Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 28 Avqust 2008, Cümə axşamı | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

İNFLYASİYA KALKULYATORU

Azərbaycanda İnflyasiya Kalkulyatoru

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

Koalisiya Neft Fondunun Müşahidə Şurasının tərkibinə etiraz etdi

Koalisiya Neft Fondunun Müşahidə Şurasının tərkibinə etiraz etdi
Qurumun bəyanatında Milli Məclis və Elmlər Akademiyasının ictimai təşkilatları təmsil etmədikləri bildirilir
İyunun 8-də İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası Dövlət Neft Fondunun Müşahidə Şurasının tərkibi ilə bağlı bəyanatla çıxış edib. Bəyanatda bildirilir ki, mayın18-də prezident Dövlət Neft Fondunun (DNF) Müşahidə Şurasının yeni tərkibinin təsdiqi ilə bağlı sərəncam imzalayıb. Prezidentin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli  fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamənin 5.4-cü maddəsinə əsasən Fondun Müşahidə Şurasında ictimai təşkilatların nümayəndələri də təmsil olunmalıdır. Lakin Şuranın dövlət  başçısı tərəfindən təsdiq edilmiş hazırkı tərkibində bu təmsilçilik təmin olunmayıb. Belə ki, Şura üzvlərinin 2-si Milli Məclisi (qanunvericilik hakimiyyətini), 5-i hökuməti (icra hakimiyyətini), 1-i Milli Bankı və 1-i də Milli Elmlər Akademiyasını təmsil edir.

Milli Məclisin və Milli Elmlər Akademiyasının nümayəndələrinin  ictimai təşkilatların təmsilçisi kimi təqdim olunmasını düzgün hesab etməyən Koalisiya Mineral Ehtiyatların Hasilatı ilə məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün Azərbaycan Respublikasında tətbiqinə dair qarşılıqlı anlaşma Memorandumunun tərəfi olaraq 7 fevral 2007-ci il tarixdə Azərbaycan Respublikası prezidentinə «Dövlət Neft Fondunun Müşahidə Şurasında təmsilçilik məqsədilə» müraciət etmiş, lakin təəsüflər olsun ki, müraciət cavabsız qalmışdır: «Vətəndaş cəmiyyətinin fəal iştirakı ilə mədən  sənayesində şəffaflığa və  təbii sərvətlərin səmərəli idarəolunmasına nail olmaq missiyası altında fəaliyyət göstərən 100-ə qədər QHT-nin birləşdiyi Koalisiyanın Dövlət Neft Fondunun idarəetmə fəaliyyətinə ümumi nəzarətdən kənarda qalması neft gəlirlərinin şəffaf istifadəsinə ictimai inamı azaldır  və bütövlükdə ictimai vəsaitlərin səmərəli idarəolunmasının riskini artırır. Bütün bunlar İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasını narahat edir.»

Koalisiya prezidentin «Azərbaycan Respublikası Dövlət Neft Fondunun fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında» 19 iyun 2001-ci il tarixli 511 saylı fərmanı əsasında Fondun fəaliyyəti, o cümlədən gəlir və xərcləri barədə məlumatların dövrü olaraq yayılmasının, eləcə də ildə iki dəfə hökumətin aldığı və şirkətlərin ödədikləri ilə bağlı müstəqil mühasibat rəyinin açıqlanmasının məqbul olduğunu bildirir və hesab edir ki, bütün bunlar neft gəlirlərinin artdığı, xərcləmələrin çoxaldığı bir şəraitdə şəffaflığının təmin olunması üçün heç də kifayət deyildir: «İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası Dövlət Neft Fondunun büdcəsinin «Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanunu  ilə birbaşa əlaqələndirilməsini, parlament müzakirələri zamanı növbəti ilin büdcə paketində Neft Fondunun büdcəsinə də  baxılmasını, Fondun fəaliyyətinə qanunvericilik hakimiyyətinin nəzarətinin təmin edilməsi məqsədilə «Neft gəlirlərinin idarəedilməsi haqqında» yanunun qəbul edilməsini və vətəndaş  nəzarətinin təmin edilməsi məqsədilə isə Müşahidə Şurasının tərkibində  ictimai təşkilatların nümayəndəsi olaraq Koalsiyanın  təmsil olunmasını təklif edir.»


1 ... 5 6 7 ... 18


Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:33:59

 

SAYTDA AXTARIŞ

XƏBƏR BAŞLIQLARI

ЗАЯВЛЕНИЕ общественных объединений Азербайджана по поводу событий в Республике Грузия (Баку, 12 августа 2008)
MSŞA Koalisiyası 8-ci  hesabatla (2007-ci ilin yekunları üzrə) bağlı rəyi açıqlayıb.
MSŞA QHT Koalisiyasının növbəti XI Ümumi Yığıncağı ilə bağlı mətbuat üçün açıqlama
“MHŞT-in Azərbaycanda tətbiqi:  5 illik dövrə retrospektiv baxış” Mövzusunda konfransın press-relizi (17/06/2008)
Mətbuat üçün açıqlama (31/05/2008)
Hesabat: “Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi(26/05/2008)
Zaqata, Quba, Gəncə yerli TV-də Tok-Şoular
İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyasının “Neft gəlirlərinin yerləşdirilməsi və idarəedilməsi: risklərdən necə sığortalanmalı” mövzusunda Dəyirmi Masanın PRESS-RELİZİ (Bakı şəhərı, BMM, 18/04/2008)
Göyçay rayonunda dəyirmi masa
“Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi
  05 aprel 2008-ci il tarixdə MSŞA Koalisiyası Gəncə şöbəsinin şura iclası keçirilmişdir.
Milli Büdcə Qrupu və Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisiyasının mətbuat üçün açıqlaması
Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə yeddinci hesabatını açıqladı
İctimai Birliklərin MSŞA Koalisiyasını bir qrup Şura üzvləri Hökümət Komissiyasının sədri Şahmar Mövsümovla görüşüb
ARDNŞ-nin maliyyə axınlarının izlənməsi, təhlili və onun şəffaflığının qiymətləndirilməsi layihəsi" üzrə yekun konfrans barədə məlumat
Kamboca dövlətinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş (11/02/2008)
Fevralın 8-də Beynəlxalq Mətbuat Mərkəzində Mədən Sənayesində Şəffalıq Təşəbbüsü çərçivəsində görüş
25 yanvar 2008-ci il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində Ictimai Birliklərin Mədən Sənayesində Şəffafliğın Artırılması üzrə Koalisiyasi 2008-ci il üzrə Fəaliyyət Proqramının təqdimatını keçirtdi
23 yanvar 2008: Mətbuat üçün açıqlama
İIQTİSADİ VƏ SOSİAL İNKİŞAF MƏRKƏZİ: İctimaiyyət Üçün Açıqlama
Almaniya və Hindistanda Azərbaycandakı iqtisadi vəziyyət müzakirə olunub
“Gənclərin MHŞT proseslərinə cəlb olunması” layihəsi çərçivəsində yekun  konfrans keçirilmişdir
Qırğızıstanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü təmsil edən QHT nümayəndələri ilə görüş keçirilib.
MHŞT üzrə yeddinci mərhələnin hesabatlarına “Mur Stefens” şirkəti rəy verəcək
Azərbaycanda MHŞT üzrə yeddinci hesabat mərhələsi başlandı
ARDNF-nin 2007, 2008, 2009-cu illər üzrə maliyyə fəaliyyətinin auditini “Deloyt ənd Tuş” MMC həyata keçirəcək
YEKUN HESABAT (2007)
Neft gəlirləri ilə bahəm onları itirmək riski də artır
MHŞT üzrə altıncı hesabata "Mur Stefens" şirkəti rəy verəcək
Dünyа Bаnkı İnstitunun 212 ölkə üzrə аçıqlаdığı «Еffеktiv idаrəеtmənin indikаtоrlаrı» sənədinin müzаkirəsi(24/07/2007)

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004-2008 TSW 3.1.9
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.358912