|
MSŞA Koalisiyası Şurasının iclası #17(36)(08/07/2005)
MSŞA Koalisiyası Şurasının iclası #17(36)(08/07/2005)
Gündəlik: İclasda müxtəlif məsələlər üzrə fikir mübadiləsi aparıldı. Sabit Bağırov məlumat verdi ki, bp şirkətinin Makroiqtisadiyyat şöbəsinin müdiri Mark Henstric iyunun 12-də MSŞA Koalisiyası ilə görüşmək istəyir. İnqilab Əhmədov bildirdi ki, bir sıra Afrika ölkələri İVMM-nin "HPBM təhlili" mövzusunda keçirdiyi treninqlə çox maraqlanırlar və müəyyən suallar göndəriblər. Fərda Əsədov İraq neft sənayesinin inkişafında vətəndaş cəmiyyətinin rolu mövzusunda Londonda keçirilmiş görüş haqqında məlumat verdi. Daha sonra iclas Qazaxıstandan gəlmiş və Qazaxstanın “Neft gəlirləri – ictimai nəzarətə” ("Нефтяные доходы - под контроль общества!”) koalisiyasının nümayəndəsi xanım Toqjan Kizatova ilə görüş xarakterində davam etdi. Qazaxıstanda EITI üzrə son hadisələr haqqında məlumat verən T. Kizatova Qazaxıstan QHT Koalisiyasının azərbaycanlı həmkarlarının təcrübəsini yüksək qiymətləndirdiyini və bu təcrübəni öyrənmək üçün onun Bakıya ezam edildiyini bildirdi. Memorandumun müzakirəsi və onun əsas müddəaları, hesabat formaları və hesabatların açıqlanması prosedurları haqqında müxtəlif suallar üzrə qonağa ətraflı məlumatlar və vacib sənədlərin surətləri təqdim edildi.
◄ 1 ... 16 17 18 ... 22 ► ₪
Sənədin sonuncu korrektə tarixi: 24/7/2008 - 15:49:17
|