Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 6 Yanvar 2009, Çərşənbə axşamı | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

İNFLYASİYA KALKULYATORU

Azərbaycanda İnflyasiya Kalkulyatoru

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə növbəti hesabatını açıqladı

Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə növbəti hesabatını açıqladı

Bu press-reliz Mineral Ehtiyatlarının Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə Komissiya, Azərbaycanın hasilat (neft və qaz) sənayesi sahəsində fəaliyyət göstərən şirkətlər və qeyri-hökumət təşkilatlarının Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası tərəfindən birgə hazırlanmışdır.

"Mineral Ehtiyatlarının Hasilatı ilə Məşgul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbusu (MHŞT)" adı altında 2003-cü il iyunun 17-də Londonda keçirilmiş konfransdan irəli gələn öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə Azərbaycan höküməti tərəfindən yaradılmış MHŞT üzrə Komissiya beynəlxalq nüfuza malik Deloitte şirkəti tərəfindən yoxlanılmış Azərbaycan Respublikası Hökümətinin mədən hasilatı sənayesində əldə etdiyi məcmu daxilolmaları barədə növbəti (ikinci)hesabatını (2004-cü il üzrə illik) bu gün açıqlamışdır. Dərc edilən hesabatlara eyni zamanda hasilat (neft-qaz) sənayesində fəaliyyət göstərən şirkətlərin təqdim etdikləri fərdi hesabatların təhlili əsasında audit şirkətinin verdiyi rəylər də daxildir.

Bununla da mineral ehtiyatlarının hasilatı ilə məşğul olan sənaye sahələrindən məcmu gəlirlər barədə artıq ikinci hesabatını dərc etdirən Azərbaycan hökuməti Təşəbbüslə bağlı üzərinə götürdüyü öhdəlikləri həyata keçirməkdə davam etdiyini təsdiq etmiş oldu.

Şəffaflıq Təşəbbüsü çərçivəsində təqdim olunmuş hesabatların dərc olunması Mineral Ehtiyatlarının Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Komissiya, Azərbaycanın hasilat (neft və qaz) sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər və 32 qeyri-hökumət təşkilatının (QHT) təmsil olunduğu Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası arasında imzalanmış 24 noyabr 2004-cü il tarixli Qarşılıqlı Anlaşma haqqında Memoranduma əsasən həyata keçirilir.

Olkənin hesabatı, eləcə də audit şirkətinin rəyi ilə Dövlət Neft Fondunun, habelə MHŞT üzrə Katiblik funksiyalarını yerinə yetirən Böyük Britaniyanin Beynəlxalq Inkişaf NazirliyininQHT-lərin təmsil olunduğu Mədən Hasilatında Şəffalığın Artırılması Koalisiyasının internet səhifələrinə daxil olmaqla tanış omaq olar.

MHŞT üzrə Komissiyanın sədri Samir Şərifov Azərbaycan hökuməti tərəfindən Şəffaflıq Təşəbbüsü üzrə növbəti hesabatın açıqlanması barədə bildirmişdir: “MHŞT çərçivəsində ikinci hesabat dövrəsinin başa çatdırılması aydın şəkildə bir daha onu göstərir ki, Azərbaycan özünün neft gəlirlərinin şəffaf şəkildə idarə edilməsi öhdəliyinə sadiqdir və bu istiqamətdə növbəti əhəmiyyətli bir addım atmışdır”.

Xarici neft şirkətləri adından çıxış edən BPnin Azərbaycandakı təmsilçi prezidenti Deyvid Vudvord dedi: “Azərbaycanın mədən sənayesində fəaliyyət göstərən xarici neft şirkətləri sayca ikinci MHŞT üzrə hesabatı alqışlayır. Bu hesabat bizim Azərbaycan höküməti, yerli neft şirkətləri və QHT koalisiyası ilə bu ölkədə MHŞT-nin tam həyata keçirilməsinə doğru birgə müvəffəqiyyətimizin davamının göstəricisidir. MHŞT-yə bütün tərəflərin davamlı nümayiş etdirdiyi öhdəlik bizi ruhlandırır və biz bu sahədə gələcək əməkdaşlığımıza böyük ümid bəsləyirik. Fikrimizcə, bu Azərbaycan hökümətinin neft və gaz işlənmələrindən gələn gəlirlərin maksimum nəticə əldə etməklə istifadə olunmasını təmin etmək üçün atdığı düzgün addımlardan biridir.”

Qeyri-hökümət təşkilatlarının koalisiyası adından Sabit Bağırov tərəfindən qeyd olundu ki: “2004-cü il üzrə Hesabatın Memorandum tərəflərinin müəyyənləşdirdiyi vaxtdan iki həftə öncə açıqlanması təqdirə layiqdir və Təşəbbüsün Azərbaycanda davamının sübutudur. Koalisiya ümid edir ki, 2005-ci ilin birinci yarısına dair Hesabat Memorandum tərəflerinin hazırda müzakirə etdikləri təkmilləşdirmələrlə hazırlanıb yaxın aylarda ictimaiyyət üçün açıqlanacaqdır”.

Azərbaycan Respublikası Hökümətinin mədən hasilatı sənayesində əldə etdiyi məcmu daxilolmaları barədə hesabat Hesabat dövrü: 2004-cü il (illik)

Azərbaycan Respublikasının Mineral Ehtiyatlarının Hasilatı ilə Məşğul olan Senaye Sahələrində Şəffafliq Təşəbbüsü üzrə Komissiyası ( Müstəqil Mühasiblərin Rəyi) - 31 dekabr 2004



Sənədin sonuncu korrektə tarixi: 12/8/2008 - 15:20:58

 

SAYTDA AXTARIŞ

XƏBƏR BAŞLIQLARI

"Mədən sənayesində ŞƏFFAFLIQ" jurnalının 8-ci sayı çap olunmuşdur
İctimai Birliklərin “Mədən Səanayesində Şəffaflığın Artırılması” Koalisiyasının  təşkil etdiyi  “Qarşılıqlı Anlaşma Memorandumunun  5-cü  ili: ötən dövrün qazancları və gələcək dövrün tələbləri” mövzusunda məlumat
Qubad  İbadoğlu MŞHT üzrə beynəlxalq seminarda iştirak edib
6 Noyabr 2008-ci il Monqollarla Şura üzvlərinin görüşü barədə Məlumat
AZƏRBAYCANDA MHŞT ÜZRƏ QİYMƏTLƏNDİRMƏ PROSESİNİ HƏYATA KEÇİRƏCƏK ŞİRKƏT SEÇİLDİ
“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 17-ci sayı hazırlanmışdır
28 oktyabr 2008-ci ildə Princeton Universitetindən gələn tələbələr və Global Witness beynəlxalq təşkilatından nümayəndələr ilə  keçirilmiş  görüşə dair məlumat
25 oktyabr 2008-ci il tarixində Mədən Sənayesində Şəffaflığın Artırılması İctimai Birliklər Koalisiyanın keçirdiyi seminar haqqında məlumat
Milyonların aqibəti
НЕФТЬ АЗЕРБАЙДЖАНА: доходы, расходы и риски (взгляд из 2007)
19 sentyabr 2008-ci ildə  Caspian Plazanın Konfrans zalında İctimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA)” Koalisiyası “Əsrin kontraktının 14-cü ili və  neft-qaz sənayesində şəffaflıq təşəbbüsü” mövzusunda Dəyirmi Masa keçirdi
Milli Büdcə Qrupunun İdarə Heyəti və «Mədən Sənayesində Şəffaflığın Artırılması» üzrə QHT Koalisiyası Şurası tərəfindən Azərbaycan Respublikası Prezidentliyi namizədənə ünvanlanan müraciət
"Dövlət xərcləmələri: səmərəlilik və şəffaflıq müstəvisində" mövzusunda Dəyirmi Masa (Bakı şəhəri, Kaspian Plaza, 11 senytabr 2008-ci il )
“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 16-cı sayı hazırlanmışdır.
ЗАЯВЛЕНИЕ общественных объединений Азербайджана по поводу событий в Республике Грузия (Баку, 12 августа 2008)
MSŞA Koalisiyası 8-ci  hesabatla (2007-ci ilin yekunları üzrə) bağlı rəyi açıqlayıb.
MSŞA QHT Koalisiyasının növbəti XI Ümumi Yığıncağı ilə bağlı mətbuat üçün açıqlama
“MHŞT-in Azərbaycanda tətbiqi:  5 illik dövrə retrospektiv baxış” Mövzusunda konfransın press-relizi (17/06/2008)
Mətbuat üçün açıqlama (31/05/2008)
Hesabat: “Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi(26/05/2008)
Zaqata, Quba, Gəncə yerli TV-də Tok-Şoular
İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyasının “Neft gəlirlərinin yerləşdirilməsi və idarəedilməsi: risklərdən necə sığortalanmalı” mövzusunda Dəyirmi Masanın PRESS-RELİZİ (Bakı şəhərı, BMM, 18/04/2008)
Göyçay rayonunda dəyirmi masa
“Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi
  05 aprel 2008-ci il tarixdə MSŞA Koalisiyası Gəncə şöbəsinin şura iclası keçirilmişdir.
Milli Büdcə Qrupu və Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisiyasının mətbuat üçün açıqlaması
Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə yeddinci hesabatını açıqladı
İctimai Birliklərin MSŞA Koalisiyasını bir qrup Şura üzvləri Hökümət Komissiyasının sədri Şahmar Mövsümovla görüşüb
ARDNŞ-nin maliyyə axınlarının izlənməsi, təhlili və onun şəffaflığının qiymətləndirilməsi layihəsi" üzrə yekun konfrans barədə məlumat
Kamboca dövlətinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş (11/02/2008)

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004-2008 TSW 3.1.9
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.29179