Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 23 İyul 2008, Çərşənbə |   AKTUAL

TƏRƏFDAŞLAR

Açıq Cəmiyyət İnstitutu Yardım Fondu   Dünya Bankı Qrupu

OXFAM NOVIB

Fridrix Ebert Fondu

İNFLYASİYA KALKULYATORU

Azərbaycanda İnflyasiya Kalkulyatoru

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

MSŞA Koalisiyası Şurasının iclası #11(30)(20/05/2005)

MSŞA Koalisiyası Şurasının iclası #11(30)(20/05/2005)

Gündəlik:

  1. Mais Gülalıyevin hazırladığı və Koalisiyanın Strateji Planına həsr edilmiş layihənin müzakirəsi

  2. Mayın 19-da Memorandum tərəflərinin Neft Fondunda keçirilmiş görüşünün nəticələri

  3. Şura üzvü R. Nurullayevin hüquq- mühafizə orqanları tərəfindən müvəqqəti saxlanılması haqqında

  4. Cari məsələlər

İclasda qəbul edilmiş qərarlar

1-ci məsələ üzrə qərara alındı:

  1. "Source book" kitabının tərcüməsi, nəşri və təqdimatına Koalisiyanın Strateji Planına həsr edilmiş layihədən ayrı olan müstəqil layihə kimi baxılsın
  2. “Source-book” kitabının tərcüməsi və 200 nüsxədə nəşri Koalisiyanın hazırda həyata keçirilən və ofisin icarəsi, inzaibati xərclər, tərcümə işləri və s. nəzərdə tutulan və DFİD tərəfindən maliyələşdirilən qrant layihəsi hesabına 3 həftə ərzində həyata keçirilsin. Kitab hazır olduqdan sonra onun xüsusi təqdimatı və mübafiq treninqlər jurnalistlər və QHT-lər üçün keçirilməlidir və bu iş ayrıca bir qrant layihəsi çərçivəsində edilə bilər.

2-ci məsələ üsrə əsas məlumatlar:

  1. “Seçim Qrupu”nun növbəti yığıncağı olub və şirkətlərin nümayəndəsi sədr seçilib
  2. Mayın 23-də audit şirkətlərindən daxil olacaq zərflər açılacaq və növbəti mərhələ üçün audit şirkəti seçiləcək Koalisiyanın “Seçim qrupu”ndakı üzvləri iştirak etməlidirlər
  3. Audit şirkəti 2004-cü tam il üçün agregatlaşdırılmış hesabatları hazırlayacaq və onlar haqqında rəy verəcək.
  4. Hər üç tərəfin nümayəndələrindən ibarət İşçi Qrup yaradılacaq və 2005-ci ildən başlayaraq hesabat formaları və Memorandumla bağlı əlavə və dəyişiklikləri işləyib hazırlayacaq.
  5. Hələlik rəsmən Koalisiyanın Memoranduma dəyişikliklərlə bağlı təklifləri təqdim edilib
  6. Koalisiyadan İşçi Qrupu”na bu şəxslər təklif edildi: 1. Sabit Bağırov;2. İnqilab Əhmədov;3. Zöhrab İsmayıl; 4. Sevgim Rəhmanov
  7. Fərdi hesabatlar haqqında məsələ İşçi Qrup daxilində baxılacaq
  8. Birinci hesabatlardakı uyğunsuzluqların aradan qaldırılması üçün tədbirlər görüləcək və bu tədbirlər İşçi Qrupun müzakirəlırində qeyd ediləcək
  9. Konfidensial hesab edilən məsələlər əsaslandırılmalıdır və bu məqsədlə Koalisiya nümayəndələrinin təklifi ilə Dəyirmi Masa keçiriləcək
  10. Deloyt ənd Tush audit şirkətinin Koalisyanın suallarına cavab verməkdən imtina etməsi haqqında Koalisiya adından narazılıq bildirilib. Memorandumda, və ya audit şirkəti ilə imzalanacaq müqavilələrdə müvafiq bəndlə göstğrilməlidir ki, audit şirkəti Memorandum tərəflərinin hesabatlar və rəy üzrə aydınlaşdırıcı suallarına cavab verməyə borcludur.

3-cü məsələ ilə bağlı qərara alındı:

  1. Şura üzvü R. Nurullayevin həbs edilməsilə bağlı Şuranın narahatlığını bildirən bəyanatının hazırlanması və təcili olaraq mətbuat orqanlarına çatdırılması O. Gülalıyevə həvalə edilsin.


1 ... 10 11 12 ... 22 A


Sənədin sonuncu korrektə tarixi: 8/7/2008 - 15:54:29

 

SAYTDA AXTARIŞ

XƏBƏR BAŞLIQLARI

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004-2008 TSW 3.1.8
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.636009