|
“Mədən Sənаyеsində Şəffаflığın
Аrtırılmаsı” QHT Kоаlisiyаsının
Azərbaycan Respublikası Milli Məclisinə 2005-ci ildə
keçiriləcək seçkilər üzrə yaradılmış seçki blokları üzvlərinə Mürаciəti
“Mədən Sənаyеsində Şəffаflığın
Аrtırılmаsı” QHT Kоаlisiyаsının
Azərbaycan Respublikası Milli Məclisinə 2005-ci ildə
keçiriləcək seçkilər üzrə yaradılmış seçki blokları üzvlərinə Mürаciəti
Hörmətli xanımlar və cənablar! Azərbaycanın 40-dan artıq QHT-sinin birləşdiyi “Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyası, bir müddət öncə Milli Məclisə seçkilərə qatılan namizədlərə müraciət (mətni bu məktuba əlavə olunur) edərək təklif vermişdir ki, onlar öz seçki platformalarında ve təbliğat kompaniyalarında neft gəlirlərinin şəffaf və səmərəli istifadəsi məsələlərinə önəm versinlər. Biz bilirik ki, təmsil olunduğunuz seçki bloklarında çoxlu sayda qabaqçıl insanlar, mütəxəssislər və ziyalılar birləşib. Onların bir çoxunun yeni Milli Məclisin üzvü olacaqlarına şübhə etmirik. Və qeyd edilən məsələlərin vqcibliyini nəzərə alaraq, sizinlə razılaşacağımız vaxtda və yerdə Seçki Blokunuzu təmsil edən deputatlığa namizədlərlə dəyirmi masada görüşməyi təklif edirik. Həmin tədbirdə Koalisiyanın ekspertləri “Hasilat Sənayesində Şəffaflıq Təiəbbüsü”, Azəhbaycanın neft gəlirləri və bunların yaratdığı imkanlar və fəsadlar barədə ətraflı məlumat verməyə və Milli Məclisə namizədlərin suallarını cavablandırmağa hazırdırlar. Ümid edirik ki, həmin dəyirmi masadan əldə edilən məlumatlar namizədlərin təbliğatında neft gəlirləri üzərində şəffaflığın artırılması məsələlərini önə çəkməkdə, gələcəkdə isə bu sahədəki problemləri həll etmək üçün Milli Məclis üzvü kimi fəaliyyətlərində faydalı ola bilər. Sonda onu da bildirmək istərdik ki, Koalisiya bu tədbirdən öz təbliğatı üçün istifadə etmək fikrində deyil və iştirakçıların razılığı olmazsa, bu haqda mətbuata heç bir məlumat verilməyəcək. Hörmətlə, «Mədən Sənаyеsində Şəffаflığın Аrtırılmаsı» QHT Kоаlisiyа Şurаsı Bаkı şəhəri, 19 аvqust 2005-ci il. Mürаciətlər üçün Kоаlisiyаnın tеlеfоnu: 497-89-67.
Sənədin sonuncu korrektə tarixi: 12/8/2008 - 15:19:0
|