Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 6 Yanvar 2009, Çərşənbə axşamı | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

İNFLYASİYA KALKULYATORU

Azərbaycanda İnflyasiya Kalkulyatoru

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü ilə bağlı Qazaxıstanda konfrans keçirilib

Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü ilə bağlı Qazaxıstanda konfrans keçirilib
26-27 mart 2007-ci ildə Qazaxstanın Almatı şəhərində MSŞT ilə bağlı növbəti konfrans keçirilib. Konfransda beş ölkənin – Qazaxstan, Azərbaycan, Qırğızstan, Gürcüstan, Monqolstan, Rusiya QHT-lərinin  nümayəndələri iştirak edirdilər. Azərbaycanı bu tədbirdə üç nəfər – MSŞT Koalisiyasının şura üzvləri İnqilab Əhmədov, Mehriban Vəzir və Açıq Cəmiyyət İnstitutunun Bakı ofisindən Qalib Əfəndiyev təmsil edirdi.
2 günlük konfrans zamanı aşağıdakı məsələlər müzakire olunub;
  • Reqion QHT-lərinin üzləşdiyi problemlər və maneələr;
  • EİTİ hərəkatının mövcud olduğu regionlarda ictimai maraqların zəifliyinin aradan qaldırılması
  • Hökumətlərin donor ve beynəlxalq təşkilatların fəaliyyətlərinə inamsızlıqla yanaşması
  • Geniş QHT çevrəsinin EİTİ prosesində yaxın iştiraka cəlb edilməsi
  • Hökumətlərin və şirkətlərin QHT-lərə qeyri- ciddi münasibətləri.
Müzakirə olunan məsələlər haqqında geniş məlumat və təhlillər EITI prosesində ortaya çıxan maneləri sıralamağa və hər bir problem üzərində ayrıca təhlillər apararaq onları aradan qaldırmaq yollarını araşdırmağa imkan açdı.

Konfrans iştirakçıları həm regionlarda qeyd olunan xüsusi problemləri, həm də ümumi, yəni bütün regiona xas problemləri ayrı-ayrı nəzərdən keçirdilər.

Eyni zamanda təkcə maneləri aradan qaldırmaq deyil, yeni təşəbbüsləri də diqqətə gətirmək xüsusi qeyd olundu.

Konfransın gedişatında məlum oldu ki, EITI təşəbbüsünə qoşulmuş ölkələrin vəziyyəti bərabər deyil. Fəaliyyət proqramına görə nisbətən irəliləmiş və nisbətən geridə qalan ölkələr mövcuddur. Ona görə də müəyyən təcrübələrə malik ölkələrin yeni təcrübələri barədə məlumatlar dinlənildi.

Qeyd edilməlidir ki, Azərbaycanda keçirilən “Neft gəlirləri hamımızındır” ictimai təbliğat kompaniyası konfrans iştirakçılarının böyük diqqətinə səbəb oldu. Qazaxstan və Qırğızstan QHT-ləri bu kampaniyanın detalları ilə maraqlandılar və belə təcrübənin öz ölkələri üçün gərəkli olduğunu xüsusi qeyd etdilər.

Təcrübə mübadiləsi ilə bağlı əməkdaşlıq haqqında fəaliyyət proqramında  Azərbaycan təcrübəsini öyrənmək xüsusi qeyd olundu. Bu məqsədlə Qırğızstan QHT-lərinin Bakıya səfəri Amerika təmsilçiləri tərəfindən dəstəkləndi.

Regional konfransların davamlı keçirilməsinin zəruriliyi və bütün əlaqə vasitələrindən daha effektli olması  regional QHT nümayəndələri tərəfindən və ABŞ ofisinin nümayəndələri tərəfindən təsdiq edildi. Monqolustandan gəlmiş nümayəndələr isə növbəti təşkilat  məsələlərini  öz üzərlərinə götürdülər. Bu təklif konfrans iştirakçıları tərəfindən qəbul olundu. Növbəti konfransın 2007-ci ilin sentyabrında Ulan-Batorda keçirilməsi gözlənilir.

Almatıda keçirilən iki günlük regional konfrans işgüzar və  təşəbbüslərlə zəngin olmuşdur.

Azərbaycan nümayəndəliyi adından İnqilab Əhmədov, Qalib Əfəndiyev çıxış etmişdir. Mehriban Vəzir “Neft gəlirləri hamımızındır” ictimai təbliğat kompaniyası  haqqında suallara cavab vermişdir.

Inqilab Əhmədov eyni zamanda konfransın işində moderator və əsas aparıcılardan biri olaraq  çalışmışdır.


1 2 ... 16


Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:35:11

 

SAYTDA AXTARIŞ

XƏBƏR BAŞLIQLARI

"Mədən sənayesində ŞƏFFAFLIQ" jurnalının 8-ci sayı çap olunmuşdur
İctimai Birliklərin “Mədən Səanayesində Şəffaflığın Artırılması” Koalisiyasının  təşkil etdiyi  “Qarşılıqlı Anlaşma Memorandumunun  5-cü  ili: ötən dövrün qazancları və gələcək dövrün tələbləri” mövzusunda məlumat
Qubad  İbadoğlu MŞHT üzrə beynəlxalq seminarda iştirak edib
6 Noyabr 2008-ci il Monqollarla Şura üzvlərinin görüşü barədə Məlumat
AZƏRBAYCANDA MHŞT ÜZRƏ QİYMƏTLƏNDİRMƏ PROSESİNİ HƏYATA KEÇİRƏCƏK ŞİRKƏT SEÇİLDİ
“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 17-ci sayı hazırlanmışdır
28 oktyabr 2008-ci ildə Princeton Universitetindən gələn tələbələr və Global Witness beynəlxalq təşkilatından nümayəndələr ilə  keçirilmiş  görüşə dair məlumat
25 oktyabr 2008-ci il tarixində Mədən Sənayesində Şəffaflığın Artırılması İctimai Birliklər Koalisiyanın keçirdiyi seminar haqqında məlumat
Milyonların aqibəti
НЕФТЬ АЗЕРБАЙДЖАНА: доходы, расходы и риски (взгляд из 2007)
19 sentyabr 2008-ci ildə  Caspian Plazanın Konfrans zalında İctimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA)” Koalisiyası “Əsrin kontraktının 14-cü ili və  neft-qaz sənayesində şəffaflıq təşəbbüsü” mövzusunda Dəyirmi Masa keçirdi
Milli Büdcə Qrupunun İdarə Heyəti və «Mədən Sənayesində Şəffaflığın Artırılması» üzrə QHT Koalisiyası Şurası tərəfindən Azərbaycan Respublikası Prezidentliyi namizədənə ünvanlanan müraciət
"Dövlət xərcləmələri: səmərəlilik və şəffaflıq müstəvisində" mövzusunda Dəyirmi Masa (Bakı şəhəri, Kaspian Plaza, 11 senytabr 2008-ci il )
“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 16-cı sayı hazırlanmışdır.
ЗАЯВЛЕНИЕ общественных объединений Азербайджана по поводу событий в Республике Грузия (Баку, 12 августа 2008)
MSŞA Koalisiyası 8-ci  hesabatla (2007-ci ilin yekunları üzrə) bağlı rəyi açıqlayıb.
MSŞA QHT Koalisiyasının növbəti XI Ümumi Yığıncağı ilə bağlı mətbuat üçün açıqlama
“MHŞT-in Azərbaycanda tətbiqi:  5 illik dövrə retrospektiv baxış” Mövzusunda konfransın press-relizi (17/06/2008)
Mətbuat üçün açıqlama (31/05/2008)
Hesabat: “Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi(26/05/2008)
Zaqata, Quba, Gəncə yerli TV-də Tok-Şoular
İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyasının “Neft gəlirlərinin yerləşdirilməsi və idarəedilməsi: risklərdən necə sığortalanmalı” mövzusunda Dəyirmi Masanın PRESS-RELİZİ (Bakı şəhərı, BMM, 18/04/2008)
Göyçay rayonunda dəyirmi masa
“Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi
  05 aprel 2008-ci il tarixdə MSŞA Koalisiyası Gəncə şöbəsinin şura iclası keçirilmişdir.
Milli Büdcə Qrupu və Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisiyasının mətbuat üçün açıqlaması
Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə yeddinci hesabatını açıqladı
İctimai Birliklərin MSŞA Koalisiyasını bir qrup Şura üzvləri Hökümət Komissiyasının sədri Şahmar Mövsümovla görüşüb
ARDNŞ-nin maliyyə axınlarının izlənməsi, təhlili və onun şəffaflığının qiymətləndirilməsi layihəsi" üzrə yekun konfrans barədə məlumat
Kamboca dövlətinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş (11/02/2008)

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004-2008 TSW 3.1.9
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.699819