S. Bağırov 2006-cı il üzrə Koalisiyanın fəaliyyətinə aid donorlara təqdim ediləcək qrant layihəsi üzrə Koalisiyanın 2006-cı il üçün hazırladığı Fəaliyyət Planını təqdim etdi. Həmin plan üzrə aşağıdakı təkliflər oldu:
- Auditior rəyləri elan olunduqdan sonra yalnız qəzetlərdə deyil, hesabatlar haqqında Koalisiyanın izahat və açıqlamalarının buklet şəklində də hazırlanıb yayılması;
- KİV-lərin məlumatlandırılmasının yalnız neft müqavilələri üzrə deyil, MSŞT üzrə də aparılması;
- Jurnalistlər üçün keçiriləcək treninqlərin sayının artırılması;
- "Neft gəlirləri hamımızındır" həftəlik kompaniyasının keçirilməsi;
- "Neft gəlirləri hamımızındır" ictimai kompaniyası çərçivəsində mitinq keçirilməsinin də nəzərdə tutulması və Kompaniya çərçivəsində xüsusi nişanların, sellofan torbaların, maykaların, kepkaların və s. bu kimi əşyaların hazırlanması və əhaliyə paylanması;
- Kompaniya çərçivəsində ictimai dinləmələrin keçirilməsi;
- Həftədə (ayda) 1 dəfə telekanalların birindən 1 saat efir vaxtı alınması;
- Regionlarda yerli telekanallarda xüsusi verilişlərin hazırlanması;
- Koalisiya üzvlərinin sayınnı artırılması;
- Fəaliyyət Planında həddindən artıq fəaliyyət nəzərdə tutulur və bu fəaliyyətləri həyata keçirmək bütün Koalisiya üzvləri üçün belə qeyri- mümkün olacaq. Plan sadələşdirilsin və Koalisiyanın növbəti il üçün fəaliyyətinin prioritet istiqamətləri müəyyənləşdirilsin və yalnız həmin istiqamətlər üzrə layihələr təqdim edilsin. Həmin layihələrdə Koalisiyanın inzibati xərcləri bölüşdürülsün;
- Fəaliyyət Planı donorlarla danışıqlara başlamaq üçün yaxşı sənəddir.
- Fəaliyyət Planı 2005- 2008-ci illəri əhatə etsin. Hər bir il üzrə prioritet istiqamətlər müəyyən edilsin və onlara uyğun layihələr hazırlansın;
- Yalnız audit şirkətinin seçilməsində iştirak etmək və audit şirkətinin rəyi elan olunduqdan sonra hansısa qeydlər etmək Koalisiya üçün kifayət deyil. İctimaiyyətin məlumatlandırılmsı, bunun üçün müxtəlif vasitələrdən- televiziya, qəzet, mitinq, ictimai dinləmələr və s.- istifadə etmək vacibdir. İkinci vacib istiqamət xərclərə nəzarətdir. Buna gələn il başlayıb- başlamamaq müəyyən edilməlidir. Başqa bir istiqamət ARDNŞ-in auditi, orada islahatların aparılması ola bilər.
Təkliflərin çox ola biləcəyini nəzərə alaraq Fəaliyyətlər planı layihəsinin daha dərindən öyrənilməsi və təkliflərin toplanması üçün bir neçə gün vaxt ayrılması təklif edildi. Donorlara təklif ediləcək layihə ilə bağlı təklif edildi ki,
- Fəaliyyət planında qeyd edilən fəaliyyətlər bloklar şəklində qruplaşdırılsın və hər blok üzrə təxmini büdcə hesablansın;
- Fəaliyyət Planı donorlara təqdim edilərkən orada layihələrin ayrı- ayrı bloklar üzrə hazırlanacağı qeyd edilsin;
- Layihələr Fəaliyyət planında nəzərədə tutulmuş istiqamətlər üzrə hazırlansın;
- Fəaliyyət Planı əsas kimi qəbul edilsin və gələcək layihələr onun əsasında hazırlansın;
- Əsas kimi qəbul ediləcək Fəaliyyət Planı gələcəkdə bütün Koalisiya üzvlərinə göndərilsin və onlardan həmin sənəddə nəzərdə tutulan fəaliyyətlər üzrə layihələrin hazırlanıb Şuraya təqdim edilməsi xahiş edilsin;
- Fəaliyyət planı donorlara təqdim edilərkən orada nəzərdə tutulmuş istiqamətlər üzrə ayrı- ayrı layihələrin hazırlanacağı qeyd edilsin;
- Fəaliyyət Planında nəzərdə tulan bütün işləri Koalisiya 1- 2 ildə yerinə yetirə bilməz. Ona görə də Koalisiyanın 1-2 illik fəaliyyətinin əsas prioritet istiqamətlərini müəyyənləşdirib həmin istiqamətlər üzrə layihələr tərtib edilməlidir;
- Fəaliyyət Planında nəzərdə tutulan bütün işləri bir layihə daxilində həyata keçirmək olmaz. Layihələr Fəaliyyət Planında qeyd edilmiş ayrı- ayrı istiqamətlər üzrə hazırlanmalıdır.
- Fəaliyyət Planı təsdiq edilsin və bir həftə ərzində orada nəzərdə tutulan istiqamətlər üzrə fəaliiyyətləri həyata keçirmək üçün layihələr hazırlansın;
- Təqdim ediləcək layihələr donorların istəklərinə görə deyil, Koalisiyanın prioritet hesab etdiyi problemlər üzrə hazırlanmalıdır;
- Fəaliyyət Planına uyğun hazırlanacaq layihələr prioritet sahələri əhatə etsin və onlar məhz Koalisiyanın marağında olan layihələr olsun. Donorlara layihələr paketi təqdim edilsin və onlar öz strategiyalarına uyğun olan layihəni (layihələri) seçib maliyələşdirsinlər.