|
Kataloqun mündəricatı(/ts_gen/azl/bulet/9)
Kataloqun mündəricatı(/ts_gen/azl/bulet/9)
Vahid Layihənin Neft gəlirləri və onlardan səmərəli istifadə haqqında radio-debatların
təşkili" istiqaməti üzrə növbəti veriliş efirə yayımlanıb. Verilişdə "Ekspert"
jurnalının Baş redaktoru Azər Mehtiyev və Milli Məclisin keçmiş deputatı Cümşüd
Nuriyev "Neft gəlirləri və dövlət xərcləmələri" mövzusunda neft gəlirlərinin büdcəyə
təsiri, bu təsirin əhalinin həyat səviyyəsində özünü göstərə bilməsi, təhsil və
səhiyyənin inkişafı üçün neft gəlirlərindən necə istifadə olunması və s. məsələlərə
toxunublar.
İctimai radionun "Diqqət Mərkəzində" verilişində
"Neft gəlirləri və iqtisadi inkişaf" mövzusunda radio-dialoq keçirilib.
Vahid Layihənin "Neft gəlirlərinin səmərəli,effektiv xərclənməsinə dair
radio-dialoqun keçirilməsi" istiqaməti çərçivəsində İctimai Radioda "Neft gəlirləri
və iqtisadi inkişaf" mövzusunda veriliş efirə verilib.
"Sağlam İnkişaf və Maarifləndirmə" ictimai birliyi və " Demokratik İslahatçı
Gənclər" ictimai birliyi, Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası
daxilində "Gənclərin MHŞT proseslərinə cəlb edilməsi" layihəsi çərçivəsində 16
iyun 2007-ci ildə Bərdə rayon mərkəzində dəyirmi masa keçirilmişdi. Dəyirmi masa
zamanı seminar iştirakçılarına MSŞA Koalisiyası tərəfindən hazırlanmış "Pilot
ölkələrin təcrübəsi" adlı beynəlxalq konfrans toplusunu, "Hasilat Sənayesində
Şəffaflıq Təşəbbüsü" adlı vəsait kitabı, cib təqvimləri, üzərində MSŞA Koalisiyasının,
SİMİB-in, DİGİB-nin loqoları olan yazı kitabçaları və qələmlər paylanmışdır. Bundan
əlavə MSŞA Koalisiyası tərəfindən hazırlanmış divar kağızları və üzərində MSŞA
Koalisiyasının, SİMİB-in, DİGİB-nin loqoları olan ARDNF-nun gəlir və xərclərini
özündə əks etdirən divar kağızları seminar keçirilən zalın divarına vurulmuşdur.
Dəyirmi masada 22 nəfər Bərdə rayon gəncləri iştirak etmişdir
Mədən
Sənayesində Şəffaflığın Artırılması Koalisiyası Şurasının üzvü İnqilab Əhmədov
"Odədiyini açıqla..." (PublishWhatYouPay) beynəlxalq təşkilatının Strateji Məsləhət
Qrupuna (SMG) üzv seçilib. O, bu qurumda Qafqaz və Orta Asiya regionunun PWYP
üzvü olan vətəndaş cəmiyyəti təşkilatlarını təmsil edəcək.
İctimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyası
Şurasının əlaqələndiricisi Qubad İbadoğlu 12-14 iyun 2007-ci ildə Jakarta şəhərində
səfərdə olub. Səfər Beynəlxalq Şəffaflıq İndonesiya (BŞ-İndoneziya) təşkilatının
dəvəti ilə reallaşıb. Səfərin əsas məqsədi mədən sənayesində şəffaflıq təşəbbüsünü
dəstəkləyən yerli qeyri-hökümət təşkilatları üçün təşkil olunan seminarda
Azərbaycanda MŞHT-nin tətbiqi və koalisiya quruculuğu təcrübəsi barədə məlumat
vermək olub.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) portfelin idarə olunması/portfel
mühasibat sistemi və baş mühasibat üçün proqram təminatı üzrə xidmətlərin satınalması
məqsədilə 2007-ci il yanvarın 14-də elan etdiyi iki tender başa çatıb. Fondun
İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, hər iki tender «Dövlət
satınalmaları haqqında» qanuna əsasən həyata keçirilib və Thomson Financial Limited
şirkəti qalib gəlib.
Mayın 25-də "Şahdəniz" yatağında istismarı ötən ilin sonlarında dayandırılan
birinci quyudan (SD-01) hasilat bərpa edilib. Layihənin operatoru olan «BP-Azerbaijan»
şirkətinin prezidenti Bill Şreyderin sözlərinə görə, quyudakı bərpa işləri müvəffəqiyyətlə
başa çatıb. Yaxın iki həftə ərzində yataqda 3-cü, ilin sonunadəksə 4-cü quyu istismara
veriləcək. İlin sonlarından isə platformadan yeni quyuların qazılmasına başlanacaq.
"Sağlam İnkişaf və Maarifləndirmə" ictimai birliyi və "Demokratik İslahatçı
Gənclər" ictimai birliyi MSŞA koalisiyası daxilində vahid layihə çərçivəsində
"Gənclərin MHŞT proseslərinə cəlb edilməsi" layihəsi istiqamətində 6 iyun 2007-ci
il tarixində Oğuz rayonunda gənclərə seminar keçirilmişdir.
Nigeriyada Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü aktının qüvvəyə minməsini
dəstəkləyən aparıcı qeyri-hökumət təşkilatlarından biri olan “ÖDƏDİYİNİ AŞKARLA-Nigeriya”nın
yaydığı məlumata görə, bu ölkənin keçmiş prezident Olusegun Obasanjo mayın 23-də
ofisi tərk etməzdən əvvəl MSŞT-nin tətbiqini nəzərdə tutan qanun layihəsini qüvvəyə
minməsi barədə fərman imzalayıb.
İyunun 13-də Dövlət Neft Fondunun Müşahidə Şurasının növbəti iclası kecirilib.
Fondun ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclas Dövlət Neft
Fondunun Müşahidə Şurasının sədri, baş nazir Artur Rasizadənin sədrliyi ilə kecirilib.
İyunun 10-da Mingəçevir şəhərində Kolisiyanın vahid laiyhəsi çərçivəsində “Vətəndaşların
məlumatlılığı və neft gəlirlərinin səmərəli istifadəsinə maraqlarının artırılması
kampaniyalarının keçirilməsi” istiqaməti üzrə növbəti Dəyirmi Masa
keçirilib.
Zərdabi Media Mərkəzi 2006- cı ildə keçirdiyi sorğunun nəticələrini açıqlayıb.
Mayın 30- da Hyatt Regency otelində təşkil olunan təqdimat mərasimində hökümət
nümayəndələri, müxtəlif nazirliklərin məsul işçiləri, beynəlxalq təşkilatların
rəhbərləri, millət vəkilləri, Mətbuat Şurasının üzvləri, KİV təmsilçiləri, şirkətlər,
QHT- lər və s. iştirak ediblər.
İyunun 7-də 14-cü Beynəlxalq Xəzər Neft-Qaz sərgi konfransının sonuncu günü
üçüncü sessiya Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə (EİTİ) həsr olunub.
“Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü – Gəlirlərin Şəffaflığında Beynəlxalq Standartlara
Doğru” adlı sessiyanı giriş sözü ilə Norveçin Azərbaycandakı səfiri Yon Remberq
açaraq MHŞT-nin neft və qaz hasilatı həyata keçirilən ölkələrdə mühüm əhəmiyyətə
malik olduğunu vurğuladı.
İyunun 8-də İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması
Koalisiyası Dövlət Neft Fondunun Müşahidə Şurasının tərkibi ilə bağlı bəyanatla
çıxış edib. Bəyanatda bildirilir ki, mayın18-də prezident Dövlət Neft Fondunun
(DNF) Müşahidə Şurasının yeni tərkibinin təsdiqi ilə bağlı sərəncam imzalayıb.
Prezidentin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli fərmanı ilə təsdiq
olunmuş Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamənin 5.4-cü
maddəsinə əsasən Fondun Müşahidə Şurasında ictimai təşkilatların nümayəndələri
də təmsil olunmalıdır. Lakin Şuranın dövlət başçısı tərəfindən təsdiq edilmiş
hazırkı tərkibində bu təmsilçilik təmin olunmayıb. Belə ki, Şura üzvlərinin 2-si
Milli Məclisi (qanunvericilik hakimiyyətini), 5-i hökuməti (icra hakimiyyətini),
1-i Milli Bankı və 1-i də Milli Elmlər Akademiyasını təmsil edir.
İyunun 8-də Mədən Sənayesində Şəffaflığın Artırılması (MHŞT) QHT Koalisiyasının
mənzil qərargahında Qazaxıstanda MHŞT sahəsində fəaliyyət göstərən ekspertlərlə
görüş keçirilib. Görüşdə Koalisiyanın Şura üzvləri, Qazaxıstan Soros Fondunun
nümayəndəsi Anton Artemyev və MHŞT prosesində iştirak edən Qazaxıstan QHT Koalisiyasının
təmsilçisi Malik İsabekov iştirak edib.
17 may 2007- ci il tarixdə “Мədən Sənayesində Şəffaflığın Artırılması”
Koalisiyasının 2007-ci il fəaliyyət planına uyğun olaraq Azərbaycan Dövlət İqtisadiyyat
Universitetində Dəyirmi Masa keçirilmişdir. Dəyirmi masa “Мədən Sənayesində Şəffaflığın
Artırılması” Koalisiyasının 2007-ci il fəaliyyət planına uyğun olaraq həyata
keçirilmişdir. MSŞA Koalisiyasının üzvü, “Ekspert” jurnalının baş redaktoru, iqtisad
elmləri namizədi Azər Mehdiyev, Universitetin İstehsal və Xidmət Sahələrinin İqtisadiyyatı
Fakultəsinin dekanı Əli Hacıyev, Bakı və region Universitetlərində dəyirmi masaların
keçirilməsi üzrə məsul şəxs Ehtiram Əli, müəllim, tələbə və kooalisiya üzvləri
iştirak etmişlər.
Bu ilin birinci rübündə Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə bağlı nəzərdə
tutulan əsaslı xərclərdən artıq vəsait sərf olunub. Belə ki, 2007-ci il üzrə kəmərlə
bağlı nəzərdə tutulan 41 mln. dollarlıq əsaslı xərclərin 12 mln. dolları üç ay
ərzində icra olunub. Bp-Azərbaycan şirkətinin prezidenti Bill Şreyder bunun kəmərin
çəkilişi və sınaq-istismar işləri ilə əlaqədar ötən ildən qalan bir sıra işlərin
bu ilin birinci rübündə həyata keçirilməsi ilə bağlı olduğunu qeyd edib.
İyunun 5-də Beynəlxalq Şəffaflıq Təşkilatı "Böyük səkkizliyin" fəaliyyəti
üzrə hesabatını açıqlayıb. "Səkkizliyin" Berlin sammitindən bir gün əvvəl nəşr
olunmuş [daha
geniş], hesabatda belə bir nəticəyə gəlinib
ki, 8 dünya nəhəngi üzrə korrupsiya ilə mübarizə və idarəetmənin yaxşılaşdırılması
istiqamətində bir çox tərifəlayiq işlərin görülməsinə baxmayaraq, onların başa
çatdırılması lazımi səviyyədə olmayıb.
Mayın 21-də Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində
Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Hökumət Komissiyası, Azərbaycanın hasilat (neft
və qaz) sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər və Mədən Sənayesində
Şəffaflığın Artırılması (qeyri-hökumət təşkilatları) Koalisiyası arasında imzalanmış
qarşılıqlı anlaşma Memorandumuna uyğun olaraq təsis edilmiş Seçim Qrupunun növbəti
iclası keçirilib. İclas zamanı Azərbaycanın hasilat (neft və qaz) sənayesində
fəaliyyət göstərən yerli və xarici şirkətlərin Azərbaycan Respublikası hökumətinə
ödənişləri və Azərbaycan Respublikası hökumətinin yerli və xarici şirkətlərdən
daxiolmaları barədə növbəti – altıncı hesabat mərhələsi üzrə hesabatlarını (2006-illik)
tutuşduraraq təhlil edəcək audit şirkətinin seçilməsi məqsədilə müsabiqə keçirilib
və "Mur Stefens" (Moore Stephens) şirkəti müsabiqənin qalibi elan olunub.
Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:33:47
Sənədin digər dillərdəki variantları: /eng/ |