaşmadılar. Qubad İbadoğlu və Əvəz Həsənov qeyd etdilər ki, indiyədək Koalisiyanın bannerinin, loqosunun, vizit vərəqələrinin olmaması yaxşı hal deyil.

Qərar:

  1. Dekabrın 28-də, saat 1100-1200-də BMM-nin böyük zalında Koalisiyanın 2005-ci ildəki fəaliyyətinin yekunlarına həsr edilmiş mətbuat konfransı və eyni zamanda yeni seçilmiş Şuranın təqdimatı keçirilsin.

  2. Şuranın növbəti yığıncaqlarının birində Koalisiyanın loqosu və digər aributlarının hazırlanmasının müzakirəsi keçirilsin.

  1. S. Bağırovun təklifi ilə Kordinatorun seçkisi məsələsi müzakirə edilərkən iclasın sədrliyi F. Əsədova həvalə edildi. Müzakirələrin və səsvermənin açıq keçirilməsi qərara alınbdı. Hər bir Şura üzvünün Kordinatorla bağlı fikirləri dinlənildi. Bütün çıxış edənlər indiki mərhələdə Sabit Bağırovun Şuranın Kordinatoru vəzifəsində qalaraq işini davam etdirməsini təklif etdilər. Açıq səsvermə ilə 7 nəfər lehinə, bir nəfər əleyhinə olmaqla Sabit Bağırov növbəti dövr üçün Koalisiya Şurasının Kordinatoru seçildi

  2. Koalisiyaya üzv olmaq üçün müraciət etmiş təşkilatlardan yalnız Elmi- Texniki Tərəqqi və Təhsil Fondunun sədri Ehtiram Soltanoğlu iştirak etdiyi üçün həmin təşkilatın Koalisiyaya üzv qəbul edilməsi məsələsi müzakirə edildi.

    Qərar:

    1. Koalisiyaya təqdim etdiyi ərizə əsasında Elmi- Texniki Tərəqqi və Təhsil Fondu (sədri Ehtiram Soltanoğlu) Koalisiyaya üzv qəbul edilsin

    2. 6-cı Ümumi yığıncaqda qəbul edilmiş Koalisiyaya qəbul qaydalarına müvafiq olaraq Koalisiyaya üzv olmaq üçün müraciət etmiş digər təşkilatlara tələb olunan sənədləri təqdim etməklə öz nümayəndələrinin növbəti iclasda iştirakını təmin etmək təklif edilsin

  3. Cari məsələlərdə Şuranın idarəçiliyinin təkmilləşdirilməsi, onun reqlamentinin hazırlanması, iş bölgüsü aparılması məsələləri haqqında fikirlər səsləndi. Şura üzvlərinə təklif edildi ki, bu məsələlərlə bağlı öz təkliflərini hazırlayıb Şuranın müzakirəsinə çıxara bilərlər.

    İ. Əhmədov, S. Bağırov və Q. Əfəndiyev aprel ayında Bakıda keçirilməsi nəzərədə tutulan Beynəlxalq Regional Konfransa hazırlıqla bağlı məlumat verdilər. Qərara alındı ki, bu məsələ Şuranın növbəti iclasında hərtərəfli müzakirə edilsin.

    Oqtay Gülalıyev "Mədən sənayesində şəffaflığın artırılmasında KİV- in rolu" layihəsi üzrə növbəti media- forumun "Mərkəz" qəzetinin redaksiyasında keçiriləcəyi haqda məlumat verdi. Həmin forumda iştirak etmək Şura üzvləri Mayis Gülalıyevə və Sevgim Rəhmanova həvalə edildi.

    Sevgim Rəhmanovun Şuranın növbəti iclasının gündəliyinin bu iclasda müəyyən edilməsi təklifi qəbul edildi. Şuranın növbəti iclasının yanvarın 5-də keçirilməsi qərara alındı. Gündəliyə Şuranın fəaliyyət planı və beynəlxalq regional konfransa hazırlıqla bağlı məsələlər təklif edildi.


1 ... ... 22


Sənədin sonuncu korrektə tarixi: 24/7/2008 - 15:49:35

 

SAYTDA AXTARIŞ

XƏBƏR BAŞLIQLARI

MSŞA QHT Koalisiyasının növbəti XI Ümumi Yığıncağı ilə bağlı mətbuat üçün açıqlama
“MHŞT-in Azərbaycanda tətbiqi:  5 illik dövrə retrospektiv baxış” Mövzusunda konfransın press-relizi (17/06/2008)
Mətbuat üçün açıqlama (31/05/2008)
Hesabat: “Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi(26/05/2008)
Zaqata, Quba, Gəncə yerli TV-də Tok-Şoular
İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyasının “Neft gəlirlərinin yerləşdirilməsi və idarəedilməsi: risklərdən necə sığortalanmalı” mövzusunda Dəyirmi Masanın PRESS-RELİZİ (Bakı şəhərı, BMM, 18/04/2008)
Göyçay rayonunda dəyirmi masa
“Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi
  05 aprel 2008-ci il tarixdə MSŞA Koalisiyası Gəncə şöbəsinin şura iclası keçirilmişdir.
Milli Büdcə Qrupu və Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisiyasının mətbuat üçün açıqlaması
Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə yeddinci hesabatını açıqladı
İctimai Birliklərin MSŞA Koalisiyasını bir qrup Şura üzvləri Hökümət Komissiyasının sədri Şahmar Mövsümovla görüşüb
ARDNŞ-nin maliyyə axınlarının izlənməsi, təhlili və onun şəffaflığının qiymətləndirilməsi layihəsi" üzrə yekun konfrans barədə məlumat
Kamboca dövlətinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş (11/02/2008)
Fevralın 8-də Beynəlxalq Mətbuat Mərkəzində Mədən Sənayesində Şəffalıq Təşəbbüsü çərçivəsində görüş
25 yanvar 2008-ci il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində Ictimai Birliklərin Mədən Sənayesində Şəffafliğın Artırılması üzrə Koalisiyasi 2008-ci il üzrə Fəaliyyət Proqramının təqdimatını keçirtdi
23 yanvar 2008: Mətbuat üçün açıqlama
İIQTİSADİ VƏ SOSİAL İNKİŞAF MƏRKƏZİ: İctimaiyyət Üçün Açıqlama
Almaniya və Hindistanda Azərbaycandakı iqtisadi vəziyyət müzakirə olunub
“Gənclərin MHŞT proseslərinə cəlb olunması” layihəsi çərçivəsində yekun  konfrans keçirilmişdir
Qırğızıstanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü təmsil edən QHT nümayəndələri ilə görüş keçirilib.
MHŞT üzrə yeddinci mərhələnin hesabatlarına “Mur Stefens” şirkəti rəy verəcək
Azərbaycanda MHŞT üzrə yeddinci hesabat mərhələsi başlandı
ARDNF-nin 2007, 2008, 2009-cu illər üzrə maliyyə fəaliyyətinin auditini “Deloyt ənd Tuş” MMC həyata keçirəcək
YEKUN HESABAT (2007)
Neft gəlirləri ilə bahəm onları itirmək riski də artır
MHŞT üzrə altıncı hesabata "Mur Stefens" şirkəti rəy verəcək
Dünyа Bаnkı İnstitunun 212 ölkə üzrə аçıqlаdığı «Еffеktiv idаrəеtmənin indikаtоrlаrı» sənədinin müzаkirəsi(24/07/2007)
“Мədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyasının Gəncə Numayəndəliyi Dəyirmi Masa keçirilmişdir (14/07/2007)
Hasilatin Pay Bölgüsü Sazişləri haqqında əhalidə məlumat varmı? (20/07/2007)

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004-2008 TSW 3.1.9
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.362346