Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 23 İyul 2008, Çərşənbə |   AKTUAL

TƏRƏFDAŞLAR

Açıq Cəmiyyət İnstitutu Yardım Fondu   Dünya Bankı Qrupu

OXFAM NOVIB

Fridrix Ebert Fondu

İNFLYASİYA KALKULYATORU

Azərbaycanda İnflyasiya Kalkulyatoru

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

Qazaxıstan öz istəyinə nail oldu

Qazaxıstan öz istəyinə nail oldu
Qazaxıstanın “Kaşaqan” yatağı ilə bağlı 2007-ci ilin avqustundan bəri davam edən mübahisəli vəziyyət Astananın tam qələbəsi ilə başa çatıb. Belə ki, tərəflər arasında 2007-ci ilin avqustundan bəri davam edən danışıqlar nəticəsində yatağın işlənməsi üzrə yaradılmış konsorsiumda Qazaxıstanın Milli Neft Şirkəti olan “Kazmunayqaz”ın payı digər iştirakçıların hesabına 8,33 faizdən 16,8 faizə qaldırılıb. Beləliklə, bundan sonra yataqda işləyən “Agip KCO” konsorsiumunun üzvü olan iri xarici neft şirkətlərinin – “Eni”, “Total”, “ExxonMobil” və “RoyalDutch/Shell” hər biri “Kazmunayqaz”la eyni paya malik olacaqlar. Xatırladaq ki, əvvəlcə bu şirkətlərin hərəsi 18,5 faiz paya malik idilər. Əldə edilmiş razılaşmaya əsasən, Qazaxıstan əldə etdiyi əlavə paya görə yataqda hasilat başlandıqdan sonra xarici şirkətlərə 1,78 milyard dollar ödəyəcək. Hasilat başlayanadək keçən müddətdəki faizlər də bu məbləğin üzərinə əlavə ediləcək və ödəniş üç tranşa həyata keçiriləcək.

Bundan başqa, əldə edilmiş razılığa əsasən xarici tərəfdaşlar layihənin işlənmə müddətini 2010-cu ildən 2011-ci ilə keçirdiklərinə görə Qazaxıstana 5 milyard dollar həcmində təzminat ödəyəcəklər. Bu barədə məlumat verən ölkənin energetika və mineral ehtiyatlar naziri Suat Minbayev təzminatın birdəfəlik ödənəcəyini deyib. Belə ki, əgər xaricilər pulu bütün müqavilə müddətində ödəmək istələr məbləğ 20 milyard dollara qədər artacaq.

Qazaxıstanın daha bir qələbəsi “Agip KCO” konsorsiumunda operatorun dəyişdirilməsidir. S.Minbayevin sözlərinə görə, bütün tərəfdaşların iştirakı ilə yeni əməliyyat şirkəti yaradılacaq. “Eni” opretaorluqdan gedəcək və yeni əməliyyat şirkətinin rəhbərliyi ilə yalnız kəşfiyyat işlərini həyata keçirəcək: “İştirakçılar arasında funksiyaların bölgüsü may ayına qədər yekunlaşacaq. Bu məsələ ilə bağlı tərəflər arasında heç bir mübahisəli məqam yoxdur.”


1 2 3 4 ... 13


Sənədin sonuncu korrektə tarixi: 7/7/2008 - 13:27:6

 

SAYTDA AXTARIŞ

XƏBƏR BAŞLIQLARI

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004-2008 TSW 3.1.8
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.705831