|
Layihə: “Mineral Ehtiyatların Hasilatı ilə Məşgul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün Azərbaycan Respublikasında tətbiqinə dair qarşılıqlı anlaşma haqqında” 24 noyabr 2004-cü il tarixli MEMORANDUMa Əlavələr və dəyişikliklər barədə RAZILAŞMA
Layihə: “Mineral Ehtiyatların Hasilatı ilə Məşgul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün Azərbaycan Respublikasında tətbiqinə dair qarşılıqlı anlaşma haqqında” 24 noyabr 2004-cü il tarixli MEMORANDUMa Əlavələr və dəyişikliklər barədə RAZILAŞMA
Memorandumun Tərəfləri - Mədən Hasilatı Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə 2003-cü il və 2004-cü ilin birinci yarısına dair hesabatların verilməsini ilk və mühüm addim kimi qiymətləndirərək, - Prosesin iştirakçısı olan bir çox şirkətlərin fərdi şəkildə hesabatlarının açıqlanmasına dair hazır olduqları barədə bəyanat verdiklərini nəzərə alaraq, qazanılmış ilk təcrübə nəticəsində hesabatlar prosesini təkmilləşdirmək və şəffaflığı daha da artırmaq məqsədilə aşağıdakı dəyişikliklər barədə razılığa gəlmişlər: 1. Memorandumun 1-ci bəndində: 1) “MHŞT üzrə Beynəlxalq Konfransda tövsiyə” sözləri “aşağıda qeyd” sözlərilə əvəz edilsin; 2) Abzasın sonuna əlavə edilsin: Belə müzakirələr üçün Tərəflər işçi qrup yaradırlar. Bu işçi qrupa hər Tərəfdən iki-üç nəfər təhkim edilir. İşçi qrup razilaşdırılmış təklifləri Memorandumun Tərəflərinə təsdiq üçün təqdim edir. 2. Memorandumun 2-ci bəndi aşağıdakı kimi verilsin: 2. Hesabatlar: 1) Azərbaycan Respublikası hökumətinin xarici və milli hasilat(neft və qaz) şirkətlərindən aldığı ödənişlər/ayırlmalar (Forma №1); 2) Mədən hasilatı ilə məşğul olan xarici şirkətlərin fəaliyyət göstərdiyi ölkə (Azərbaycan Respublikası) hökumətinə verdiyi ödənişlər (Forma №2); 3) Mədən hasilatı ilə məşğul olan yerli şirkətlərin fəaliyyət göstərdiyi ölkə (Azərbaycan Respublikası) hökumətinə verdiyi ödənişlər (Forma №3) barədə hesabatlar olmaqla bu memoranduma əlavə edilən (əlavə N3) formatda doldurulmalıdır. 1) Təbii ehtiyаtlаrın işlənməsi nəticələri haqqında аrаyış (Forma №0). Bu аrаyış ildə bir dəfə, martın 15-də təqdim edilir. Аrayiş bu Memorandumla nəzərdə tutulan auditə məruz qalmır. Arayış yalnız vətəndaş cəmiyyətinin milli təbii resursların işlənməsilə əlaqədar məlumatlandırılması məqsədini daşıyır; 2) hаsilаt, xərclərin ödənilməsi, mənfəət neftinin bölüşdürülməsi və Аzərbаycаn rezidentlərinə ödəmələr (Forma №1). bu hesаbаt təbii ehtiyаtlаrın işlənməsi üzrə оperаtоr оlаn şirкət tərəfindən təqdim edilir; 3) Поdrаtçı tərəfin Аzərbаycаnа ödəmələri (Forma №2). bu hesаbаtı коntrакtdа iştirак pаyı оlаn xаrici və yerli şirкətlər təqdim edir; 4) Мilli şirкətin hesаbаtı (Forma №3). bu hesаbаtı каrbоhidrоgen yаtаqlаrındа müstəqil işləyən Мilli şirкət təqdim edir; 5) Аzərbаycаnın dövlət qurumlаrınа dаxilоlmаlаr (Forma №4). bu hesаbаt höкumət Коmissiyаsı tərəfindən təqdim edilir. 3. Memorandumun 5-ci bəndinin “e)”, “f)” və “g)” bəndaltıları aşağıdakı kimi verilsin: e) Bu Memorandumun 5(a) bəndində təsvir olunmuş və audit şirkəti ilə imzalanmış müqaviləyə uyğun olaraq audit şirkəti 30 təqvim günü ərzində hökumətin və xarici və yerli şirkətlərin hesabatlarını təhlil edərək tutuşdurur və bunun əsasında öz rəyini (Müstəqil Mühasibin Hesabatı) bütün hökumətin hesabatı ilə Memorandumun birinci və ikinci Tərəflərinin hesabatları ilə birgə Memorandum tərəflərinin toplantısında açıqlayır. f) Yekun “Müstəqil mühasiblərin hesabatı” hər hansı uyğunsuzluğun aradan qaldırılması və belə uyğunsuzluğun əhəmiyyətsiz olması barədə ümumi razılığa gəlinməsi şərti ilə bütün tərəflərə hesabatların audit şirkətinə təqdim olunduğu son tarixdən sonra 30 gün ərzində və ya uyğunsuzluq tam həll olunduqdan sonra təqdim ediləcək. Yekun “Müstəqil mühasiblərin hesabatı”nda bütün aşkar edilmiş uyğunsuzluqlar və onların həll edilməsi yolları izahı öz əksini tapmalıdır. Аuditоr Мemоrаndum tərəflərinin bütün suаllаrınа izаhlı cаvаb verməкdə məsuliyyət dаşıyır. g) Memoranduma tərəflər MHŞT üzrə Komissiyanın hesabatı və Müstəqil Mühasibin Hesabatı ilə bağlı mətbuat üçün birgə məlumat hazırlayıb onu və hesabatları dərc etdirir. Bu zaman mətbuatda MHŞT üzrə Komissiyanın hesabatı (mətbuat üçün işlənmiş formada) və Memorandum tərəflərinin birgə bəyanatı dərc edilir, ARDNF və Koalisiyanın Vebsəyifələrində bütün məlumatlar, yəni mətbuatda dərc edilənlər vz eyni zamanda Auditor şirkətinin Müstəqil Mühasibin Hesabatı və şirkətlərin fərdi hesabatları yerləşdirilir (bu o şirkətlərə aiddir ki, hansılar belə açiqlamaya razılıq veriblər). 4. Memorandumun 5-ci bəndinin “h)” bəndaltısı çıxarılsın. h)Audit şirkəti və Komissiya xarici və yerli şirkətlər tərəfindən təqdim olunmuş hesabatların tam məxfiliyinə cavabdehdirlər və bu hesabatları bütövlükdə və yaxud qismən bu Memorandumun digər tərəflərinə, hər hansı üçüncü tərəfə açıqlamayacaqlar. 5. Memorandumun 7-ci bəndi aşağıdakına dəyişdirilsin: 7. Tərəflər hesabatların təqdim olunacağı ilk mərhələdə zaman ləngimə, catışmazlıq, texniki qüsurların olmasını istisna etmir və bunların xoş məramla audit şirkətilə əməkdaşlıq nəticəsində aradan qaldırılması zərurətini qəbul edirlər. 6. Memorandumun 8-ci bəndi çıxarılsın. 8. Tərəflər ilk hesabatların 2003-cü ili və 2004-cü ilin ilk 6 ayını əhatə edəcəyinə razıdırlar. Hesabatların ilk dəfə təqdim olunduğu nəzərə alınaraq onun tarixi tərəflər arasında (bu Memorandum imzalandıqdan sonra 30 gün ərzində) xüsusi olaraq müəyyənləşdiriləcəkdir. 7. Memorandumun 9-cu bəndi aşağıdakına dəyişdirilsin: 9. Tərəflər ilk hesabatların dərc edilməsindən sonra xüsusi müzakirəyə ehtiyacı nəzərə alaraq əlavə toplantılar keçirəcəklər. Tərəflər xarici şirkətlərin Azərbaycan Respublikası hökumətinə ödənişləri/ayırmaları barədə hesabatlarının fərdi və ya məcmu qaydada açıqlanması mexanizminin işlənməsi məqsədilə 2003-cü ili və 2004-cü ilin 6 ayını əhatə edən hesabatlar təqdim olunduqdan sonra müzakirələr aparacaqlar. 8. Memorandumun 10-cu bəndi aşağıdakına dəyişdirilsin: 10. Bu Memorandum Tərəflərin ona imza atdığı gündən qüvvəyə minir. Tərəflərin hər biri bütün Tərəflərə əvvəlcədən yazılı bildiriş göndərdikdən sonra bu Memorandumdan çıxa bilər, həmin bildirişdə çıxma tarixi qeyd olunmalıdır. 11 və 12-ci bəndlərdə qeyd olunmuş vəzifələr Memorandumu tərk etmiş hər bir tərəfə şamil olunmaqda davam edəcək. Bu razılaşma iki nüsxədə azərbaycan və ingilis dillərində 2005-ci il mayın _____ Bakı şəhərində imzalanmışdır və hər iki nüsxə bərabər qüvvəyə və effektə malikdir. Razılaşmanın imzalanmış nüsxəsi MHŞT üzrə Komissiya tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Fondunda saxlanılır. Onun surətləri Memorandum tərəflərinə təqdim olunur. İmzalar: Qeyd: "Razılaşma" adında sənəd Memoranduma dəyişiklikləri əhatə edir. Burada qırmızı rəngdəkilərin Memorandumdan çıxarılması, mavi rəngdəkilərin Memoranduma daxil edilmesi təklif edilir.
Sənədin sonuncu korrektə tarixi: 12/8/2008 - 15:19:3
|