Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 16 May 2008, Cümə | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

Açıq Cəmiyyət İnstitutu Yardım Fondu   Dünya Bankı Qrupu

OXFAM NOVIB

Fridrix Ebert Fondu

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

 

 

* Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə ilk hesabatını açıqlamışdır

* Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə ilk hesabatını açıqlamışdır

Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə ilk hesabatını açıqlamışdır

"Təbii Ehtiyatların Hasilatı ilə Məşgul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbusu (MHŞT, Təşəbbüs)" adı altında 2003-cü il iyunun 17-də Londonda keçirilmiş konfransdan irəli gələn öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə Azərbaycan höküməti tərəfindən yaradılmış MHŞT üzrə Komissiya beynəlxalq nüfuza malik Deloyt ənd Tuş Şirkəti tərəfindən yoxlanılmış Azərbaycan Respublikası Hökümətinin mədən hasilatı sənayesində əldə etdiyi məcmu daxilolmaları barədə ilk hesabatlarını (2003-cü il üzrə illik və 2004-cü ilin ilk 6 ayı üzrə bəyannamələrini) bu gün açıqlamışdır. Dərc edilən hesabatlara eyni zamanda mineral hasilat sənayesində fəaliyyət göstərən şirkətlərin təqdim etdikləri fərdi hesabatların təhlili əsasında qeyd olunan audit şirkətinin verdiyi rəylər də daxildir.

Dərc olunmuş hesabat Şəffaflıq Təşəbbüsü çərçivəsində dünyada ilk dəfə olaraq hökümət tərəfindən hazırlanmış mineral ehtiyatların hasilatı üzrə sənaye sahələrindən məcmu gəlirlər barədə hesabat olmaqla bərabər, Azərbaycan hökümətinin Təşəbbüslə bağlı üzərinə götürdüyü öhdəliklərin tam yerinə yetirildiyini təsdiq edir.

Şəffaflıq Təşəbbüsü çərçivəsində təqdim olunmuş hesabatların dərc olunması Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Komissiya ilə, Azərbaycanın hasilat (neft və qaz) sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər və 32 qeyri-hökumət təşkilatının (QHT) təmsil olunduğu Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası arasında imzalanmış 24 noyabr 2004-cü il tarixli Qarşılıqlı Anlaşma haqqında Memorandumun icrasının davamını təşkil edir. Memorandumum imzalanması ilə Təşəbbüsün Azərbaycan Respublikasında həyata keçirilməsi mexanizmi müəyyən edilmiş, onu imzalayan bütün tərəflər üçün tətbiqetmə çərçivəsi formalaşmışdır.

Olkənin hesabatı, eləcə də audit şirkətinin rəyi artıq Dövlət Neft Fondunun (www.oilfund.az), habelə MHŞT üzrə Katiblik funksiyalarını yerinə yetirən Böyük Britaniyanin Beynəlxalq Inkişaf Nazirliyinin (www.eitransparency.orq/implementation.htm) və QHT-lərin təmsil olunduğu Mədən Hasilatında Şəffalığın Artırılması Koalisiyasının (www.eiti-az.org ) internet səhifələrində yerləşdirilmişdir.

MHŞT üzrə Komissiyanın sədri Samir Şərifov bununla bağlı qeyd etdi: Hökümət tərəfindən mədən hasilatı sənayesində əldə etdiyi məcmu daxilolmaları barədə hesabatlarının (bəyannamələrinin) təqdim olunması və bu hesabatların, habelə mineral hasilat sənayesi sahələrində fəaliyyət göstərən şirkətlərin fərdi hesabatlarının yoxlanılması əsasında beynəlxalq nüfuza malik audit şirkəti tərəfindən verilmiş rəylərin mətbuatda dərc edilməsi Şəffaflıq Təşəbbüsünün Azərbaycan tərəfindən sözdə deyil əməli ilə dəstəkləndiyini nümayiş etdirir. Bu, mineral ehtiyatların hasilatı üzrə sənaye sahələrindən əldə olunan gəlirlərin şəffaf idarə edilməsi, habelə bu prosesə vətəndaş cəmiyyətinin də cəlb olunması üzrə Azərbaycan höküməti tərəfindən aparılan siyasətin əyani bir sübutudur .

Yerli şirkətlər adından Dövlət Neft Şirkətinin(ARDNŞ) Prezidenti Natiq Əliyev tərəfindən bildirildi: Yeni neft strategiyasının müvəffəqiyyətlə yerinə yetirilməsi sayəsində ARDNŞ dünyada aparıcı neft şirkətlərindən biri və birgə layihələrin həyata keçirilməsində etibarlı biznes tərəf müqabili kimi tanınmışdır. Bizim növbəti məqsədimiz, fəaliyyətimizi beynəlxalq standartlara cavab verən hesabatlıq və şəffaflıq standartlarına uyğun həyata keçirən şirkət kimi təsdiq etməkdir. Mən inanıram ki, bu istiqamətdə bizim tərəfdən atrıq çox vacib addımlar atılmış və gələcəkdə QHT-lərlə əməkdaşlıqda bu məqsədə çatmaq üçün əlimizdən gələni edəcəyik

Xarici şirkətlər adından Devid Vudvord qeyd etdi ki, Biz Azərbaycan tərəfindən Şəffaflıq çərçivəsində ilk hesabatların dərc olunmasını alqışlayır və bu Böyük Britaniya hökümətinin irəli sürdüyü Şəffaflıq Təşəbbüsü üzrə dünyada ilk belə nailiyyətdir. Audit şirkəti tərəfindən yerinə yetirilmiş hesabatların yoxlanılması prosesini rəğbətlə qarşılayırıq. Dünyada birinci dəfə bu kimi ilk hesabatlar təqdim olunduğundan, biz əminik ki, bu prosesi gələcəkdə daha da inkişaf etdirə bilərik, lakin eyni zamanda Azərbaycan Hökümətinin neft şirkətləri və vətəndaş cəmiyyəti ilə effektiv və məhsuldar əməkdaşlığı sahəsində əldə olunmuş nailiyyətin nə qədər vacib olduğunu nəzərdən qaçırmamalıyıq.

Qeyri-hökümət təşkilatlarının koalisiyası adından Sevgim Rəhmanov tərəfindən qeyd olundu ki, Şəffaflıq Təşəbbüsü çərçivəsində ilk hesabatın dərc edilməsi ilə mineral ehtayatların hasilatı sənayesində şəffaflığın təmin olunması istiqamətində irəliyə doğru əhəmiyyətli addım atılmışdır. Bu prosesin gələcəkdə daha da təkmilləşdirilməsi üçün biz həm hökümət, həm də hasilat sənaye sahələrində fəaliyyət göstərən şirkətlərlə birgə işimizi davam etdirməyə hazır olduğumuzu bildiririk.

Hazırki press-reliz MHŞT üzrə Komissiya, mineral ehtiyatların hasilatı sahəsində fəaliyyət göstərən şirkətlər, habelə qeyri-hökümət təşkilatlarının Koalisiyası tərəfindən birgə hazırlanmışdır.



Sənədin sonuncu korrektə tarixi: 28/12/2007 - 11:54:54

 

Azərbaycanda İnflyasiya Kalkulyatoru

MSŞA Koalisiyasının 10-cu Ümumi Yığıncağı

1. Say Kolmissiyasinin hesabat
2. 2008 – Cİ İL ÜÇÜN FƏALİYYƏT PROQRAMI
3. Şuranın hesabatı
4. Monitorinq Qrup-n hesabatı
5. Şuranın hesabatı (məruzə)
6. Ümumi yığıncağın gündəliyi

EITI üzrə Azərbaycan hökumətinin mədən hasilatı sənayesindən əldə etdiyi gəlirlər barədə 2006-cı il üçün illik hesabatı, Müstəqil mühasiblərin (audit şirkətinin)- 6-cı hesabat RƏYİ və birgə press- reliz.
2006-cı il üçün MHŞT üzrə 6-cı hesabata dair Koalisiyanın Alternativ Rəyi more...

2006-cı ilin ilk 6 ayı  üçün MHŞT üzrə 5-ci hesabata dair Koalisiyanın Alternativ Rəyi

2007-ci İl üçün Vahİd layİhə
1. Vahid layihə və Maliyyə dəstəyi olan fəaliyyətlər
   - ACİ YF   - Dünya Bankı
2. Təkliflərin qəbulu elanı
3. Müsabiqə şərtləri
4. Seçim Qrupunun Əsasnaməsi
5. Seçim Qrupunun QƏRARLARI
6. Layihənin icrası qaydaları
7. Vahid Layihənin icrası
8. İctimai Birliklərin MSŞA Koalisiyasının Vahid Layihəsi (2007-ci il) çərçivəsində siyasət sənədlərinin yazılması üzrə təkliflərin qəbulu üçün MÜSABİQƏ ELANİ 

KoalisiyanIn 9-cu Ümumİ yIğIncağInda qəbul edİlmİş sənədlər:
1. Koalisiyanın Əsasnaməsi
2. Monitorinq Qrupunun Əsasnaməsi
3. Strateji Planlaşdırma
4. Etika Kodeksi
Koalisiyanın 8-ci Ümumi yığıncaqda (22 dekabr, 2006) təsdiq edilmiş 2007-ci il üçün Proqram Sənədi
EITI üzrə 2006-cı ilin ilk 6 ayı  üçün  birgə press- reliz, Azərbaycan hökumətinin mədən hasilatı sənayesindən əldə etdiyi gəlirlər barədə hesabatı və Müstəqil mühasiblərin (audit şirkətinin)- 5-ci hesabat RƏYİ
Biz, Azərbaycan vətəndaşları, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü dəstəkləyirik
Koalisiya üzvlüyünə qəbul Qaydaları
Koalisiya üzvlüyü üçün ərizə forması
Koalisiyanın  Anlaşma Memorandumuna təklif etdiyi dəyişikliklər və yeni hesabat formaları layihələri
"Mineral Ehtiyatların hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün Azərbaycan Respublikasında tətbiqinə dair qarşılıqlı anlaşma haqqında" MEMORANDUM
 

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004, 2007 TSW_3.1.2
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.18555