"Gənclərin MHŞT proseslərinə cəlb edilməsi" ilə bağlı Bərdədə tədbir keçirilib.

"Sağlam İnkişaf və Maarifləndirmə" ictimai birliyi və " Demokratik İslahatçı
Gənclər" ictimai birliyi, Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası
daxilində "Gənclərin MHŞT proseslərinə cəlb edilməsi" layihəsi çərçivəsində 16
iyun 2007-ci ildə Bərdə rayon mərkəzində dəyirmi masa keçirilmişdi. Dəyirmi masa
zamanı seminar iştirakçılarına MSŞA Koalisiyası tərəfindən hazırlanmış "Pilot
ölkələrin təcrübəsi" adlı beynəlxalq konfrans toplusunu, "Hasilat Sənayesində
Şəffaflıq Təşəbbüsü" adlı vəsait kitabı, cib təqvimləri, üzərində MSŞA Koalisiyasının,
SİMİB-in, DİGİB-nin loqoları olan yazı kitabçaları və qələmlər paylanmışdır. Bundan
əlavə MSŞA Koalisiyası tərəfindən hazırlanmış divar kağızları və üzərində MSŞA
Koalisiyasının, SİMİB-in, DİGİB-nin loqoları olan ARDNF-nun gəlir və xərclərini
özündə əks etdirən divar kağızları seminar keçirilən zalın divarına vurulmuşdur.
Dəyirmi masada 22 nəfər Bərdə rayon gəncləri iştirak etmişdir
Layihə rəhbəri A. Mikayılov dəyirmi masanı açıq elan edərək layihənin məqsədi, vəzifələri və əhəmiyyətliliyi və layihənin reallaşmasında iştirak edən təşkilatlar (MSŞT, SİMİB, VƏ DİGİB) haqqında məlumat verdi.
Bundan sonra söz dəyirmi masada iştirak edən SİMİB-in sədri Anar Xəlilova verildi. O çıxış edərək neft gəlirlərinin respublikamızın sosial-iqtisadi vəziyyətinin inkişafındakı rolu barədə dəyirmi masa iştirakçılarına geniş məlumat verdi.
Bundan sonra söz SİMİB-in Hüquq Araşdırma Mərkəzinin sədri, Odlar Yurdu Universitetinin müəllimi, hüquqşünas-ekspert Mətləb Abbasova verildi. O, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) yaranma səbəbləri və tarixi, idarə edilməsi prosesləri; MSŞA Koalisiyasının yaranma səbəbləri, missiyası, fəaliyyəti və tarixi; MHŞT proseslərində ictimai nəzarətin faydalılığı haqqında geniş məruzə etdi.
Bundan sonra çıxış edən SİMİB-in "Iqtisadiyyat bölməsi"nin rəhbəri, Qafqaz Universitetinin müəllimi, iqtisadçı-ekspert Rasim Abutalıbov ARDNF-nun formalaşması mənbələri və xərclənmə istiqamətləri, ARDNF-nun maliyyələşdirdiyi layihələr mövzularında geniş məlumat verdi.
Çıxışlardan sonra dəyirmi masa iştirakçılarının suallarına geniş cavab verildi.
Dəyirmi masanın keçirilməsində Gənclər və İdman Nazirliyi tərəfindən təşkilati dəstək verilmişdir. İnformasiya dəstəyi isə Azərbaycan Respublikası Dövlət Neft Fondu vermişdir