|
MSŞA Koalisiyası 2008- ci il üçün Fəaliyyət
Proqramının təqdimatını keçirib
MSŞA Koalisiyası 2008- ci il üçün Fəaliyyət
Proqramının təqdimatını keçirib
25 yanvar 2008 – ci il tarixdə Beynəlxaql
Mətbuat Mərkəzində Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası
2008- ci il üzrə Fəaliyyət Proqramının təqdimatını keçirib.
Tədbirdə çıxış edən Koalisiya Şurasının əlaqələndiricisi Qubad İbadoğlu bildirib ki, bu sənəd beynəlxalq və regional səviyyədə müşahidə olunan dəyişiklikləri, ölkə daxilində qərarlaşmış tendensiyaları, strateji fəaliyyət istiqamətlərini, eləcə də koalisiyadaxili ictimai rəyi nəzərə almaqla hazırlanıb. Onun sözlərinə görə 2007- ci ildə Koalisiya Açıq Cəmiyyət İnstitutu Yardım Fondu, Dünya Bankı tərəfindən maliyələşdirilən layihələri, xüsusi resursları hesabına həyata keçirilən tədbirləri ilə özünün 2007- 10- cu illəri əhatə edən strateji fəaliyyət planının birinci hissəsini uğurla başa çatdırıb. 2008- ci ilin seçki ili olduğunu nəzərə alaraq prezidentliyə namizədlər, onların təmsil etdiyi siyasi partiyalarla əməkdaşlıq istiqamətində layihələrin həyata keçirilməsinə zərurət yaranıb. Bu istiqamətdə layihələrin məqsədi prezidentliyə namizədlərin plarformalarında neft gəlirlərin ədalətli bölgüsü səmərəli idarə edilməsi və şəffaf idarəsi üzrə Koalisiyanın təkliflərinin daxil edilməsi və onun təbliğat vasitələrindən birinə çevrilməsidir. MSŞA Koalisiyasının beynəlxalq və regional miqyasda diqqət mərkəzində olması əldə olunmuş nəticələrin Azərbaycan sərhədlərindən kənarda da yayılması və bir sıra ölkələr üçün təcrübə rolunu oynaması bu istiqamətdə fəaliyyətin əhəmiyyətini artırır. Q. İbadoğlu bildirib ki, MSŞA Koalisiyasının 2008- ci il üzrə Fəaliyyət Proqramında prioritet olan 5 əsas sahə də aşıqlanır ki, bunlar dövlət orqanları və neft- qaz sektorunda fəaliyyət göstərən şirkətlərin hesabatlılığının və şəffaflığının artırılması, ARDNF- nin maliyələşdirdiyi layihələrin monitorinqi və onların səmərəliliyinin qiymətləndirilməsi, Azərbaycanda MSŞT- nin tətbiqinin dərinləşdirilməsi prosesində MSŞA Koalisiyasının iştirakı, digər vətəndaş cəmiyyəti qurumları ilə əməkdaşlığın gücləndirilməsi və vəkillik fəaliyyətinin genişləndirilməsi, beynəlxalq və regional əməkdaşlığın həyata keçirilməsidir. Tədbirdə çıxış edən Koalisiya Şurasının üzvü Oqtay Gülalıyev bildirdi ki, MSŞT Koalisiyasını narahat edən və qarşıya qoyulan məqsədlərdən biri neft gəlirlərinin səmərəli xərclənməsi ilə bağlıdır. O bildirdi ki, təmsil etdiyi qurum Dövlət Neft Fondu Müşahidə Şurasının tərkibində ictimai birliklərin nümayəndələrinin həqiqi təmsilçiliyinə və Neft Fondundan maliyələşən layihələrin ictimai monitorinin həyata keçirilməsinə nail olmaq fikrindədir. Təqdimat mərasimində Koalisiya Şurasının üzvlərindən Əliməmməd Nuriyev, Mehriban Vəzir, Azər Mehtiyev, Mətbuat xidmətinin rəhbəri Ramil Qasımzadə, Koalisiya üzvləri Zöhrab İsmayıl, İlham Şaban və digərləri iştirak etib. Tədbirin sonunda jurnalistlərin sualları cavablandırılıb..
◄ 1 ... 12 13 ► ₪
Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:36:5
|