|
*
Azərbaycan QHT-lərinin “Mədən Sənayesində Şəffaflığın Artırılması” (MSŞA)
Koalisiyasının 2005-ci ildə fəaliyyətinin yekunları ilə bağlı
*
Azərbaycan QHT-lərinin “Mədən Sənayesində Şəffaflığın Artırılması” (MSŞA)
Koalisiyasının 2005-ci ildə fəaliyyətinin yekunları ilə bağlı
Azərbaycan QHT-lərinin “Mədən Sənayesində Şəffaflığın Artırılması” (MSŞA) Koalisiyasının 2005-ci ildə fəaliyyətinin yekunları ilə bağlı PRESS-RELİZ 28 dekabr 2005-ci il, Bakı şəhəri Başa çatmaqda olan 2005-ci il ərzində MSŞA Koalisiyası ölkənin neft gəlirləri üzərində şəffaflığa nail olmaq üçün öz missiyasına uyğun olaraq fəaliyyətini davam etdirib və onu aşağıda qeyd edilən istiqamətlərdə həyata keçirib: Azərbaycan Respublikası Hökümətinin mədən hasilatı sənayesində əldə etdiyi məcmu daxilolmaları barədə hesabatlarını və hasilat (neft-qaz) sənayesində fəaliyyət göstərən şirkətlərin təqdim etdikləri fərdi hesabatların təhlili əsasında audit şirkətinin verdiyi rəyləri təhlil edib və onlar haqqında məlumatları müxtəlif tədbirlərdə ictimaiyyətə çatdırıb; -
Azərbaycanda vətəndaş cəmiyyətinin təmsilçisi kimi MSŞT-nün həyata keçirilməsində fəal iştirak edib. Belə ki, MSŞT-nin tətbiqi üzrə Anlaşma Memorandumunun və hesabat formalarının təkmilləşdirilməsi və neft gəlirləri üzərində şəffaflığın daha da artırılması üzrə təkliflərini digər maraqlı tərəflərə təqdim edib və müxtəlif görüşlərdə və Memorandum tərəflərinin yaratdığı İşçi Qrupda müzakirələrə çıxarıb. Koalisyanın bir neçə təklifi qəbul edilib; -
Koalisya MSŞT üzrə yaradılan hökumət Komissiyası, Azərbaycanın neft və qaz sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər və Mədən Sənayesində Şəffaflığın Artırılması (qeyri hökumət təşkilatları) Koalisiyası arasında imzalanmış Qarşılıqlı Anlaşma Memorandumuna uyğun olaraq təsis edilən Seçim Qrupunda digər maraqlı tərəflərlə tam bərabər hüquqla təmsil olunub. Seçim Qrupu Azərbaycanın neft və qaz sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərin Azərbaycan hökumətinə ödənişləri və hökumətin yerli və xarici şirkətlərdən daxilolmaları barədə hesabatlarını tutuşduraraq təhlil edəcək audit şirkətini seçmək məqsədilə müsabiqələr keçirib və ildə iki dəfə audit şirkətini seçilməsində iştirak edib; -
Koalisiyaya üzv olan təşkilatlar MSŞT-nin Azərbaycanda tətbiqi çərçivəsində bir sıra layihələr həyata keçiriblər. Həmin layihələr çərçivəsində QHT-lər və media nümayəndələri üçün treninqlər, dəyirmi masalar, mətbuat konfransları, media- forumlar, ölkənin müxtəlif regionlarında ictimaiyyətin iştirakı ilə MSŞT mövzusunda konfranslar, Milli Məclisə namizədlər üçün regionlarda dəyirmi masalar keçirilib, 3 broşür nəşr edib, nəşrə bir kitab hazırlanıb və Koalisiyanın “Şəffaflıq” dərgisinin ilk sayı (ingilis dilində variantı hazırlanır) nəşr edilib. MSŞT mövzusunda yazan jurnalistlər arasında ən yaxşı yazı üçün müsabiqə keçirilib və qaliblər mükafatlandırılıb. Koalisiyanın vebsaytı www.eiti-az.org fəaliyyət göstərib və müntəzəm olaraq yeni məlumatlarla zənginləşdirilib. -
Koalıisyanın 2 Ümumi yığıncağı və Şuranın 30 iclası keçirilib. Həmin iclaslarda Şura və Koalisiya daxili məsələlər, Koalisiyanın tərəfdaşları ilə münasibətlər, həyata keçirilən layihələr, həmçinin açıqlanan hesabatlar, MSŞT-nin istər Azərbaycanda, istərsə də bütün dünyada tətbiqi, beynəlxalq maliyyə qurumlarının şəffaflıq kodeksləri və onlarla bağlı Koalisiyanın təklifləri və digər problemlərə həsr edilmiş müxtəlif məsələlər müzakirə edilib. Koalisiyanın dekabrın 16-da keçirilmiş Ümumi yığıncağında ilə yekun vurulub, fəaliyyətin müsbət və mənfi tərəfləri araşdırılıb, uğurlar və nöqsanlar qeyd edilib. Həmin yığıncaqda Koalisiyanın yeni Şurası seçilib və 2006-cı il üçün fəaliyyət planı təsdiq edilib. Koalisiyanın tam fəaliyyəti, həmçinin MSŞT-nin bütün dünyada tətbiqi ilə bağlı ən son məlumatlar Koalisiyanın veb-saytında yerləşdirilir. Koalisiyanın fəaliyyəti və MSŞT ilə bağlı hər hansı məsələ üçün Koalisiyanın Bakı şəhəri, Füzuli küçəsi, ev 39, mənzil 28 ünvanda yerləşən ofisinə də müraciət etmək olar. Əlaqə telefonu: 497 8967; 499 3473. e-mail: office@eiti-az.org Hazırda Koalisiyanın 50 üzvü var və yeni üzv olmaq istəyən təşkilatların sayı artmaqdadır. Biz bütün Azərbaycan ictimaiyyətini, xüsusilə KİV nümayəndələrini neft gəlirləri üzərində şəffaflığın bərqərar olması üçün bizimlə birgə çalışmağa, bizi dəstəkləməyə çağırırıq. Azərbaycan QHT-lərinin MSŞA Koalisiyası
Sənədin sonuncu korrektə tarixi: 8/7/2008 - 15:55:41
|