|
MSŞT Koalisiyası Universitetlərdə tədbirlər keçirir
MSŞT Koalisiyası Universitetlərdə tədbirlər keçirir
Müəllim və tələbələrin qatıldığı toplantılarda şəffaflıq təşəbbüsü və neft
gəlirlərinin səmərəli idarə olunması müzakirə edilib
 17 may 2007- ci il tarixdə “Мədən Sənayesində Şəffaflığın Artırılması”
Koalisiyasının 2007-ci il fəaliyyət planına uyğun olaraq Azərbaycan Dövlət İqtisadiyyat
Universitetində Dəyirmi Masa keçirilmişdir. Dəyirmi masa “Мədən Sənayesində Şəffaflığın
Artırılması” Koalisiyasının 2007-ci il fəaliyyət planına uyğun olaraq həyata
keçirilmişdir. MSŞA Koalisiyasının üzvü, “Ekspert” jurnalının baş redaktoru, iqtisad
elmləri namizədi Azər Mehdiyev, Universitetin İstehsal və Xidmət Sahələrinin İqtisadiyyatı
Fakultəsinin dekanı Əli Hacıyev, Bakı və region Universitetlərində dəyirmi masaların
keçirilməsi üzrə məsul şəxs Ehtiram Əli, müəllim, tələbə və kooalisiya üzvləri
iştirak etmişlər.
Universitetin İstehsal və Xidmət Sahələrinin İqtisadiyyatı Fakultəsinin dekanı Əli Hacıyev tədbirin əhəmiyyəti və vacibliyi haqqında, mədən sənayesində gəlirlərin xərclənməsində şəffaflığın artırılmasının əhəmiyyəti və bununla əlaqədar tələbələrin maarifləndirilməsinin zəruriliyi haqqında məlumat verərək yığıncağı açmışdır. Ehtiram Əli MSŞA Koalisiyasının əhəmiyyəti və ölkənin gələcəyinin neft gəlirlərinin idarə olunmasinda şəffaflığın təmin edilməsindən cox asılı olduğunu yığıncaq iştirakcılarına çatdırdı. Dəyirmi masada Azər Mehdiyev “Neft gəlirləri və onların səmərəli istifadəsi”mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzə ətrafında geniş diskusiya oldu. Suallara Azər Mehdiyev ətraflı cavab verdi. Dekan Əli Hacıyev yığıncağı yekunlaşdıraraq, mədən sənayesində şəffaflığın artırılmasında müəllim və tələbələrin rolundan və ğələcəkdə belə yığıncaqların keçirilməsinin lazım olduğunu bildirdi. O, Dəyirmi masa iştirakcılarına və qonaqlara öz təşəkkürünü bildirrdi. -
17 may 2007- ci il tarixdə “Мədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyası Azərbaycan Memarlıq və İnşaat Universitetində “EİTİ prinsiplərində ətraf mühitin vəziyyəti” mövzusunda Dəyirmi Masa keçirilmişdir. Dəyirmi masada, MSŞA Koalisiyasının şura üzvü, texniki elmlər namizədi Telman Zeynalov, Universitetin Fövqəladə Hallar və Həyat Fəaliyyətinin Təhlükəsizliyi kafedrasının müdiri, texninki elmlər doktoru, professor Həbib Ocaqov, dekan müavini, texniki elmlər namizədi Şəfi Danialov, Koalisiyanın şura üzvləri, professor, müəllim, tələbə və universitetlərlə bağlı tədbirlərin həyata keçirilməsində məsul şəxs Ehtiram Əli iştirak etmişlər. Dəyirmi masada Telman Zeynalov “EİTİ prinsiplərində ətraf mühitin vəziyyəti” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzə ətrafında geniş diskusiya oldu. Suallara ətraflı cavab verildi. Fövqəladə Hallar və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Kafedrasınin müdiri Həbib Ocaqov dəyirmi masanı yekunlaşdıraraq, mədən sənayesində şəffaflığın artırılmasında müəllim və tələbələrin rolundan və gələcəkdə belə yığıncaqların keçirilməsinin lazım olduğunu bildirdi. -
18 may 2007- cı il tarixdə “Azərbaycan” Universitetində “Neft gəlirlərinin Azərbaycan iqtisadiyyatına təsiri” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masa “Мədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyasının 2007-ci il fəaliyyət planına uyğun olaraq həyata keçirilmişdir. MSŞA Koalisiyasının üzvü, İqtisadi və Biznes Tədqiqatları və Təhsili Mərkəzin rəhbəri professor Fuat Rəsulov, Universitetin tədris işləri üzrə prorektoru Mahir İbrahimov, Bakı və region Universitetlərində dəyirmi masaların keçirilməsi üzrə məsul şəxs Ehtiram Əli və 48 nəfər müəllim, tələbə heyəti iştirak etmişlər. Dəyirmi masanı Ehtiram Əli açaraq, mədən sənayesində şəffaflığın artırılmasının əhəmiyyəti və ölkənin gələcəyinin neft gəlirlərinin idarə olunmasinda şəffaflığın təmin edilməsindən cox asılı olduğunu yığıncaq iştirakcılarına çatdırdı. Yığıncaqda professor Fuat Rəsulov “Neft gəlirlərinin Azərbaycan iqtisadiyyatına təsiri” mövzusunda məruzə ilə çıxış etmişdir. Professor, mədən sənayesi gəlirlərinin əhalinin sosial drumuna təsiri, gəlirlərin xərclənməsində şəffaflığın artırılmasının əhəmiyyəti, neft gəlirləri, onların istifadəsi prosesi və istiqamətləri barədə ictimaiyyətin geniş informasiya əldə edə bilməsi, əhalinin və neft gəlirləri və onların istifadəsi məsələləri üzrə qərarların qəbulunda vətəndaş cəmiyyəti institutlarının iştirakının təmin edilməsi, neft gəlirlərinin əldə olunması və onların istifadəsi proseslərinə ictimai nəzarətin təmin edilməsinin vacibliyi barədə dəyirmi masa iştirakçılarını ətrafli məlumatlandırmışdır. Məruzə ətrafında geniş diskusiya oldu. Suallara ətraflı cavab verildi. Universitetin rektoru professor Fərahim Sadıqov yığıncağı yekunlaşdıraraq, mədən sənayesində şəffaflığın artırılmasında müəllim və tələbələrin rolundan və ğələcəkdə belə tədbirlərin keçirilməsinin lazım olduğunu bildirdi. -
24 may 2007- cı il tarixdə “Azərbaycan Dillər Universitetində “Beynəlxalq şəffaflıq təşəbbüsləri və Azərbaycan” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masa “Мədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyasının 2007-ci il fəaliyyət planına uyğun olaraq həyata keçirilmişdir. MSŞA Koalisiyasının şüra üzvü, “Tacirlər və İstehsalçılar Birliyinin” sədri Sevgim Rəhmanov, Koalisiyasının üzvü, İqtisadi və Biznes Tədqiqatları və Təhsili Mərkəzin rəhbəri professor Fuat Rəsulov, Bakı və region Universitetlərində dəyirmi masaların keçirilməsi üzrə məsul şəxs Ehtiram Əli və universitetin müəllim, tələbə heyəti iştirak etmişlər. Dəyirmi masanı Ehtiram Əli açaraq, MSŞA Koalisiyasının mədən sənayesində şəffaflığın artırılması ilə bağlı həyata keçirdiyi tətbirlər haqqında məlumatı yığıncaq iştirakcılarına çatdırdı. Yığıncaqda Sevgim Rəhmanov “Beynəlxalq şəffaflıq təşəbbüsləri və Azərbaycan” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzə ətrafında geniş diskusiya oldu. Sevgim Rəhmanov suallara ətraflı cavab verdi. -
31 may 2007- cı il tarixdə Azərbaycan Texniki Universitetində “BTC və CQBK layihələrin həyata keçirilməsində sosial təsirlər” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masa “Мədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyasının 2007-ci il fəaliyyət planına uyğun olaraq həyata keçirilmişdir. MSŞA Koalisiyasının şüra üzvləri Telman Zeynalov, Oqtay Güləliyev və İlham Hüseynli, Ramiz Baxşiyev, Bakı və region Universitetlərində dəyirmi masaların keçirilməsi üzrə məsul şəxs Ehtiram Əli və universitetin müəllim, tələbə heyəti iştirak etmişlər. Dəyirmi masanı Ramiz Baxşiyev açaraq, MSŞA Koalisiyasının mədən sənayesində şəffaflığın artırılması ilə bağlı həyata keçirdiyi tətbirlər haqqında məlumatı yığıncaq iştirakcılarına çatdırdı. Yığıncaqda İlham Hüseynli “BTC və CQBK layihələrin həyata keçirilməsində sosial təsirlər” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzə ətrafında geniş diskusiya oldu. İlham Hüseynli suallara ətraflı cavab verdi. O, yığıncaq iştirakcılarına və qonaqlara öz təşəkkürünü bildirrdi. Bununla da dəyirmi masa öz işini bitirmişdir. -
30 iyun 2007- ci il tarixdə “Мədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyasının 2007-ci il fəaliyyət planına uyğun olaraq Gəncə Kənd Təsərrüfatı Akademiyasında Dəyirmi Masa keçirilmişdir. Dəyirmi Masada, MSŞA Koalisiyasının şura üzvüləri Sabit Bağırov və Oqtay Güləliyev, MSŞA Koalisiyasının Gəncə bölgə şöbəsinin koordinatoru Aslan Vəliyev, Gəncə bölgə şöbəsinin şura üzvləri İrşad Abbasov və Gəncə Dövlət Universitetinin müəllimi Məleykə Abbaszadə, Uşaq Fondunun sədri Rövşən Novruzov, Tacirlər və İstehsalçılar Birliyinin Gəncə bölgəsinin sədri Cəbrail Məmmədov, Vətəndaş Cəmiyyəti Uğrunda İB-nin Gəncə regional şöbəsinin sədri Vaqif İmanov, Bakı xəbər qəzetinin jurnalisti Ruslan Xəlil, Bakı və region Universitetlərində dəyirmi masaların keçirilməsi üzrə məsul şəxs Ehtiram Əli və Kənd Təsərrüfatı Akademiyasınin müəllim və tələbə heyəti iştirak etmişlər. MSŞA Koalisiyasının Gəncə bölgə şöbəsinin şura üzvü İrşad Abbasov yığıncağın əhəmiyyəti hqqında qısa məlumat verərək dəyirmi masanı açmışdır. Koalisiyasının Gəncə bölgə şöbəsinin koordinatoru Aslan Vəliyev Beynəlxalq Şəffaflıq Təşəbbüsünin əhəmiyyəti haqqında qısa məruzə edərək iştirakçıları məlumatlandırdı. Oqtay Güləliyev MSŞA Koalisiyasının ölkədə həyata keçirilən geniş və çox faydalı fəaliyyəti haqqında çıxış edərək iştirakçıları bu tədbirlərdə aktiv iştiraka dəvət etdi. Dəyirmi Masada MSŞA Koalisiyasının şura üzvü Sabit Bağırov “Neft amili və onunla əlaqədar qazanclar, imkanlar, təsirlər” mövzusunda məruzə ilə geniş çıxış etmişdir. Məruzəçi şəffaflıq sahəsində mövcud olan beynəlxalq təcrübədən və beynəlxalq şəffaflıq təşəbbüsünə Azərbaycanin qoşulması tarixindən, Dövlət Neft Fondu haqqında, mədən sənayesi gəlirlərinin xərclənməsində şəffaflığın artırılmasının əhəmiyyəti, neft gəlirləri, onların istifadəsi prosesi və istiqamətləri barədə ictimaiyyətin geniş informasiya əldə edə bilməsi,əhalinin və vətəndaş cəmiyyəti institutlarının neft gəlirləri və onların istifadəsi məsələləri üzrə qərarların qəbulunda iştirakının təmin edilməsi, neft gəlirlərinin əldə olunması və onların istifadəsi proseslərinə ictimai nəzarətin təmin edilməsi barədə dəyirmi masa iştirakçılarını ətrafli məlumatlandırmışdır. Məruzə ətrafında geniş diskusiya oldu. Çıxışlarda və diskussiya zamanı mədən sənayesi gəlirlərinin xərclənməsində şəffaflığın artırılmasının əhəmiyyəti və əhalinin sosial durumuna təsirinə dair müzakirələr aparılıb. Bu istiqamətdə maarifçilik işinin aparılması , ictimai qurumların, həmçinin müəllım və tələbələrin rolunun artırılmasının vacibliyi qeyd edilib. Suallara ətraflı cavab verildi. Dəyirmi Masanın gedişində belə maarifləndirici tədbirlərin Gəncənin digər universitetlərində də həyata keçirilməsi təklif edildi. İrşad Abbasov Dəyirmi Masanı yekunlaşdıraraq, mədən sənayesində şəffaflığın artırılmasında müəllim və tələbələrin rolundan və gələcəkdə belə yığıncaqların keçirilməsinin lazım olduğunu bildirmişdir. Bununla da Dəyirmi Masa öz işini bitirmişdir.
◄ 1 ... 3 4 5 ... 18 ► ₪
Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:34:3
|