Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 23 İyul 2008, Çərşənbə |   AKTUAL

TƏRƏFDAŞLAR

Açıq Cəmiyyət İnstitutu Yardım Fondu   Dünya Bankı Qrupu

OXFAM NOVIB

Fridrix Ebert Fondu

İNFLYASİYA KALKULYATORU

Azərbaycanda İnflyasiya Kalkulyatoru

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

MSŞA Koalisiyası Şurasının iclası #22(41)(23/09/2005)

MSŞA Koalisiyası Şurasının iclası #22(41)(23/09/2005)

Gündəlik:

  1. Memorandum üzrə İşçi Qrupun oktyabrın 21-də Neft Fondunda keçirilmiş görüşü və Koalisiyanın təkliflərinin müzakirəsinin nəticələri haqqında

  2. Koalisiyanın təşkilatçılığı və iştirakı ilə 2005-ci ilin noyabr ayında Bakıda keçirilməsi nəzərdə tutulan HSŞT üzrə beynəlxalq konfrans haqqında

  3. Koalisiyanın layihələri üzrə görülən işlər haqqında

  4. Cari məsələlər

İclasda qəbul edilmiş qərarlar

  1. Sabit Bağırov məlumat verərək bildirdi ki, görüşdə Koalisiyanın təklifləri (Koalisiyanın təklif etdiyi yeni hesabat formaları- 06 iyun, 2005Koalisiyanın Anlaşma Memorandumuna təklif etdiyi dəyişikliklər- 19 aprel, 2005) müzakirə edilib və qərara alınıb ki, a) yeni hesabat formalarına keçid qəbul edilmir, çünki təklif edilən dəyişikliklər EİTİ prinsiplərindən kənara çıxır və onların daha da genişləndirilməsini tələb edir. Eyni zamanda təklif edilib ki, Koalisiya onu maraqlandıran bəzi məsələlər üzrə birbaşa (məsələn, operator üçün 0 saylı forma üzrə ABƏŞ-ə) müraciət edə bilər. Şura iclasının iştirakçıları qərara gəldilər ki, digər Şura üzvləri də razı olarlarsa, 0 saylı forma üzrə məlumatları Koalisiyaya verməsi üçün ABƏŞ-ə müraciət edilsin. BP- Azərbaycan şirkəti oktyabrın 22-də koalisiyanın koordinatoru S. Bağırovu dəvət edərək, 0 saylı formada qeyd edilən sualları aydınlaşdırıb və kommersiya sirri ola biləcəyi ehtimalı ilə yalnız bir sual istisna olmaqla digər suallara cavab verilməsinin mümkün olduğu bildirilib. S. Bağırov iştirakçılara xatırlatdı ki, Koalisiya əvvəllər BP-yə müraciət edərək layihələr üzrə kommersiya sirri məsələlərini aydınlaşdırmaq üçün BP-nin müvafiq mütəxəssisiniun Şura üzvləri ilə görüşü təşkil edilsin. Oktyabrın 22-də ona cavab olaraq bildirilib ki, bu və Koalisiyanı BP-nin fəaliyyəti ilə bağlı maraqlandıran sualları cavablandırmaq üçün BP- Azərbaycan şirkətinin Prezidenti cənab D. Vudvord Koalisiya nümayəndələri ilə görüşə hazırdır. Həmin görüşün yeri və vaxtı tezliklə dəqiqləşdiriləcək. Fərdi açıqlamalarla bağlı koalisiyanın təklifi müzakirə edilərkən BP nümayəndəsi artıq fərdi açıqlamaları etdiklərini və onları mətbuatda və vebsaytda dərc etdiklərini elan edib. BP həmçinin digər şirkətlərə də fərdi şəkildə hesabatlarını dərc etdirməklə bağlı müraciət edib. 5 şirkət artıq buna razılıqlarını bildiriblər. Auditorla münasibətlərə dair Koalisiyanın təklifi mətndə bəzi dəyişikliklərlə qəbul edildi. koalisiyanın digər bir təklifi- İşçi Qrupun yaradılmasının Memorandumda əks etdirilməsi də qəbul edildi.

  2. S. Bağırov bildirdi ki, Koalisiya noyabr ayında MSŞT-yə həsr edilmiş konfrans keçirməyi planlaşdırır. Bunun üçün tələb olunan maliyyə vəsaitinin bir hissəsi $5000 məbləğində Ebert fondu tərəfindən artıq hesabdadır. Bu vəsait kifayət etmirdi və əlavə maliyyə dəstəyi üçün ACİ YF-na müraciət edilib və ilkin razılıq alınıb. Bir müddət əvvəl Azərbaycan hökuməti də noyabr ayında eyni mövzuya həsr edilmiş beynəlxalq konfrans keçirməyi planlaşdırdığını elan edib. ARDNF-in İcraçı Direktoru c-b S. Şərifovla görüşdə birgə konfrans keçirmək müzakirə edilib və razılaşdırılıb. DFİD-in (B. Britaniya hökuməti Xarici Yardımlar Departamenti) təklifi ilə DFİD və Azərbaycan hökuməti Konfransın gündəliyini razılaşdırıblar. İclas iştirakçıları konfransın DFİD və Azərbaycan hökuməti tərəfindən razılaşdırılmış gündəlik layihəsini müzakirə etdilər. Müxtəlif fikirlər irəli sürüldü və qərara alındı ki, səslənmiş fikirlər nəzərə alınmaqla Şuran gündəliklə bağlı təklifləri hazırlansın.

  3. Bu məsələnin müzakirəsi zamanı yetərsay olacaq qədər Şura üzvü iştirak etmədiyi üçün, müzakirə təxirə salındı.


1 ... 21 22 A


Sənədin sonuncu korrektə tarixi: 8/7/2008 - 15:54:1

 

SAYTDA AXTARIŞ

XƏBƏR BAŞLIQLARI

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004-2008 TSW 3.1.8
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.356474