Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 28 Avqust 2008, Cümə axşamı | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

İNFLYASİYA KALKULYATORU

Azərbaycanda İnflyasiya Kalkulyatoru

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

Neft Şirkəti beynəlxalq mühasibat uçotu standartları ilə işləməyə başlayıb

Neft Şirkəti beynəlxalq mühasibat uçotu standartları ilə işləməyə başlayıb
ARDNŞ, nəhayət ki, beynəlxlaq mühasibat uçotu standartları ilə işləməyə başlayıb. Şirkətdən bununla bağlı yayılan məlumatda bildirilir ki, maliyyə-uçot əməliyyatlarının beynəlxalq standartlara uyğun qurulması neft sənayesində şəffaflığın artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir: “Bununla əlaqədar bir çox digər dövlət orqanları kimi ARDNŞ-də də ötən illərdə ciddi tədbirlər görülmüşdür. Şirkət əməkdaşlarının bu sahədə zəngin iş təcrübəsinə malik olan ölkələrdə Beynəlxalq Maliyyə Hesabatı Standartlarına həsr olunmuş seminar və forumlarda iştirakı təmin edilmiş, onlar üçün xüsusi kurslar və treninqlər keçirilmişdir. 2004-cü ilin iyun ayında qəbul edilmiş “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, bütün ictimai əhəmiyyətli qurumlar 2008-ci ilin yanvarın 1-dən Beynəlxalq Maliyyə Hesabatı Standartlarına keçməlidirlər. ARDNŞ bu qurumlar arasında Beynəlxalq Maliyyə Hesabatı Standartlarına keçməsi nəzərdə tutulmuş öncül şirkətdir.”

Onu da qeyd edək ki, əvvəlcə şirkətin yalnız bir neçə struktur bölməsində BMHS-na keçid planlaşdırılsa da, ötən ilin sonlarında uçotun vahid prinsiplər əsasında aparılmasını təmin etmək üçün qərara alınmışdır ki, ARDNŞ-nin bütün müəssisələrində 2008-ci il 1 yanvar tarixindən Beynəlxalq Maliyyə Hesabatı Standartlarına keçid təmin olunsun: “Həmin proseslə əlaqədar beynəlxalq məsləhətçilərlə bağlanmış müqavilələr əsasında yeni standartlara uyğun uçot metodologiyası və müasir tələblərə cavab verən proqram təminatı hazırlanmış və uçotun yeni qaydalar əsasında aparılmasına hazırlıq işləri başa çatdırılmışdır. Bu günlərdə ARDNŞ prezidenti Rövnəq Abdullayev şirkətdə maliyyə uçotunun BMHS-na uyğun yeni qaydalar əsasında aparılmasını təmin etmək məqsədi ilə əmr imzalamışdır. Əmrə əsasən, BMHS-na keçidlə əlaqədar “PriceWaterHouseCoopers” şirkəti tərəfindən hazırlanmış yeni “ARDNŞ-nin Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun uçot siyasəti”, “ARDNŞ-nin Beynəlxalq Maliyyə Hesabatı Standartları üzrə uçot siyasəti və maliyyə hesabatlarına uyğun hesablar planı”, “Biznes proseslərinin aparılması qaydaları” və “ARDNŞ-də hesabdarlıq üzrə göstərişlər” təsdiq edilmişdir. Sənəddə göstərildiyinə görə, uçotun tam həcmdə avtomatlaşdırılmasını təmin etmək məqsədilə SAP sistemi modullarının tətbiqi sahəsində təkmilləşdirmə işləri davam etdirilməlidir. Yeni ildən ilkin sənədlər qəbul edilərkən əməliyyatların dərhal SAP sistemində hazırlanması və uçota alınması təmin ediləcəkdir. Eyni zamanda uçotun yeni qaydalar əsasında aparılmasını təmin edəcək işçilər bilik mübadiləsi və dəstək prosesinin asanlaşdırılması üçün zəruri texniki avadanlıqlarla təchiz ediləcəkdir. Əmrdə həmçinin, ARDNŞ-nin İqtisadiyyat və Uçot İdarəsi tərəfindən yeni sistemin tətbiqi ilə əlaqədar olaraq şirkətin müəssisələrinə lazımi əməli və metodik köməklik göstərilməsi nəzərdə tutulur. Şirkətin aparatında və strukturuna daxil olan müəssisələrdə SAP dəstək qruplarının yaradılması da planlaşdırılır. İnformasiya Texnologiyaları və Rabitə İdarəsi öz növbəsində SAP sisteminin tətbiqi ilə əlaqədar şirkətin strukturuna daxil olan idarə və müəssisələrin yeni kompüter avadanlıqları ilə təmin edilməsi üçün lazımi tədbirlər görəcək. Bundan başqa, idarə bu sistemin səmərəli şəkildə tətbiq edilməsi üçün xüsusi proqram təminatı alaraq, onun yoxlanılması və quraşdırılmasını təmin edəcək.”


1 2 3 ... 13


Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:36:4

 

SAYTDA AXTARIŞ

XƏBƏR BAŞLIQLARI

ЗАЯВЛЕНИЕ общественных объединений Азербайджана по поводу событий в Республике Грузия (Баку, 12 августа 2008)
MSŞA Koalisiyası 8-ci  hesabatla (2007-ci ilin yekunları üzrə) bağlı rəyi açıqlayıb.
MSŞA QHT Koalisiyasının növbəti XI Ümumi Yığıncağı ilə bağlı mətbuat üçün açıqlama
“MHŞT-in Azərbaycanda tətbiqi:  5 illik dövrə retrospektiv baxış” Mövzusunda konfransın press-relizi (17/06/2008)
Mətbuat üçün açıqlama (31/05/2008)
Hesabat: “Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi(26/05/2008)
Zaqata, Quba, Gəncə yerli TV-də Tok-Şoular
İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyasının “Neft gəlirlərinin yerləşdirilməsi və idarəedilməsi: risklərdən necə sığortalanmalı” mövzusunda Dəyirmi Masanın PRESS-RELİZİ (Bakı şəhərı, BMM, 18/04/2008)
Göyçay rayonunda dəyirmi masa
“Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi
  05 aprel 2008-ci il tarixdə MSŞA Koalisiyası Gəncə şöbəsinin şura iclası keçirilmişdir.
Milli Büdcə Qrupu və Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisiyasının mətbuat üçün açıqlaması
Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə yeddinci hesabatını açıqladı
İctimai Birliklərin MSŞA Koalisiyasını bir qrup Şura üzvləri Hökümət Komissiyasının sədri Şahmar Mövsümovla görüşüb
ARDNŞ-nin maliyyə axınlarının izlənməsi, təhlili və onun şəffaflığının qiymətləndirilməsi layihəsi" üzrə yekun konfrans barədə məlumat
Kamboca dövlətinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş (11/02/2008)
Fevralın 8-də Beynəlxalq Mətbuat Mərkəzində Mədən Sənayesində Şəffalıq Təşəbbüsü çərçivəsində görüş
25 yanvar 2008-ci il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində Ictimai Birliklərin Mədən Sənayesində Şəffafliğın Artırılması üzrə Koalisiyasi 2008-ci il üzrə Fəaliyyət Proqramının təqdimatını keçirtdi
23 yanvar 2008: Mətbuat üçün açıqlama
İIQTİSADİ VƏ SOSİAL İNKİŞAF MƏRKƏZİ: İctimaiyyət Üçün Açıqlama
Almaniya və Hindistanda Azərbaycandakı iqtisadi vəziyyət müzakirə olunub
“Gənclərin MHŞT proseslərinə cəlb olunması” layihəsi çərçivəsində yekun  konfrans keçirilmişdir
Qırğızıstanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü təmsil edən QHT nümayəndələri ilə görüş keçirilib.
MHŞT üzrə yeddinci mərhələnin hesabatlarına “Mur Stefens” şirkəti rəy verəcək
Azərbaycanda MHŞT üzrə yeddinci hesabat mərhələsi başlandı
ARDNF-nin 2007, 2008, 2009-cu illər üzrə maliyyə fəaliyyətinin auditini “Deloyt ənd Tuş” MMC həyata keçirəcək
YEKUN HESABAT (2007)
Neft gəlirləri ilə bahəm onları itirmək riski də artır
MHŞT üzrə altıncı hesabata "Mur Stefens" şirkəti rəy verəcək
Dünyа Bаnkı İnstitunun 212 ölkə üzrə аçıqlаdığı «Еffеktiv idаrəеtmənin indikаtоrlаrı» sənədinin müzаkirəsi(24/07/2007)

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004-2008 TSW 3.1.9
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.638708