Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 6 Yanvar 2009, Çərşənbə axşamı | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

İNFLYASİYA KALKULYATORU

Azərbaycanda İnflyasiya Kalkulyatoru

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

ARDNŞ xaricdəki yatırımlarını sürətlə artırır

ARDNŞ xaricdəki yatırımlarını sürətlə artırır
Bu ilin sonu üçün ARDNŞ Londonda birbaşa satışlar üzrə nümayəndəliyini açacaq. Şirkətin vitse-prezidenti Elşad Nəsirovun sözlərinə görə, hazırda bu istiqamətdə işlər davam etdirilir. Hüquqi, vergi, inzibati və kadr məsələləri işlənilir. «Qeydiyyat prosesi bir o qədər də çox vaxt aparmır. Daha çox fəaliyyət formasının işlənib hazırlanması və təhlilinə, funksional öhdəliklərə və vəzifələrin paylaşdırılmasına vaxt sərf olunur», - deyə E.Nəsirov qeyd edib.
Qeyd edək ki, ARDNŞ həmçinin Yunanıstanda nümayəndəliyinin açılması üzrə iş aparır. Böyük Britaniya və Yunanıstanda nümayəndəliklərin açılmasının əsas məqsədi bu ölkələrin bazarlarında Azərbaycan neft məhsullarının satılmasıdır. Hazırda ARDNŞ-nin Türkiyədə, Gürcüstanda və Rumıniyada (sonuncu bu yaxınlarda açılıb) nümayəndəlikləri var. Şirkət Tiflisdə «300 araqvaçılı» metrostansiyası yaxınlığında altımərtəbəli binanı və ona bitişik 4 178 kv. metrlik torpaq sahəsini alıb və bunun üçün 3 mln. ABŞ dolları ödəyib. Gürcüstanda ARDNŞ nümayəndəliyinin açılması şirkətin Gürcüstan bazarında Bakı neft emalı zavodlarının istehsal etdiyi neft məhsullarının satışı üçün bir sıra yanacaqdoldurma stansiyalarını əldə etmək niyyətilə bağlıdır.

Lakin şirkətin Gürcüstandakı fəaliyyəti bununla məhdudlaşmayıb. Ötən ilin sonunda ARDNŞ Gürcüstanın Kulevi terminalını alıb. İlk mərhələdə terminalın gücü ildə 10 mln. ton təşkil edəcək, sonradan isə 20 mln. tonadək artırılacaq. Hazırda terminalda təmir işləri aparılır və neftlə dolu ilk tankerin bu ilin ikinci rübündə Kulevidəki neft terminalından yola düşəcəyi gözlənilir. ARDNŞ prezidenti Rövnəq Abdullayevin sözlərinə görə, şirkət terminalın təmiri üçün iri beynəlxalq banklar sindikatından çox yaxşı şərtlərlə kredit cəlb edib: «Biz Gürcüstan bazarına böyük maraq göstəririk. Azərbaycan hələ XX əsrin əvvəllərində Qara dəniz sahilində liman almaq istəyirdi. Kulevi terminalını almağımız Azərbaycanın strateji nailiyyətidir, çünki bu bizə Qara dənizə birbaşa çıxış əldə etmək imkanı verəcək»,

ARDNŞ-in qonşu ölkədəki planları bununla da məhdudlaşmır. Şirkət həmçinin Kulevi terminalı yaxınlığında yeni neft emalı zavodunun (NEZ) tikintisini planlaşdırır. Bu NEZ-in illik istehsal gücü 5-10 mln. ton təşkil edəcək. Zavodun inşası üçün təxminən 300 hektar torpaq ayrılacaq. Hazırda Azərbaycan Gürcüstanın neft məhsullarına olan tələbatının 75%-ni təmin edir. Yeni NEZ-in inşası nəqletmə xərclərini azaltmağa imkan verəcək ki, bu da məhsulun maya dəyərinin azalmasına gətirib çıxaracaq.

Qeyd edək ki, ARDNŞ Türkiyə bazarına da xüsusi maraq göstərir. Ötən ilin dekabrında Türkiyənin «Turcas» şirkəti ilə birgə müəssisənin yaradılmasına dair protokol imzalanıb. Protokol Ceyhanda neft emalına investisiya qoyulması, təbii qazın idxalı və topdan satışı, eləcə də Xəzər dənizindəki neft yataqlarının kəşfiyyatı və işlənməsində «Turcas» şirkətinin iştirakını təmin etmək üçün «SOCAR & Turcas Enerji A.S.» birgə müəssisəsinin yaradılmasını nəzərdə tutur. Həmçinin, Ceyhanda yeni neft emalı zavodunun inşası planlaşdırılır. Ceyhanda yeni NEZ-in və zəruri infrastrukturun yaradılmasına 5 mlrd. dollar tələb olunur. Zavodun ilkin gücü ildə 10 mln. ton təşkil edəcək və sonradan hətta 20 mln. tonadək artırıla bilər. «Artıq 2009-cu ildə «Azəri-Çıraq-Günəşli» yataqlarında hasil edilən neftin 80%-i Azərbaycana məxsus olacaq. Məlum olduğu kimi, “Bakı-Tiflis-Ceyhan” kəmərinin illik buraxılış qabiliyyəti 50 mln. ton təşkil edir. Beləliklə, bunun 40 mln. tonu Azərbaycana məxsus olacaq. Bununla əlaqədar, biz Azərbaycan neftini emal etmək üçün Ceyhanda yeni neft emalı zavodu inşa etmək istəyirik», - deyə ARDNŞ prezidenti vurğulayıb.

R.Abdullayevin sözlərinə görə, müəssisədə buraxılan məhsul həm Türkiyənin daxili bazarına, həm də Avropa ölkələrinə ixrac ediləcək. Hazırda Ceyhanda yeni zavodun tikintisi üzrə sənədləşmənin hazırlığı prosesi gedir və Azərbaycan tərəfi artıq apreldə Türkiyə hökumətinə rəsmi müraciət edib.

ARDNŞ həmçinin Türkiyənin «PETKIM» iri kimya şirkətinin özəlləşdirilməsində iştirak etməyi planlaşdırır. Bu məsələ R.Abdullayevin yaxınlarda Türkiyəyə səfəri zamanı müzakirə edilib. Türkiyənin energetika və təbii ehtiyatlar naziri Hilmi Gülər ARDNŞ-nin «PETKİM» şirkətinin nəzarət-səhm paketini almaq istəyini dəstəkləyib. Nazir bəyan edib ki, bu planlar həyata keçirildikdən sonra ARDNŞ Türkiyənin energetika bazarında iri sərmayəçilərdən birinə çevriləcək.

Lakin ARDNŞ-nin beynəlxalq arenada planları bununla da bitmir. Şirkət həmçinin MDB ölkələrinin bazarlarında da fəal iştirak etməyi planlaşdırır. Belə ki, ARDNŞ operator kimi Belarus bazarına buraxılıb. Azərbaycan Belarusa neft ixrac edərək onu yerli müəssisələrdə emal etməyi, sonradan isə ixrac etməyi planlaşdırır. Nəqletmə yaxın limanadək dəmiryolu ilə həyata keçiriləcək.

Qeyd etmək lazımdır ki, Ukraynanın da Azərbaycan neftinin idxalında və onun Odessa-Brodı boru kəməri ilə ixracında marağı var. Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevin fikrincə, əgər Odessa-Brodı boru kəmərini doldurmaq üçün Azərbaycan nefti tələb olunursa, onu tankerlərlə Qara dənizdə almaq və boru kəməri ilə Ukraynayadək nəql etmək olar. «Azərbaycanın bu layihədə iştirakına gəldikdə isə, biz Ukraynanın neft emalı zavodlarından birinin səhmdarı olmaq istərdik», - deyə nazir bildirib.

N.Əliyevin sözlərinə görə, əgər Azərbaycan Ukraynadakı NEZ-dən birini alsa və ya onun səhmdarı olsa, bu halda həmin NEZ-də Azərbaycan neftini emal etmək və Ukraynada yanacaqdoldurma məntəqələri şəbəkəsi yaradaraq istehsal olunan neft məhsullarını satmaq mümkündür.

Göründüyü kimi, Azərbaycan mümkün olan yerdə neftin xalis ixracından tədricən imtina edərək öz neftinin son təyinat məntəqəsində ixracına və emalına keçir.

Bütün bunlar ARDNŞ-in beynəlxalq şirkət statusu ala biləcəyini göstərir ki, bu da gələcəkdə onun bütün dünyada müxtəlif perspektiv enerji layihələrində iştirak etməsinə imkan verəcək.

/APA-Economics/


1 ... 13 14 15 16


Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:35:3

 

SAYTDA AXTARIŞ

XƏBƏR BAŞLIQLARI

"Mədən sənayesində ŞƏFFAFLIQ" jurnalının 8-ci sayı çap olunmuşdur
İctimai Birliklərin “Mədən Səanayesində Şəffaflığın Artırılması” Koalisiyasının  təşkil etdiyi  “Qarşılıqlı Anlaşma Memorandumunun  5-cü  ili: ötən dövrün qazancları və gələcək dövrün tələbləri” mövzusunda məlumat
Qubad  İbadoğlu MŞHT üzrə beynəlxalq seminarda iştirak edib
6 Noyabr 2008-ci il Monqollarla Şura üzvlərinin görüşü barədə Məlumat
AZƏRBAYCANDA MHŞT ÜZRƏ QİYMƏTLƏNDİRMƏ PROSESİNİ HƏYATA KEÇİRƏCƏK ŞİRKƏT SEÇİLDİ
“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 17-ci sayı hazırlanmışdır
28 oktyabr 2008-ci ildə Princeton Universitetindən gələn tələbələr və Global Witness beynəlxalq təşkilatından nümayəndələr ilə  keçirilmiş  görüşə dair məlumat
25 oktyabr 2008-ci il tarixində Mədən Sənayesində Şəffaflığın Artırılması İctimai Birliklər Koalisiyanın keçirdiyi seminar haqqında məlumat
Milyonların aqibəti
НЕФТЬ АЗЕРБАЙДЖАНА: доходы, расходы и риски (взгляд из 2007)
19 sentyabr 2008-ci ildə  Caspian Plazanın Konfrans zalında İctimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA)” Koalisiyası “Əsrin kontraktının 14-cü ili və  neft-qaz sənayesində şəffaflıq təşəbbüsü” mövzusunda Dəyirmi Masa keçirdi
Milli Büdcə Qrupunun İdarə Heyəti və «Mədən Sənayesində Şəffaflığın Artırılması» üzrə QHT Koalisiyası Şurası tərəfindən Azərbaycan Respublikası Prezidentliyi namizədənə ünvanlanan müraciət
"Dövlət xərcləmələri: səmərəlilik və şəffaflıq müstəvisində" mövzusunda Dəyirmi Masa (Bakı şəhəri, Kaspian Plaza, 11 senytabr 2008-ci il )
“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 16-cı sayı hazırlanmışdır.
ЗАЯВЛЕНИЕ общественных объединений Азербайджана по поводу событий в Республике Грузия (Баку, 12 августа 2008)
MSŞA Koalisiyası 8-ci  hesabatla (2007-ci ilin yekunları üzrə) bağlı rəyi açıqlayıb.
MSŞA QHT Koalisiyasının növbəti XI Ümumi Yığıncağı ilə bağlı mətbuat üçün açıqlama
“MHŞT-in Azərbaycanda tətbiqi:  5 illik dövrə retrospektiv baxış” Mövzusunda konfransın press-relizi (17/06/2008)
Mətbuat üçün açıqlama (31/05/2008)
Hesabat: “Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi(26/05/2008)
Zaqata, Quba, Gəncə yerli TV-də Tok-Şoular
İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyasının “Neft gəlirlərinin yerləşdirilməsi və idarəedilməsi: risklərdən necə sığortalanmalı” mövzusunda Dəyirmi Masanın PRESS-RELİZİ (Bakı şəhərı, BMM, 18/04/2008)
Göyçay rayonunda dəyirmi masa
“Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi
  05 aprel 2008-ci il tarixdə MSŞA Koalisiyası Gəncə şöbəsinin şura iclası keçirilmişdir.
Milli Büdcə Qrupu və Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisiyasının mətbuat üçün açıqlaması
Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə yeddinci hesabatını açıqladı
İctimai Birliklərin MSŞA Koalisiyasını bir qrup Şura üzvləri Hökümət Komissiyasının sədri Şahmar Mövsümovla görüşüb
ARDNŞ-nin maliyyə axınlarının izlənməsi, təhlili və onun şəffaflığının qiymətləndirilməsi layihəsi" üzrə yekun konfrans barədə məlumat
Kamboca dövlətinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş (11/02/2008)

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004-2008 TSW 3.1.9
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.641767