Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 19 Noyabr 2008, Çərşənbə | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

İNFLYASİYA KALKULYATORU

Azərbaycanda İnflyasiya Kalkulyatoru

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

Neft Fondunun büdcəsinə yenidən baxılacaq

Neft Fondunun büdcəsinə yenidən baxılacaq
Xərclərin bir neçə yüz milyon dollar artırılması gözlənilir
Cari ilin yanvar-mart ayları ərzində Dövlət Neft Fondunun (DNF) aktivləri 17,7 faiz artaraq aprelin 1-nə 1 mlrd. 491 mln. 800 min manat və ya 1 mlrd. 720,3 milyon dollara çatıb. Fondun rüblük büdcə gəlirləri 373,6 mln. manat, xərcləri isə 147,7 milyon manat təşkil edib. DNF icraçı direktoru Şahmar Mövsümovun rübün yekunları ilə bağlı verdiyi məlumata görə, hesabat dövründə fondun vəsaitlərinin idarə olunmasından 15,4 mln. manat gəlir əldə olunub. Bundan başqa, neft sazişlərinin həyata keçirilməsi ilə bağlı 358,2 mln. manat, o cümlədən mənfəət neftinin satışından 342,4 mln. manat, bonus ödənişlərindən 0,9 mln. manat, xarici sərmayəçilər tərəfindən təhvil verilən aktivlərdən 0,5 mln. manat, ölkədə istehsal edilən və ixrac olunan xam neftin kontrakt qiyməti ilə respublikadaxili topdansatış qiyməti arasındakı fərqdən isə 14,4 mln. manat gəlir əldə edilib.

Fond rəhbəri bildirib ki, ötən rüb ərzində qurumun 2007-cı il büdcəsinin icrası çərçivəsində 27 mln. manat qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə ayrılıb, 112,5 mln. manat isə dövlət büdcəsinə transfer edilib. Həmçinin, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi üçün 7,3 mln. manat vəsait ödənilib. Fondun idarə edilməsi ilə bağlı xərclər isə 0,9 mln. manat olub.
Ş.Mövsümovun sözlərinə görə, DNF-nin bu ilki büdcəsinə dəyişikliklər ediləcək. Belə ki, dövlət başçısının sərəncamları ilə Bakı-Tiflis-Qars (BTQ) dəmiryolu dəhlizinin Gürcüstan hissəsinin, həmçinin azərbaycanlı gənclərin xaricdə təhsil alması ilə bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının müəyyənləşdirəcəyi xərclərin maliyyələşdirilməsi Fond vəsaitləri hesabına həyata keçiriləcək. Xatırladaq ki, ilkin mərhələdə BTQ-nin Gürcüstan hissəsinin tikintisi üçün qonşu dövlətə güzəştli şərtlərlə 200 milyon dollar kredit veriləcəyi elan edilsə də, sonradan Gürcüstanın baş naziri bu rəqəmin 300 milyon dollar olacağını bildirdi.

Maraqlıdır ki, xərclərin artması ilə eyni vaxtda DNF-yə çatacaq vəsaitlərin bir qismi azalır, bir qismi isə gecikdirilir. Belə ki, Bakı-Supsa kəməri ilə neft nəqlinin dayandırılması tranzit haqqının Fondun gəlirləri sırasından çıxmasına səbəb olub. Digər tərəfdən isə “Şahdəniz” layihəsi üzrə xarici tərəfdaşların həcmi 45 milyon dollar olan bonus ödənişləri düz bir il yubanır. Ş.Mövsümovun dediyinə görə, bonusun ödənilməsi üçün 2 əsas şərt var. Bunlardan birincisi yataqda hasilatın başlanması, ikincisi isə hasilat həcminin 12 min barel ekvivalenti səviyyəsinə çatmasıdır. Artıq birinci şərtə əməl olunub, ikinci şərtə isə ilin ikinci yarısında əməl olunacağı gözlənilir.

Digər tərəfdən isə dövlət başçısının mayın 16-da imzaladığı sərəncamla “Əsrin müaviləsi” çərçivəsində hasil edilən və ARDNŞ-nin payına düşən (10 faiz) mənfəət karbohidrogenlərinin satışından əldə edilərək 2003-cü ilədək DNF-yə köçürülmüş 102,312,436.24 ABŞ dolları həcmində vəsait Fonddan geri alınacaq.

Xatırladaq ki, "Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 29 dekabr tarixli 240 nömrəli fərmanına əsasən, Azərbaycan Respublikasının payına düşən xam neftin və qazın satışından əldə edilən gəlirlərin Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin formalaşma mənbələrindən biri kimi müəyyən edilməsi ilə əlaqədar 2003-cü ilədək ARDNŞ-nin sazişdəki iştirak payına düşən xam neftin satışından əldə edilmiş məbləğində gəlirlər şirkət tərəfindən DNF-yə köçürülmüşdü. Prezidentin 2003-cü il 7 fevral tarixli 849 nömrəli fərmanına əsasən, ARDNŞ-nin iştirakçısı olduğu layihələrdə onun iştirak payına düşən gəlirlər DNF vəsaitinin formalaşma mənbələri sırasından çıxarılmışdı. Son sərəncamla həmin fərmana qədər ARDNŞ tərəfindən DNF-yə köçürülmüş vəsaitlər geri qaytarılır.


1 ... 12 13 14 ... 16


Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:35:5

 

SAYTDA AXTARIŞ

XƏBƏR BAŞLIQLARI

“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 17-ci sayı hazırlanmışdır
28 oktyabr 2008-ci ildə Princeton Universitetindən gələn tələbələr və Global Witness beynəlxalq təşkilatından nümayəndələr ilə  keçirilmiş  görüşə dair məlumat
25 oktyabr 2008-ci il tarixində Mədən Sənayesində Şəffaflığın Artırılması İctimai Birliklər Koalisiyanın keçirdiyi seminar haqqında məlumat
Milyonların aqibəti
НЕФТЬ АЗЕРБАЙДЖАНА: доходы, расходы и риски (взгляд из 2007)
19 sentyabr 2008-ci ildə  Caspian Plazanın Konfrans zalında İctimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA)” Koalisiyası “Əsrin kontraktının 14-cü ili və  neft-qaz sənayesində şəffaflıq təşəbbüsü” mövzusunda Dəyirmi Masa keçirdi
Milli Büdcə Qrupunun İdarə Heyəti və «Mədən Sənayesində Şəffaflığın Artırılması» üzrə QHT Koalisiyası Şurası tərəfindən Azərbaycan Respublikası Prezidentliyi namizədənə ünvanlanan müraciət
"Dövlət xərcləmələri: səmərəlilik və şəffaflıq müstəvisində" mövzusunda Dəyirmi Masa (Bakı şəhəri, Kaspian Plaza, 11 senytabr 2008-ci il )
“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 16-cı sayı hazırlanmışdır.
ЗАЯВЛЕНИЕ общественных объединений Азербайджана по поводу событий в Республике Грузия (Баку, 12 августа 2008)
MSŞA Koalisiyası 8-ci  hesabatla (2007-ci ilin yekunları üzrə) bağlı rəyi açıqlayıb.
MSŞA QHT Koalisiyasının növbəti XI Ümumi Yığıncağı ilə bağlı mətbuat üçün açıqlama
“MHŞT-in Azərbaycanda tətbiqi:  5 illik dövrə retrospektiv baxış” Mövzusunda konfransın press-relizi (17/06/2008)
Mətbuat üçün açıqlama (31/05/2008)
Hesabat: “Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi(26/05/2008)
Zaqata, Quba, Gəncə yerli TV-də Tok-Şoular
İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyasının “Neft gəlirlərinin yerləşdirilməsi və idarəedilməsi: risklərdən necə sığortalanmalı” mövzusunda Dəyirmi Masanın PRESS-RELİZİ (Bakı şəhərı, BMM, 18/04/2008)
Göyçay rayonunda dəyirmi masa
“Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi
  05 aprel 2008-ci il tarixdə MSŞA Koalisiyası Gəncə şöbəsinin şura iclası keçirilmişdir.
Milli Büdcə Qrupu və Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisiyasının mətbuat üçün açıqlaması
Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə yeddinci hesabatını açıqladı
İctimai Birliklərin MSŞA Koalisiyasını bir qrup Şura üzvləri Hökümət Komissiyasının sədri Şahmar Mövsümovla görüşüb
ARDNŞ-nin maliyyə axınlarının izlənməsi, təhlili və onun şəffaflığının qiymətləndirilməsi layihəsi" üzrə yekun konfrans barədə məlumat
Kamboca dövlətinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş (11/02/2008)
Fevralın 8-də Beynəlxalq Mətbuat Mərkəzində Mədən Sənayesində Şəffalıq Təşəbbüsü çərçivəsində görüş
25 yanvar 2008-ci il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində Ictimai Birliklərin Mədən Sənayesində Şəffafliğın Artırılması üzrə Koalisiyasi 2008-ci il üzrə Fəaliyyət Proqramının təqdimatını keçirtdi
23 yanvar 2008: Mətbuat üçün açıqlama
İIQTİSADİ VƏ SOSİAL İNKİŞAF MƏRKƏZİ: İctimaiyyət Üçün Açıqlama
Almaniya və Hindistanda Azərbaycandakı iqtisadi vəziyyət müzakirə olunub

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004-2008 TSW 3.1.9
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.349697