Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 7 Yanvar 2009, Çərşənbə | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

İNFLYASİYA KALKULYATORU

Azərbaycanda İnflyasiya Kalkulyatoru

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

Press-release: MHŞT üzrə Komissiya QHT Koalisiyasının açıqlamasını tələsik və həqiqətdən uzaq hesab edir (04/04/2005))

Press-release: MHŞT üzrə Komissiya QHT Koalisiyasının açıqlamasını tələsik və həqiqətdən uzaq hesab edir (04/04/2005))

31 mart 2005-ci il tarixində qeyri-hökumət təşkilatlarının “Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyası “Deloyt ənd Tuş” şirkətinin Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə hesabatına (http://www.oilfund.az/inside_az.php?nID=82) dair açıqlama vermişdir. Açıqlamada bildirilir ki, Koalisiya Şurası 25 mart tarixli iclasında “Deloyt ənd Tuş” şirkətinin təqdim etdiyi 30 iyun 2004-cü il tarixində bitən altı ay və 31 dekabr 2003-cü il üzrə Müstəqil Mühasiblərin Rəylərini təhlil edərək bu qənaətə gəlmişdir: “Auditor şirkətinin rəyləri yalnız Hasilatın Pay Bölgüsü sazişləri üzrə işləyən şirkətlərin fəaliyyətini əhatə edir. Beləliklə Azərbaycanın neft-qaz ehtiyatlarının istismarından 2003-cü və 2004-cü (yarım ili) illərdə ölkəmizin əldə etdiyi gəlirlərin yalnız bir hissəsi haqqında məlumat açıqlanır (yəni ARDNŞ-nin fəaliyyəti əks etdirilmir). Bu isə MSŞT-nün prinsiplərini pozur və Azərbaycan ictimaiyyətini milli sərvətimiz olan neft-qaz ehtiyatlarımızın istismarından əldə olunan qazanclar barədə tam məlumatdan məhrum edir”. Koalisiya öz açıqlamasında auditor şirkətinin təqdim etdiyi Rəylərin bir sıra ciddi suallar doğurduğunu bildirir və bu sualları “həm bəzi səlist olmayan ifadələr, həm də rəqəmlərdəki bir sıra fərqlərlə” əlaqələndirir.

MHŞT üzrə Komissiyanın sədri cənab Samir Şərifov Koalisiyanın verdiyi bu bəyanatla bağlı bildirmişdir: “Hesab edirəm ki, Koalisiyanın “Deloyt ənd Tuş” şirkətinin Rəyləri ilə bağlı açıqlaması həqiqəti əks etdirmir. Belə ki, MHŞT üzrə Komissiya, QHT Koalisiyası və eləcə də yerli və xarici şirkətlər arasında imzalanmış Memoranduma əsasən hesabatlar MHŞT üzrə Komissiya və həmin Memoranduma imza atmış neft və qaz hasilatı ilə məşğul olan 21 xarici və yerli şirkət (tam siyahı üçün bu linkə daxil olun) tərəfindən “Deloyt ənd Tuş” audit şirkətinə təqdim olunmuşdur. Bu şirkətlər arasında təkcə Hasilatın Pay Bölgüsü Sazişləri çərçivəsində fəaliyyət göstərən şirkətlər deyil, həm də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Azgerneft, Şirvan Oil və Anşad Petrol Birgə müəssisələri də var. Neftin və qazın hasilatı ilə bağlı hökumətə ödənişlər barədə hesabatlar Memorandumla razılaşdırılmış hesabat formatına uyğun olaraq, adıçəkilən dörd şirkət tərəfindən təqdim olunub. Buna görə də audit şirkətinin Rəylərinin yalnız Hasilatın Pay Bölgüsü sazişləri üzrə işləyən şirkətlərin fəaliyyətini əhatə etməsi barədə Koalisiya tərəfindən verilmiş bəyanat ən azı təəccüb doğurur”.

Cənab Şərifov hesab edir ki, “Deloyt ənd Tuş” şirkətinin hesabatları çox güman ki, QHT Koalisiyası tərəfindən yanlış başa düşülüb. “Sözügedən auditor Rəylərində verilmiş məlumatların MHŞT prinsiplərini pozmasından söhbət belə gedə bilməz. Hər hansı anlaşılmazlığın yaranması isə hesabatların qavranması prosesində təbii hesab oluna bilər.” Bununla belə, MHŞT üzrə Komissiyanın sədri bildirib ki, Memorandum tərəflərinə heç bir sual ünvanlamadan və Memorandumda nəzərdə tutulduğu kimi tərəflərlə heç bir müzakirə keçirmədən verilmiş belə bir bəyanat tələsik və həqiqətdən uzaq hesab olunmalıdır. O, eyni zamanda qeyd edib ki, audit Rəyləri və digər məqamlarla bağlı yanlış başa düşülmüş hər hansı məsələ Memorandum tərəflərinin birgə görüşləri vasitəsilə həllini tapmalıdır. “Memorandumda da məhz tərəflərin hər hansı problemi birgə çözməli olduğunu önə çəkən belə bir mexanizm nəzərdə tutulur”.

S. Şərifov Komissiya tərəfindən aprelin 6-da Memorandum tərəfləri arasında növbəti görüşün təşkil olunacağı barədə məlumat verərək qeyd etmişdir ki, Memorandumla təsdiq olunmuş mexanizmdə nəzərdə tutulduğu kimi, tərəflərin hesabatlarla bağlı sualları görüş zamanı cavablandırıla və bununla da QHT-lərin audit Rəylərini başa düşməkdə qarşılaşdığı problemlər aradan qaldırıla bilər.



Sənədin sonuncu korrektə tarixi: 12/8/2008 - 15:21:0

 

SAYTDA AXTARIŞ

XƏBƏR BAŞLIQLARI

"Mədən sənayesində ŞƏFFAFLIQ" jurnalının 8-ci sayı çap olunmuşdur
İctimai Birliklərin “Mədən Səanayesində Şəffaflığın Artırılması” Koalisiyasının  təşkil etdiyi  “Qarşılıqlı Anlaşma Memorandumunun  5-cü  ili: ötən dövrün qazancları və gələcək dövrün tələbləri” mövzusunda məlumat
Qubad  İbadoğlu MŞHT üzrə beynəlxalq seminarda iştirak edib
6 Noyabr 2008-ci il Monqollarla Şura üzvlərinin görüşü barədə Məlumat
AZƏRBAYCANDA MHŞT ÜZRƏ QİYMƏTLƏNDİRMƏ PROSESİNİ HƏYATA KEÇİRƏCƏK ŞİRKƏT SEÇİLDİ
“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 17-ci sayı hazırlanmışdır
28 oktyabr 2008-ci ildə Princeton Universitetindən gələn tələbələr və Global Witness beynəlxalq təşkilatından nümayəndələr ilə  keçirilmiş  görüşə dair məlumat
25 oktyabr 2008-ci il tarixində Mədən Sənayesində Şəffaflığın Artırılması İctimai Birliklər Koalisiyanın keçirdiyi seminar haqqında məlumat
Milyonların aqibəti
НЕФТЬ АЗЕРБАЙДЖАНА: доходы, расходы и риски (взгляд из 2007)
19 sentyabr 2008-ci ildə  Caspian Plazanın Konfrans zalında İctimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA)” Koalisiyası “Əsrin kontraktının 14-cü ili və  neft-qaz sənayesində şəffaflıq təşəbbüsü” mövzusunda Dəyirmi Masa keçirdi
Milli Büdcə Qrupunun İdarə Heyəti və «Mədən Sənayesində Şəffaflığın Artırılması» üzrə QHT Koalisiyası Şurası tərəfindən Azərbaycan Respublikası Prezidentliyi namizədənə ünvanlanan müraciət
"Dövlət xərcləmələri: səmərəlilik və şəffaflıq müstəvisində" mövzusunda Dəyirmi Masa (Bakı şəhəri, Kaspian Plaza, 11 senytabr 2008-ci il )
“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 16-cı sayı hazırlanmışdır.
ЗАЯВЛЕНИЕ общественных объединений Азербайджана по поводу событий в Республике Грузия (Баку, 12 августа 2008)
MSŞA Koalisiyası 8-ci  hesabatla (2007-ci ilin yekunları üzrə) bağlı rəyi açıqlayıb.
MSŞA QHT Koalisiyasının növbəti XI Ümumi Yığıncağı ilə bağlı mətbuat üçün açıqlama
“MHŞT-in Azərbaycanda tətbiqi:  5 illik dövrə retrospektiv baxış” Mövzusunda konfransın press-relizi (17/06/2008)
Mətbuat üçün açıqlama (31/05/2008)
Hesabat: “Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi(26/05/2008)
Zaqata, Quba, Gəncə yerli TV-də Tok-Şoular
İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyasının “Neft gəlirlərinin yerləşdirilməsi və idarəedilməsi: risklərdən necə sığortalanmalı” mövzusunda Dəyirmi Masanın PRESS-RELİZİ (Bakı şəhərı, BMM, 18/04/2008)
Göyçay rayonunda dəyirmi masa
“Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi
  05 aprel 2008-ci il tarixdə MSŞA Koalisiyası Gəncə şöbəsinin şura iclası keçirilmişdir.
Milli Büdcə Qrupu və Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisiyasının mətbuat üçün açıqlaması
Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə yeddinci hesabatını açıqladı
İctimai Birliklərin MSŞA Koalisiyasını bir qrup Şura üzvləri Hökümət Komissiyasının sədri Şahmar Mövsümovla görüşüb
ARDNŞ-nin maliyyə axınlarının izlənməsi, təhlili və onun şəffaflığının qiymətləndirilməsi layihəsi" üzrə yekun konfrans barədə məlumat
Kamboca dövlətinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş (11/02/2008)

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004-2008 TSW 3.1.9
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.322896