Mədən Sənayesində Şəffaflığın
Artırılması Koalisiyası

 

For Improving Transparency
in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 9 Sentyabr 2010, Cümə axşamı | eng |   VİDEO ÇARXLAR

DƏSTƏK və QOŞULMA

   Azərbaycan Respublikası vətəndaşlarının beynəlxalq Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə (MSŞT) dəstək

   MSŞA Koalisiyasına üzv olmaq istəyən hüquqi şəxs üçün ərizə forması

   MSŞA Koalisiyasına üzv olmaq istəyən fiziki şəxs üçün ərizə forması

   MSŞA Koalisiyasına üzvlərin qəbulu qaydaları

ŞURA ÜZVLƏRİ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

DƏRGİ

BÜLLETEN

TƏRƏFDAŞLAR

KİV LİNKLƏRİ









VALYUTA MƏZƏNNƏLƏRİ

  Azərbaycan manatı курсы валют Прага
(RUB)//-//
Чешских крон(CZK)//-//
Швейцарский франк(CHF)//-//
Евро(EUR)//-//
Доллар США(USD)//-//
Индийских рупий(INR)//-//
Японских йен(JPY)//-//
Вон Республики Корея(KRW)//-//
Австралийский доллар(AUD)//-//

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

 

EITI haqqında ümumi məlumatlar

EITI haqqında ümumi məlumatlar

MHŞT (EITI) haqqında ümumi məlumat1

MHŞT (EITI) nədir?

şəklin əslinə baxınEITI (Extractive Industry Transparency Initiative - Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü) 2002-ci ilin sentyabr ayında İohannesburg şəhərində keçirilmiş Davamlı İnkişaf üzrə Dünya Samitində Böyük Britaniyanın Baş Naziri Tony Bleyr tərəfindən irəli sürülmüşdür. Məqsəd təbii ehtiyatlarından son dərəcə asılı ölkələrin mədən sənayesində ödəmələr və gəlirlər üzərində şəffaflığın artırılmasıdır. Bu təşəbbüs hökumətləri, mədən sənayesində çalışan özəl, və ya dövlət mülkiyətində olmasından asılı olmayaraq bütün şirkətləri, beynəlxalq təşkilatları, QHT-ləri və başqalarını könüllülük əsasında ödəmələr və gəlirlərin şəffaflığını artırmaq üçün birgə çalışmağa sövq edir. 2002-ci ilin sentyabrında bəri bu təşəbbüs ona qoşulan hökumətlər, neft, qaz və mədən sənayesinin digər sahələrində çalışan şirkətlər, beynəlxalq təsisatlar, sərmayeçilər və QHT-lər tərəfindən inkişaf etdirilmişdir. Daha ətraflı məlumat almaq üçün Böyük Britaniyanın Beynəlxalq İnkişaf Departamentinin vebsaytına və yaxud EITI-ın vebsaytına daxil olun.

MHŞT təbii ehtiyatlarla zəngin ölkələrdə neft, qaz və mədən sənayesindən əldə edilən gəlirlərdən şirkətlərin hökumətlərə ödəmələri, hökumətin isə öz gəlirləri haqqında məlumatları dərc etmələrini və müqayisə edilərək təsdiqlənməsi yolu ilə idarə edilməsinin yaxşılaşdırılmasını dəstəkləyir. Bir çox ölkələr neft, qaz və mineral resurslarla zəngindir və tədqiqatlar göstərir ki, idarəetmə yaxşı olduqda onlardan gələcəkdə iqtisadiyyatın inkişaf etdirilməsi və yoxsulluğun azaldılması üçün böyük gəlirlər əldə etmək mümkündür. Lakin idarəetmə zəif olduqda isə əksinə həmin gəlirlər yoxsulluğa, korrupsiyaya və necə deyərlər “ehtiyatların lənəti” adlandırılan ziddiyyətin baş verməsinə səbəb olur. MHŞT-nin məqsədi şəffaflığı artırmaq və hesabatlılığı yaxşılaşdırmaq yolu ilə bu “lənət”in qarşısını almaqdır.

MHŞT-ni həyata keçirməyin faydaları nədir?

MHŞT-dən ən əvvəl ehtiyatlarla zəngin ölkələrin hökumətləri və vətəndaşları faydalanır. Hökumətlərin nə aldığının və şirkətlərin nə ödədiyinin bilinməsi həmin gəlirlərdən istifadə etməklə bağlı qərar verənlərin hesabatlılığı üçün çox vacib ilk addımdır. MHŞT-ni tətbiq edən ehtiyatlarla zəngin ölkələr öz hökumətlərinin təbii ehtiyatlardan əldə edilən gəlirlər üzərində şəffaflılğı artıracağı və hesabatlılığı yaxşılaşdıracağı haqqında öhdəlik götürdüyü barədə investorlara və beynəlxalq maliyyə qurumlarına açıq işarə verməklə yaxşılaşmış investisiya mühitindən faydalana bilirlər. Fəaliyyət göstərdikləri ölkələrdə MSŞT-ni dəstəkləməklə şirkətlər və investorlar investisiya riskini azalda bilərlər: korrupsiya siyasi qeyri- sabitlik yaradır ki, bu da öz növbəsində təbii ehtiyatların istismarına yönələn və mahiyyətcə intensiv və uzun müddətli olan investisiyaları təhdid edir. Vətəndaş cəmiyyəti hökumətin vətəndaşlar adından idarə etdiyi bu gəlirlər haqqında ictimai mühitdə məlumatların artmasından və bunun nəticəsində də hesabatlılığın yaxşılaşmasından və şəffaflığın artmasından faydalana bilər. Yekun olaraq hesab edilir ki, yaxşılaşdırılmış idarəetmə proqramının tərkib hissəsi kimi MHŞT-nin tətbiq edilməsi neft, qaz və mədən sənayesi gəlirlərinin davamlı inkişafa və yoxsulluğun azaldılmasına yardım edəcəyinə təminat verir.

MHŞT-ni hansı ölkələr tətbiq edir?

Bütün dünya üzrə artıq 20-yə yaxın ölkə ya sadəcə MHŞT-yə qoşulduğunu elan etmiş, ya da Peru, Trinidad və Tobaqo, Azərbaycan, Nigeriya və Şərqi Timor kimi artıq fəal şəkildə onu həyata keçirməkdədir. Həmin ölkələrin siyahısı və təşəbbüslə bağlı fəaliyyətləri haqqında ən son məlumatları buradan əldə etmək olar.

Necə həyata keçirilir?

MHŞT Katibliyi təşəbbüsü həyata keçirmək arzusunda olan ölkələr və şirkətlər üçün xüsusi Vəsait işləyib hazırlamışlar.

Daha kimlər cəlb edilib?

MHŞT hazırda Böyük Britaniyanın Beynəlxalq İnkişaf Departamentində yaradılmış Beynəlxalq Katiblik tərəfindən dəstəklənir. Katiblik Dünya Bankı və BMK ilə yaxın əlaqədə fəaliyyət göstərir. Təşəbbüsü tətbiq edən hökumətlərdən əlavə MHŞT donorlar- dünyanın bir çox ən böyük neft və mədən sənayesi şirkətləri, həmçinin bu şirkətlərin investorları, Publish What You Pay Coalition və the Revenue Watch Institute çətiri altında fəaliyyət göstərən müxtəlif vətəndaş cəmiyyəti qrupları tərəfindən də dəstəklənir. MHŞT-yə cəlb edilmiş bütün təşkilatların siyahısı ilə burdan tanış olmaq mümkündür.

Necə qoşulmaq olar?

MSŞT üzrə xüsusi Vəsaitdə (EITI Source Book) təşəbbüsə qoşulmaq arzusunda olan hökumətlər və şirkətlər üçün təlimatlar vardır. Əgər təşkilat təşəbbüsə dəstəyini bəyan etmək istəyirsə, o, bunu təsdiq edən bəyanatını öz vebsaytında yerləşdirməli, surətini isə MHŞT Katibliyinə göndərməlidir.

Beynəlxalq Məsləhətçi Qrup

MHŞT-nin gələcəyi üzrə Beynəlxalq Məsləhətçi Qrup yaradılmışdı. Qrupa Beynəlxalq Şəffaflıq Təşkilatının yaradıcısı və sədri Piter Aygen sədrlik edirdi. Qrup MHŞT-ni tətbiq edən ölkələrin, şirkətlərin, vətəndaş cəmiyyəti qruplarının, investorların və donorların nümayəndələrindən təşkil edilmişdi. Qrupun vəzifəsi MHŞT-nin gələcəyi ilə bağlı tövsiyələr hazırlamaq idi. Müvafiq təkliflər hazırlanmış və MHŞT-nin 2006-cı ilin oktyabrında Osloda keçirilmiş beynəlxalq konfransına təqdim edilmişdir

MHŞT Prinsip və Meyarları

MHŞT prinsip və meyarları ilə tanış olmaq üçün bura müraciət edin.

MHŞT Azərbaycanda

Azərbaycan hökuməti təşəbbüsü elan olunduğu dövrdən dəstəkləmiş və ona qoşulduğunu bəyan etmişdir (əlavə məlumat üçün bura daxil olun). 2004-cü ilin may ayının 13-də Azərbaycanın 30-dan artıq QHT-ı Memorandum imzalayaraq ölkənin təbii sərvətlərinin istismarından əldə edilən gəlirlərə və onların istifadəsinə ictimai nəzatəti təşkil və təmin etmək üçün "MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI" Koalisiyasında birləşdiklərini elan etdilər.

Koalisiyanın ümumi toplantıları arasındakı müddətdə onun işini Koalisiya Ümumi yığıncağı tərəfindən seçilmiş Şura davam etdirəcəkdir.


1 Bu səhifənin hazırlanmasında www.eitransparency.org vebsaytının məlumatlarından istifadə edilib



Sənədin sonuncu korrektə tarixi: 26/12/2009 - 14:34:44

 

SAYTDA AXTARIŞ

MÜƏLLİF YAZILARI

Modul stansiyaların tikintisində qaranlıq məqamlar
Dünya Sakit
Azərbaycan neft gəlirlərinə «çöldən» baxış
İlham Şaban
2009-cu ilin iqtisadi yekunları
Qubad İbadoğlu
MSŞT-də Azərbaycan və Azərbaycanda MSŞT
Zöhrab İsmayıl
Neft kimə məxsusdur; xalqa, yoxsa hakimiyyətə?
Oqtay Gulalıyev
“Aqrolizinq” ümüdləri doğruldurmu?
Nicat Dağlar
 

XƏBƏR BAŞLIQLARI

Представляем: Главные новости о национальных коалициях от коалиции «Publish What You Pay» (Публикуй то, что платишь)
QHT-lərə DÖVLƏT DƏSTƏYİ ŞURASI 2010-cu İL ÜÇÜN MÜSABİQƏ ELAN EDIB
BTC ile nəql olunan neftin hecmi
İctimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının ölkənin qaz sektorundakı proseslərə münasibətı
Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının informasiya bulleteninin 26-ci sayı hazırlanıb.
"Mədən sənayesində ŞƏFFAFLIQ" jurnalının 11-ci sayı çap olunmuşdur
QHT-lər “Park inn”də səfərbər oldular
Gəncədə hökümət qurumlarının, regional dağ- mədən şirkətlərinin, yerli QHT- lərin və KİV- in  iştirakı ilə tədbir keçirilib
MSŞA Koalisiyası DNF haqqında qanun layihəsini ictimai müzakirəyə çıxarır
Mətbuat üçün açıqlama (29/05/2009)
Ictimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının bəyanatı (29/05/2009)
Koalisiyanın 9-cu hesabatla bağlı rəyi Memorandum tərəfləri ilə müzakirə olunub
EİTİ üzrə Çoxtərəfli Qrupun formalaşdırılmasına başlanıb
Biz neft gəlirlərinin xərclənməsində şəffaflığın təmin edilməsini istəyirik
Beynəlxalq Şəffaflıq Təşəbbüsü üzrə qiymətləndirmə prosesi və onun Azərbaycanda icrası
“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 20-ci sayı hazırlanmışdır
"Mədən sənayesində ŞƏFFAFLIQ" jurnalının 9-cu sayı çap olunmuşdur
MSŞA Koalisiyasının Şura üzvləri Gəncəbasar bölgəsinə səfər ediblər
Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası dəyərləndirmənin və 9- cu hesabatın yekunları ilə bağlı mətbuat konfransı keçirib
İctİmaİ  Bİrlİklərİn “Mədən sənayesİndə  Şəffaflığın artırılması” Koalİsİyasının XII ümumi yığıncağı barədə məlumat
İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının Bəyanatı (Bakı şəhəri, 6/02/2009)
“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 19-ci sayı hazırlanmışdır
Koalisiyada Validator qrupu ilə görüş keçirilib
İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının bəyanatı
“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 18-ci sayı hazırlanmışdır
"Mədən sənayesində ŞƏFFAFLIQ" jurnalının 8-ci sayı çap olunmuşdur
İctimai Birliklərin “Mədən Səanayesində Şəffaflığın Artırılması” Koalisiyasının  təşkil etdiyi  “Qarşılıqlı Anlaşma Memorandumunun  5-cü  ili: ötən dövrün qazancları və gələcək dövrün tələbləri” mövzusunda məlumat
Qubad  İbadoğlu MŞHT üzrə beynəlxalq seminarda iştirak edib
6 Noyabr 2008-ci il Monqollarla Şura üzvlərinin görüşü barədə Məlumat
AZƏRBAYCANDA MHŞT ÜZRƏ QİYMƏTLƏNDİRMƏ PROSESİNİ HƏYATA KEÇİRƏCƏK ŞİRKƏT SEÇİLDİ
“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 17-ci sayı hazırlanmışdır
28 oktyabr 2008-ci ildə Princeton Universitetindən gələn tələbələr və Global Witness beynəlxalq təşkilatından nümayəndələr ilə  keçirilmiş  görüşə dair məlumat
25 oktyabr 2008-ci il tarixində Mədən Sənayesində Şəffaflığın Artırılması İctimai Birliklər Koalisiyanın keçirdiyi seminar haqqında məlumat

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004-2008 TSW 3.1.9
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.365567