Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 6 Yanvar 2009, Çərşənbə axşamı | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

İNFLYASİYA KALKULYATORU

Azərbaycanda İnflyasiya Kalkulyatoru

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

Hökumət Komissiyası Koalisiyanın iradları ilə bağlı arayış hazırlayacaq

Hökumət Komissiyası Koalisiyanın iradları ilə bağlı arayış hazırlayacaq
İctimai birliklər ARDNŞ-nin ikili statusuna son qoyulmasını təklif edirlər
İctimai Birliklərin MSŞA Koalisiyası Azərbaycan hökuməti və mədən sənayesində çalışan şirkətlərin Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü çərçivəsində 2006-cı ilin ilk 6 ayı üçün (sayca 5-ci) açıqlanan hesabata audit rəyi ilə bağlı öz rəyini açıqlayıb.
Rəydə bildirilir ki, hesabat dövrü ərzində neft hasilatının aktiv fazaya daxil olması neftin hasilatının və müvafiq olaraq mənfəət nefti həcminin artmasına, ötən dövrlə müqayisədə neft gəlirləriinin çoxalmasına gətirib çıxarıb. Koalisiya hesab edir ki, bu artım daha da çox ola bilərdi, lakin əsaslı xərclərin sürətli artımı buna imkan vermir: “Son hesabat dövründə ABƏŞ-in hasil etdiyi neftin qeyd edildiyi kimi, cəmi  8,779 mln. barreli hökumətə mənfəət nefti kimi çatmışdır ki, (ümumən hasil edilən neftin təxminən 12%-i), bu da Neft Fondunun digər informasiyasına görə, cəmi 414,3 mln. dollar vəsait deməkdir. Yəni hasil edilmiş neftin yarıdan bir qədər çoxu hələ də kapital və istismar xərclərin ödənilməsinə istifadə edilmişdir. Qalanı isə - yəni 20.5 mln. bareli podratçının mənfəəti olmuşdur.”

İctimai Birliklərin MSŞA Koalisiyasını əsaslı xərclərin bu qədər artması və onun kompensasiya vaxtının uzanması narahat edir. Digər tərəfdən, Koalisiya artan əsaslı xərclərin əsasən Azərbaycandan kənarda həyata keçirilməsi amilinə də diqqət çəkərək bu xərclərin ciddi nəzarət altında olmasını məqsədəmüvafiq sayır: “Bu nəzarət, kontraktın şərtlərinə görə, ARDNŞ-nin məsuliyyətindədir. Lakin ARDNŞ kontraktda sifarişçini, yəni Azərbaycan hökumətini təmsil etməsi ilə yanaşı, eyni zamanda icraçı tərəfin (podratçının) üzvüdür. Bu cür ikili status isə maraqlar konflikti törədən amil olaraq qalmaqda davam edir.” Koalisiya hesab edir ki, kapital xərclərinin xeyli artması səbəblərini araşdırmaq məqsədilə üçtərəfli komissiya  (hökümət, ABƏŞ və Koalisiya nümayəndələrindən ibarət) yaradılmalıdır.

Koalisiyanın rəyinə görə,yerli şirkətlərdən hökumətə daxilolmalar haqqında məlumat yenə də ziddiyyətlidir: “Bir il ərzində yerli şirkətlərdən hökumətə ödəmələr 3 dəfədən çox artmışdır. Əgər 2005-ci ildə AÇG sazişi çərçivəsində mənfəət vergisi ödənilmirdisə, 2006-cı ildə artıq sazişin iştirakçılarından, ARDNŞ də daxil olmaqla, hökumətə mənfəət vergisi ödənilir. Amma bununla yanaşı, hesabatda əksini tapmış mənfəət vergisinin məbləğı şübhə doğurur. Belə ki, əgər 2005-ci ilin ilk 6 ayı üçün  yerli şirkətlərdən daxil olan mənfəət vergisi 8,5 mln. AZN. idisə, hesabat dövründə bu rəqəm cəmi 3,1 mln. AZN. artaraq 11,6 mln.AZN. olmuşdur.  Narahatçılığa səbəb olan budur ki, AÇG-nin xarici payçıları 2006-cı ilin 1-ci yarısında 213 mln. AZN mənfəət vergisi ödəmişlərsə, ən sadə hesabalamalara görə, sazişdə 10% paya malik olan ARDNŞ yalnız bu sazışdəki fəaliyyətinə görə təxminən  23,6 mln. AZN mənfəət vergisi ödəməli idi. 15 mln.AZN həcmində fərqin nə ilə izah olunması Koalisiya üçün sual olaraq qalmaqdadır. Yerli şirkətlərin ödəməli olduğu digər vergilərlə də bağlı sual doğuran məqamlar var və Koalisiya ümid edir ki, ARDNŞ bütün qeyd edilənlərə aydınlıq gətirəcək.”

Ictimai Birliklərin Koalisiyası həmçinin hesabatların nəzərdə tutulan vaxtdan  gec təqdim olunması ilə bağlı yaranmış problemin tezliklə aradan qalxacağına  və növbəti hesabatın Anlaşma Memorandumunda müəyyənləşdirilmış qrafikə uyğun olaraq vaxtında təqdim olunacağına  ümid edir.

Koalisiya bildirir ki, şirkətlərin hesabatlarının fərdi qaydada  açıqlanmaması audit rəyində göstərilən kənarlaşmaların hansı şirkətlərin günahı ucbatından baş verməsini müəyyənləşdirməyə çətinlik yaradır. Digər tərəfdən isə Koalisiyanın  informasiya sorğusu məqsədilə bp və ARDNŞ-yə ünvanladığı məktubların cavablandırılmaması narahatçılığı artırır.  Koalisiyabu faktı “Məlumatın əldə edilməsi haqqında” qanunun tələblərinin pozulması kimi qiymətləndirir.

Bütün qeyd edilən çatışmazlıqların aradan qaldırılması üçün İctimai  Birliklərin MSŞA Koalisiyası Təşəbbüs çərçivəsində hökumətin 5-ci hesabatı  üzrə  aşağıdakı təkliflərin nəzərə alınmasını tövsiyyə edir:

  • Anlaşma Memorandumunun tələblərindən irəli gələrək, mövcud hesabat sisteminin təkmilləşdirilməsi məqsədilə tərəflər arasında yeni müzakirələrə başlanmalı;
  • Şirkətlərin fərdi qaydada hesabatlar təqdim etməsi məqsədilə Hökumət Komissiyasının və İctimai Birliklərin MSŞA Koalisiyasının təşəbbüsləri genişləndirilməli;
  • Hesabatlar üzrə auditor rəyinin hazırlanması məqsədilə keçirilən tenderdə rəqabət şəraiti təmin edilməli və bu prosesə digər nüfuzlu şirkətlər də cəlb olunmalı;
  • Şirkətlərin hesabatlılıq sistemində bilməyərəkdən yaranmış problemin həllı məqsədilə personal üçün kurslar təşkil olunmalı;
  • ARDNŞ-nin  ikili statusu aradan qaldırılmalıdır. ARDNŞ imzalanmış kontraktlarda payçılardan biri olduğuna görə onun məsuliyyətində olan hökumətin təmsilçiliyi ilə əlaqədar müvafiq vəzifələr digər dövlət orqanına tapşırılmalıdır. Bu zaman imzalanmış kontraktlarda müvafiq dəyişikliklər də edilməlidir.
Hökumət Komissiyasının sədri, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov Koalisiyanın rəyinə münasibət bildirərkən “Əsrin kontraktı” üzrə əsaslı xərclərin artmasının “belə irihəcmli layihələr üçün” təbii olduğunu bildirib. Bununla yanaşı, o, Koalisiyanın rəyində qeyd olunan bütün məqamların araşdırılacağını və müvafiq arayışın hazırlanacağını qeyd edib.


1 ... 15 16


Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:35:0

 

SAYTDA AXTARIŞ

XƏBƏR BAŞLIQLARI

"Mədən sənayesində ŞƏFFAFLIQ" jurnalının 8-ci sayı çap olunmuşdur
İctimai Birliklərin “Mədən Səanayesində Şəffaflığın Artırılması” Koalisiyasının  təşkil etdiyi  “Qarşılıqlı Anlaşma Memorandumunun  5-cü  ili: ötən dövrün qazancları və gələcək dövrün tələbləri” mövzusunda məlumat
Qubad  İbadoğlu MŞHT üzrə beynəlxalq seminarda iştirak edib
6 Noyabr 2008-ci il Monqollarla Şura üzvlərinin görüşü barədə Məlumat
AZƏRBAYCANDA MHŞT ÜZRƏ QİYMƏTLƏNDİRMƏ PROSESİNİ HƏYATA KEÇİRƏCƏK ŞİRKƏT SEÇİLDİ
“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 17-ci sayı hazırlanmışdır
28 oktyabr 2008-ci ildə Princeton Universitetindən gələn tələbələr və Global Witness beynəlxalq təşkilatından nümayəndələr ilə  keçirilmiş  görüşə dair məlumat
25 oktyabr 2008-ci il tarixində Mədən Sənayesində Şəffaflığın Artırılması İctimai Birliklər Koalisiyanın keçirdiyi seminar haqqında məlumat
Milyonların aqibəti
НЕФТЬ АЗЕРБАЙДЖАНА: доходы, расходы и риски (взгляд из 2007)
19 sentyabr 2008-ci ildə  Caspian Plazanın Konfrans zalında İctimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA)” Koalisiyası “Əsrin kontraktının 14-cü ili və  neft-qaz sənayesində şəffaflıq təşəbbüsü” mövzusunda Dəyirmi Masa keçirdi
Milli Büdcə Qrupunun İdarə Heyəti və «Mədən Sənayesində Şəffaflığın Artırılması» üzrə QHT Koalisiyası Şurası tərəfindən Azərbaycan Respublikası Prezidentliyi namizədənə ünvanlanan müraciət
"Dövlət xərcləmələri: səmərəlilik və şəffaflıq müstəvisində" mövzusunda Dəyirmi Masa (Bakı şəhəri, Kaspian Plaza, 11 senytabr 2008-ci il )
“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 16-cı sayı hazırlanmışdır.
ЗАЯВЛЕНИЕ общественных объединений Азербайджана по поводу событий в Республике Грузия (Баку, 12 августа 2008)
MSŞA Koalisiyası 8-ci  hesabatla (2007-ci ilin yekunları üzrə) bağlı rəyi açıqlayıb.
MSŞA QHT Koalisiyasının növbəti XI Ümumi Yığıncağı ilə bağlı mətbuat üçün açıqlama
“MHŞT-in Azərbaycanda tətbiqi:  5 illik dövrə retrospektiv baxış” Mövzusunda konfransın press-relizi (17/06/2008)
Mətbuat üçün açıqlama (31/05/2008)
Hesabat: “Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi(26/05/2008)
Zaqata, Quba, Gəncə yerli TV-də Tok-Şoular
İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyasının “Neft gəlirlərinin yerləşdirilməsi və idarəedilməsi: risklərdən necə sığortalanmalı” mövzusunda Dəyirmi Masanın PRESS-RELİZİ (Bakı şəhərı, BMM, 18/04/2008)
Göyçay rayonunda dəyirmi masa
“Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi
  05 aprel 2008-ci il tarixdə MSŞA Koalisiyası Gəncə şöbəsinin şura iclası keçirilmişdir.
Milli Büdcə Qrupu və Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisiyasının mətbuat üçün açıqlaması
Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə yeddinci hesabatını açıqladı
İctimai Birliklərin MSŞA Koalisiyasını bir qrup Şura üzvləri Hökümət Komissiyasının sədri Şahmar Mövsümovla görüşüb
ARDNŞ-nin maliyyə axınlarının izlənməsi, təhlili və onun şəffaflığının qiymətləndirilməsi layihəsi" üzrə yekun konfrans barədə məlumat
Kamboca dövlətinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş (11/02/2008)

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004-2008 TSW 3.1.9
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.353278