|
Dağ- mədən sənayesində şəffalıq təşəbbüsünün
genişlənməsi işi 2008- ci ildə də diqqət mərkəzində olacaq
Dağ- mədən sənayesində şəffalıq təşəbbüsünün
genişlənməsi işi 2008- ci ildə də diqqət mərkəzində olacaq
MSŞT Koalisiyası Gəncə şöbəsinin Şura iclası keçirilib
Ictimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası” Gəncə şöbəsinin Şura iclası keçirilib. İclasda Şura üzvləri Həsən Hüseynli, İrşad Abbasov, Sahib Babayev, Məsim Abadov və Aslan Vəliyev iştirak edib. İclasda 2 məsələ müzakirə olunub. Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının 2008- ci il Fəaliyyət Proqramı ilə tanışlıq və proqram çərçivəsində 2008- ci ildə görüləcək işlərin həyata keçirilməsinin effektiv yollarının müzakirəsi, həmçinin MSŞT Koalisiyası Gəncə şöbəsinin Proqramla bağlı 2008- ci ildəki fəaliyyətinin müəyyən edilməsi. Qərara alınıb ki, Koalisiyanın 2008- ci il Fəaliyyət Proqramının həyata keçirilməsində Gəncə şöbəsi yaxından iştirak etsin və şöbə dağ- mədən sənayesində şəffalıq təşəbbüsünün inkişaf etməsi, qeyri- neft sektorundakı fəaliyyətinin coğrafi miqyasının genişləndirilməsi işini davam etdirsin. Xatırladaq ki, Mədən Senayesində Şəffaflığın Artırılması Koalisiyasının Gəncə şöbəsi 2007- ci ilin mart ayında Koalisiyanın ümumi yığıncağının qərarı ilə təsis olunub. Şöbənin fəaliyyəti “Bölgə şöbələrinin fəaliyəti haqqında” Əsasnamə ilə tənzimlənir. Şöbənin 18 üzvü var, əlaqələndiricisi Aslan Vəliyevdir.
◄ 1 ... 9 10 11 ... 13 ► ₪
Sənədin sonuncu korrektə tarixi: 24/7/2008 - 15:28:6
|