|
* Azərbaycan
Şəffaflıq Təşəbbüsü üzrə növbəti hesabatını açıqladı
* Azərbaycan
Şəffaflıq Təşəbbüsü üzrə növbəti hesabatını açıqladı
Azərbaycan
Şəffaflıq Təşəbbüsü üzrə növbəti hesabatını açıqladı
Bu press-reliz Mineral Ehtiyatlarının Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə Komissiya, Azərbaycanın
hasilat (neft və qaz) sənayesi sahəsində fəaliyyət göstərən şirkətlər və
qeyri-hökumət təşkilatlarının
Mədən Sənayesində Şəffaflığın
Artırılması Koalisiyası tərəfindən birgə hazırlanmışdır.
"Mineral
Ehtiyatlarının Hasilatı ilə Məşgul
olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbusu (MHŞT)" adı altında
2003-cü il iyunun 17-də Londonda keçirilmiş konfransdan irəli gələn
öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə Azərbaycan
höküməti tərəfindən yaradılmış MHŞT üzrə Komissiya beynəlxalq nüfuza
malik Deloitte şirkəti
tərəfindən yoxlanılmış Azərbaycan Respublikası Hökümətinin mədən
hasilatı sənayesində əldə etdiyi məcmu daxilolmaları barədə
növbəti (ikinci)hesabatını (2004-cü il üzrə illik) bu gün
açıqlamışdır. Dərc
edilən hesabatlara eyni zamanda hasilat (neft-qaz) sənayesində fəaliyyət göstərən
şirkətlərin təqdim etdikləri fərdi hesabatların təhlili əsasında
audit şirkətinin verdiyi rəylər də daxildir.
Bununla da mineral ehtiyatlarının hasilatı ilə məşğul olan sənaye sahələrindən məcmu
gəlirlər barədə
artıq ikinci
hesabatını dərc etdirən Azərbaycan hökuməti
Təşəbbüslə bağlı üzərinə götürdüyü öhdəlikləri həyata keçirməkdə
davam etdiyini təsdiq etmiş oldu.
Şəffaflıq Təşəbbüsü çərçivəsində təqdim olunmuş hesabatların dərc
olunması Mineral Ehtiyatlarının Hasilatı ilə Məşğul olan Sənaye
Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Komissiya, Azərbaycanın
hasilat (neft və qaz) sənayesində fəaliyyət göstərən yerli və xarici
şirkətlər və 32 qeyri-hökumət təşkilatının (QHT) təmsil olunduğu
Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası arasında
imzalanmış 24 noyabr 2004-cü il tarixli Qarşılıqlı Anlaşma haqqında
Memoranduma əsasən həyata keçirilir.
Olkənin hesabatı, eləcə də audit şirkətinin rəyi
ilə
Dövlət Neft Fondunun, habelə
MHŞT
üzrə Katiblik funksiyalarını yerinə yetirən Böyük Britaniyanin
Beynəlxalq Inkişaf Nazirliyinin və
QHT-lərin təmsil olunduğu Mədən Hasilatında Şəffalığın Artırılması
Koalisiyasının
internet səhifələrinə daxil olmaqla tanış omaq olar.
MHŞT üzrə Komissiyanın sədri Samir Şərifov Azərbaycan hökuməti tərəfindən
Şəffaflıq Təşəbbüsü üzrə növbəti hesabatın açıqlanması barədə
bildirmişdir: “MHŞT çərçivəsində ikinci hesabat dövrəsinin başa
çatdırılması aydın şəkildə bir daha onu göstərir ki, Azərbaycan
özünün neft gəlirlərinin şəffaf şəkildə idarə edilməsi öhdəliyinə
sadiqdir və bu istiqamətdə növbəti əhəmiyyətli bir addım atmışdır”.
Xarici neft şirkətləri adından çıxış edən BPnin Azərbaycandakı
təmsilçi prezidenti Deyvid Vudvord dedi: “Azərbaycanın mədən
sənayesində fəaliyyət göstərən xarici neft şirkətləri sayca ikinci
MHŞT üzrə hesabatı alqışlayır. Bu hesabat bizim Azərbaycan höküməti,
yerli neft şirkətləri və QHT koalisiyası ilə bu ölkədə MHŞT-nin tam
həyata keçirilməsinə doğru birgə müvəffəqiyyətimizin davamının
göstəricisidir. MHŞT-yə bütün tərəflərin davamlı nümayiş etdirdiyi
öhdəlik bizi ruhlandırır və biz bu sahədə gələcək əməkdaşlığımıza
böyük ümid bəsləyirik. Fikrimizcə, bu Azərbaycan hökümətinin neft və
gaz işlənmələrindən gələn gəlirlərin maksimum nəticə əldə etməklə
istifadə olunmasını təmin etmək üçün atdığı düzgün addımlardan
biridir.”
Qeyri-hökümət təşkilatlarının koalisiyası adından
Sabit Bağırov tərəfindən qeyd olundu ki: “2004-cü il üzrə Hesabatın
Memorandum tərəflərinin müəyyənləşdirdiyi vaxtdan iki həftə öncə
açıqlanması təqdirə layiqdir və Təşəbbüsün Azərbaycanda davamının
sübutudur. Koalisiya ümid edir ki, 2005-ci ilin birinci yarısına
dair Hesabat Memorandum tərəflerinin hazırda müzakirə etdikləri
təkmilləşdirmələrlə hazırlanıb yaxın aylarda ictimaiyyət üçün
açıqlanacaqdır”.
Azərbaycan Respublikası
Hökümətinin mədən hasilatı sənayesində əldə etdiyi məcmu
daxilolmaları barədə hesabat Hesabat dövrü: 2004-cü il (illik)
Azərbaycan Respublikasının
Mineral Ehtiyatlarının Hasilatı ilə Məşğul olan Senaye Sahələrində
Şəffafliq Təşəbbüsü üzrə Komissiyası ( Müstəqil Mühasiblərin Rəyi) -
31 dekabr 2004
Sənədin sonuncu korrektə tarixi: 28/12/2007 - 11:54:52
|