Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 6 Yanvar 2009, Çərşənbə axşamı | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

İNFLYASİYA KALKULYATORU

Azərbaycanda İnflyasiya Kalkulyatoru

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

 HSŞT-nin tətbiqi prosesində iştirak edən Azərbaycan QHT Koalisiyasının təcrübəsi*

 HSŞT-nin tətbiqi prosesində iştirak edən Azərbaycan QHT Koalisiyasının təcrübəsi*
Sabit Bağırov, Azərbaycan QHT Koalisiyasının Koordinatoru

Hörmətli sədr,

Hörmətli BMQ üzvləri

Bizim Koalisiya keçən ilin mayında təşkil olunub və biz HSŞT-nin Azərbaycanda tətbiqi prosesinin keçən 15 ay müddətində digər maraqlı tərəflərlə əməkdaşlıqda pis təcrübə qazanmamışıq. Sizə məlumdur ki, QHT Koalisiyası keçən ilin noyabrında hökumət və şirkətlərlə imzalanmış Anlaşma Memorandumunda üçüncü tərəfidir.

Mən ölkəmizdə HSŞT prosesində Koalisiyanın rolu haqqında lap qısa danışmaq istərdim. Bu rol üç əsas aspektdə reallaşır:

  • HSŞT üzrə hesabat formalarının və prosedurlarının razılaşdırılmasında iştirak;

  • Auditorun seçilməsində iştirak;

  • Auditor rəylərinin müzakirəsində iştirak.

Biz hökumət və şirkətlərin hesabat formalarının razılaşdırılması prosesinin fəal iştirakçısı olmuşuq və bir sıra təkliflər irəli sürmüşük. Sonradan həmin təkliflərdən bir neçəsi hökumət və şirkətlər tərəfindən qəbul ediliblər. Açığı irəli sürülən təkliflər qəbul edilənlərdən əhəmiyyətli dərəcədə çox olub. Bu gün biz hesabat formalarının təkmilləşdirilməsi yönündə fəallığımızı davam etdiririk. Bir sıra yeni təkliflər işləyib hazırlamışıq və onlara hazırda Hökumət Komissiyasında və şirkətlərdə baxırlar. Gözləyirik ki, yay məzuniyyət dövrü bitən kimi biz bu təkliflərin üçtərəfli müzakirələrinə başlayacağıq.

Bizim HSŞT prosesində fəaliyyətimizin digər aspekti auditorun seçilməsində iştirakımızdır. Koalisiya bu prosesin bərabərhüquqlu iştirakçısıdır. Lakin vəziyyət elədir ki, əgər Anlaşma Memorandumunun istənilən iki tərəfi bu, və ya digər auditorun seçilməsi üzrə razılaşarlarsa, o zaman üçüncü tərəf buna mane olmaq imkanında deyil. Bizə elə gəlir ki, bu və ya digər auditorun seçilməsinə Anlaşma Memorandumu tərəflərindən biri tərəfindən veto qoyula bilməsi hüququnu nəzərdə tutmadığı üçün bu mexanizm təkmil deyil. Biz bu məsələ üzrə Anlaşma Memorandumunun digər tərəfləri ilə razılığa gələ bilmək üçün işimizi davam etdirəcəyik.

Nə üçün biz hesab edirik ki, Koalisiyanın veto qoymaq hüququ olmalıdır? Bunun üçün iki səbəb var.

Birincisi- auditorun seçilməsi üzrə hökumətin və şirkətlərin maraqlarının razılaşdırılması riskinin mövcud olması. Belə bir razılaşmanın olması haqqında danışmağa Koalisiyanın hələlik əsası yoxdur. Əksinə, iki hesabat dövrü ərzində hökumətin və şirkətlərin hesabatlarındakı göstəricilərin arasında çoxlu uyğunsuzluqlar olub və auditor şirkəti onları üzə çıxarıb. Lakin hər halda maraqların razılaşdırılması riski aradan qaldırılmayıb və buna müqabil tənzimləyici amil auditor seçıminə Koalisiyanın veto qoymaq hüququ ola bilər.

Bizi Koalisiyaya veto hüququnun verilməli olduğu fikrinə gətirib çıxaran digər səbəb odur ki, bu ilin mart ayında açıqlanmış ilk hesabatlardan sonra auditor şirkəti ilə bizim qarşılıqlı münasibətlərimizdə təəssüflər bəzi problemlər olub. O zaman auditor şirkəti bizim onlara müraciət edərək verdiyimiz suallara etinasızlıq göstərərək cavab verməkdən imtina etdi. Biz yalnız Hökumət Komissiyası işə qarışdıqdan sonra bizi maraqlandıran suallara cavab ala bildik. Auditor şirkətinin belə davranışı Koalisiyada çox pis təəssürat oyatdı və biz o fikirdə idik ki, həmin şirkətin ikinci audit üçün təkrar seçilməsinə imkan verməyək. Lakin biz buna müvəffəq ola bilmədik. Və təminat da yoxdur ki, auditor şirkətinin belə davranışı gələcəkdə təkrar olunmayacaq.

Nəhayət bizim HSŞT prosesində fəaliyyətimizin üçüncü aspekti auditin nəticələrinin müzakirələrində iştirak etməkdən ibarətdir. Bu HSŞT prosesinin məhz o mərhələsidir ki, həmin mərhələdə Koalisiya yalnız passiv müşahidəçidir və bu hal, açığını desək, Koalisiya üzvlərində ciddi narahatlıq doğurur. Biz sadəcə hesabatın müzakirəsində iştirak edirik. Şirkətlərin fərdi hesabatlarını hətta gözdən keçirmək hüququmuz belə yoxdur. Bu Koalisiyanı müstəqil təhlil aparmaq imkanından məhrum edir. Qeyd edim ki, HSŞT-nin bu mərhələsi ən məsul və ictimaiyyət üçün ən maraqlı mərhələdir. Belə bir mərhələdə bizim passiv rolumuzu cəmiyyətə izah etmək çətindir.

HSŞT-nin ölkəmizdə inkişafı üzrə bizim yeni təkliflərimizə elə elementlər daxil edilib ki, onlar vəziyyəti dəyişə və audit mərhələsində Koalisiyanın rolunun artmasına imkan yarada bilər. Biz ümid edirik ki, Anlaşma Memorandumunun digər tərəfləri də bizim təklifləri düzgün qiymətləndirəcəklər. Məsələnin həlli şirkətlər tərəfindən məlumatların fərdi açıqlanması probleminə bağlıdır. BP, STATAOİL, ŞELL və s. aparıcı transmilli şirkətlər də daxil olmaqla bəzi şirkətlər məlumatların fərdi açıqlanmasına hazır olduqlarını bəyan etmələrinə baxmayaraq, vəziyyət hələlik tam aydın deyil. Bu bəyanatlara baxmayaraq Azərbaycanda bir sıra şirkətlər öz tərəflərindən məlumatların fərdi açıqlanmasını digər şirkətlərin analoji hərəkətləri ilə bağlayırlar. Başqa sözlə mövqe belədir: “Ya hər kəs, ya da heç kim”.

Ümid edirik ki, yay məzuniyyət dövrü bitdikdən və Azərbaycanda HSŞT-nin inkişafı etdirilməsi üzrə təkliflərin müzakirəsi başlandıqdan sonra vəziyyət aydınlaşacaq. Hökumətin bu məsələdə mövqeyi burada iştirak edən Hökumət Komissiyasının Sədri cənab Şərifov tərəfindən dəfələrlə ifadə edilib. O bir neçə dəfə şirkətlərin də iştirak etdiyi tədbirlərdə bəyan edib ki, Azərbaycan Hökuməti bu məsələdə şirkətlərin getməyə hazır olduqları ən uzaq məqama qədər getməyə hazırdır. Bu mövqe bizi əlbəttə ki, ruhlandırır.

İndi də bir neçə kəlmə katibliyin hazırladığı sənədlər haqqında demək istəyirəm. Təəssüf ki, koalisiya üzvləri tərəfindən onların diqqətlə oyrənilməsi üçün vaxt çox olmayıb. Belə ki, bu çoxsəhifəli sənədləri Azərbaycan dilinə tərcümə etmək lazımdır. Bu səbəbdən Koalisiya rəhbərliyinin heç də hamısının onları təhlil etmək imkanı olmayıb. Lakin biz bunu qarşıdakı bir ayda mütləq edəcəyik və koalisiya adından təkliflərimizi mütləq BMQ- yə və katibliyə təqdim edəcəyik. Hələlik mən ancaq şəxsi təəssüratlarım haqqında danışa bilərəm. Mən hesab edirəm ki, çox sanballı iş görülüb. Bununla belə, mənə elə gəlir ki, HSŞT-də vətəndaş cəmiyyətinin iştirakına diqqəti artırmaq lazımdır. Məsələn, fikrimcə təşviq siyasəti özündə həm də vətəndaş cəmiyyəti üzrə komponenti daşımalıdır.

Digər təklif HSŞT-nin prinsip və meyarlarına aiddir. O məsələləri ki, HSŞT həll etməyə çalışır, yəni təbii ehtiyatlardan istifadənin effektivliyinin artırılması, yoxsulluğun səviyyəsinin aşağı salınması və s., bizə elə gəlir ki, HSŞT-nin prinsip və meyarlarına təbii ehtiyatlardan əldə edilən gəlirlərin xərclənməsinə nəzarət komponentlərini də əlavə etməyi tələb edir. Fikrimizcə, HSŞT-ni yalnız gəlirlərin açıqlanması ilə məhdudlaşdırmaq qarşıya qoyulan məsələləri yarımçıq həll etmək deməkdir. Etiraz edilə bilər ki, gəlirlərin xərclənməsi hər bir ölkənin öz daxili işidir. Digər tərəfdən, axı beynəlxalq təsisatların digər sahələrdə şəffaflıq üzrə tövsiyələr işləyib hazırlamaq praktikası da məlumdur. Məsələn, BVF-nun büdcə- vergi və maliyyə-kredit sahələri üzrə şəffaflıq Kodeksləri. Onların da istifadəsi könüllüdür. Buna baxmayaraq, BMF üzvü olan ölkələr bu kodekslərdən getdikcə daha çox istifadə edirlər.

Ümid etmək istərdim ki, HSŞT-nin gələn il keçiriləcək konfransına BMQ-nin təqdim edəcəyi təkliflərdə vətəndaş cəmiyyətinin rolunun artırılması üçün şəraitin yaradılması elementləri də öz əksini tapacaq.

26.08.05. London


EİTİ Beynəlxalq Məsləhət Qrupu üzvlərinə müraciət, London, 26 avqust 2005-ci il



Sənədin sonuncu korrektə tarixi: 12/8/2008 - 15:18:57

 

SAYTDA AXTARIŞ

XƏBƏR BAŞLIQLARI

"Mədən sənayesində ŞƏFFAFLIQ" jurnalının 8-ci sayı çap olunmuşdur
İctimai Birliklərin “Mədən Səanayesində Şəffaflığın Artırılması” Koalisiyasının  təşkil etdiyi  “Qarşılıqlı Anlaşma Memorandumunun  5-cü  ili: ötən dövrün qazancları və gələcək dövrün tələbləri” mövzusunda məlumat
Qubad  İbadoğlu MŞHT üzrə beynəlxalq seminarda iştirak edib
6 Noyabr 2008-ci il Monqollarla Şura üzvlərinin görüşü barədə Məlumat
AZƏRBAYCANDA MHŞT ÜZRƏ QİYMƏTLƏNDİRMƏ PROSESİNİ HƏYATA KEÇİRƏCƏK ŞİRKƏT SEÇİLDİ
“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 17-ci sayı hazırlanmışdır
28 oktyabr 2008-ci ildə Princeton Universitetindən gələn tələbələr və Global Witness beynəlxalq təşkilatından nümayəndələr ilə  keçirilmiş  görüşə dair məlumat
25 oktyabr 2008-ci il tarixində Mədən Sənayesində Şəffaflığın Artırılması İctimai Birliklər Koalisiyanın keçirdiyi seminar haqqında məlumat
Milyonların aqibəti
НЕФТЬ АЗЕРБАЙДЖАНА: доходы, расходы и риски (взгляд из 2007)
19 sentyabr 2008-ci ildə  Caspian Plazanın Konfrans zalında İctimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA)” Koalisiyası “Əsrin kontraktının 14-cü ili və  neft-qaz sənayesində şəffaflıq təşəbbüsü” mövzusunda Dəyirmi Masa keçirdi
Milli Büdcə Qrupunun İdarə Heyəti və «Mədən Sənayesində Şəffaflığın Artırılması» üzrə QHT Koalisiyası Şurası tərəfindən Azərbaycan Respublikası Prezidentliyi namizədənə ünvanlanan müraciət
"Dövlət xərcləmələri: səmərəlilik və şəffaflıq müstəvisində" mövzusunda Dəyirmi Masa (Bakı şəhəri, Kaspian Plaza, 11 senytabr 2008-ci il )
“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 16-cı sayı hazırlanmışdır.
ЗАЯВЛЕНИЕ общественных объединений Азербайджана по поводу событий в Республике Грузия (Баку, 12 августа 2008)
MSŞA Koalisiyası 8-ci  hesabatla (2007-ci ilin yekunları üzrə) bağlı rəyi açıqlayıb.
MSŞA QHT Koalisiyasının növbəti XI Ümumi Yığıncağı ilə bağlı mətbuat üçün açıqlama
“MHŞT-in Azərbaycanda tətbiqi:  5 illik dövrə retrospektiv baxış” Mövzusunda konfransın press-relizi (17/06/2008)
Mətbuat üçün açıqlama (31/05/2008)
Hesabat: “Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi(26/05/2008)
Zaqata, Quba, Gəncə yerli TV-də Tok-Şoular
İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyasının “Neft gəlirlərinin yerləşdirilməsi və idarəedilməsi: risklərdən necə sığortalanmalı” mövzusunda Dəyirmi Masanın PRESS-RELİZİ (Bakı şəhərı, BMM, 18/04/2008)
Göyçay rayonunda dəyirmi masa
“Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi
  05 aprel 2008-ci il tarixdə MSŞA Koalisiyası Gəncə şöbəsinin şura iclası keçirilmişdir.
Milli Büdcə Qrupu və Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisiyasının mətbuat üçün açıqlaması
Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə yeddinci hesabatını açıqladı
İctimai Birliklərin MSŞA Koalisiyasını bir qrup Şura üzvləri Hökümət Komissiyasının sədri Şahmar Mövsümovla görüşüb
ARDNŞ-nin maliyyə axınlarının izlənməsi, təhlili və onun şəffaflığının qiymətləndirilməsi layihəsi" üzrə yekun konfrans barədə məlumat
Kamboca dövlətinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş (11/02/2008)

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004-2008 TSW 3.1.9
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.354267