|
Kataloqun mündəricatı(/ts_gen/azl/bulet/14)
Kataloqun mündəricatı(/ts_gen/azl/bulet/14)
Azərbaycanın «Gədəbəy» yatağında qızıl istehsalına başlanılması nəzərdə tutulduğundan bir neçə ay ləngiyə bilər. Bu barədə «APA-Economics»ə hökumətdəki mənbələrdən məlumat verilib...
“Şahdəniz” yatağında böyük
həcmdə yeni əlavə qaz-kondensat ehtiyatı aşkarlanıb. Yatağın işlənməsi
layihəsinin operatoru bp-Azərbaycan şirkətinin yaydığı məlumata görə, Bakı
şəhərinin cənub-şərq tərəfində sahildən təxminən 70 km məsafədə yerləşən
SDX-04 qiymətləndirmə və kəşfiyyat quyusu hazırda qaz hasil olunan
kollektordan aşağıda, daha dərin yeni bir strukturda yüksək təzyiqli
kollektorun olduğunu aşkara çıxarıb. Quyu “Şahdəniz” yatağının cənub-qərb
hissəsində Xəzər üçün rekord olan 7300 metrdən çox dərinliyə qazılıb.
Növbəti bir neçə il ərzində yeni strukturun
konturlarını müəyyənləşdirmək üçün qiymətləndirmə işləri həyata keçiriləcək.
Bundan əlavə, quyuda aparılan
Türkiyənin Baş Özəlləşdirmə İdarəsi «Petkim» neftkimya şirkətinin dövlətə məxsus 51%-lik səhm paketinin 2,04 mlrd. ABŞ dollarına «SOCAR&Turcas/İnjas» şirkətlər alyansına satılmasına dair yekun qərar qəbul edib. Bundan sonra isə Türkiyənin baş naziri Rəcəb Təyyub Ərdoğan idarənin qərarını təsdiqləyib. Beləliklə, iyul ayından bəri davam edən mübahisələrə son qoyulub.
Azərbaycanın maliyyə vəziyyəti Azərbaycan İnvestisiya Şirkəti Açıq Səhmdar Cəmiyyətini sonrakı mərhələdə də dövlətin hesabına maliyyələşdirməyə imkan verir. Bu barədə məlumat verən iqtisadi inkişaf naziri Heydər Babayev onu da qeyd edib ki, hələlik AİŞ kapital çatışmazlığı hiss etmir: “Biz şirkətin nizamnamə kapitalını 100 milyon dollarla məhdudlaşdırmırıq. Vəsait çatışmazlığı hiss olunan kimi dövlət onu artıracaq. Hələ ki, AİŞ-in iştirakçı olduğu layihələrdəki payını maliyyələşdirmək problemi yaranmayıb.”
Noyabrın 21-də Tiflisdə Türkiyə, Gürcüstan və Azərbaycan prezidentləri Bakı-Tiflis-Qars dəmiryolu xəttinin tikintisinin başlanmasına dair razılaşmanı imzalayıblar. Bu münasibətlə keçirilən təntənəli mərasimdə hər üç ölkənin prezidenti layihənin perspektivi ilə bağlı nikbin çıxışlar ediblər.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun neft gəlirlərinin şəffaf idarə olunması, beynəlxalq Şəffaflıq Təşəbbüsünün Azərbaycanda tətbiqi və Fondun fəaliyyəti barədə Azərbaycan ictimaiyyətinin maarifləndirilməsi məqsədilə jurnalistlər üçün elan etdiyi “Ən yaxşı tədqiqat yazısı” müsabiqəsi başa çatıb. 2007-ci il iyulun 15-dən start verilən müsabiqə üç ay davam edib.
Dünya Bankının (DB) Bakıdakı ofisində Azərbaycanın İqtisadi İnkişaf və Maliyyə nazirlikləri, Mill Bank, Dövlət Neft Fondunun yüksək vəzifəli nümayəndələrinin və DB-nın ekspertlərinin iştirakı ilə neft-qaz gəlirlərindən istifadənin optimal həddinin müəyyənləşdirilməsi, neftdən daxilolmaların gələcək nəsillərə də yetəcək şəkildə idarəolunması mövzusunda Dəyirmi Masa keçirilib.
Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası Şurası Koalisiyanın 20 oktyabr Ümumi Yığıncağından sonra yeni tərkibdə seçilən Şura üzvləri arasında iş bölgüsünün aparılmasına dair qərar qəbul edib.
Açıq Cəmiyyət İnstitunun dəstəyi ilə Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası tərəfindən müxtəlif səpkidə siyasət yazılarının hazırlanması işinə start verilib. Yazılar daha çox Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü, bu təşəbbüsün regional əhəmiyyəti, təşəbbüsün ekoloji təsirləri, İctimai maarifləndirmə, EİTİ + təşəbbüsü, Neft gəlirlərinin səmərəli xərclənməsində ictimai nəzarətin təşkili və s. mövzuları əhatə edir.
Masallıda nəşr olunan “Cənub xəbərləri” qəzetinin noyabr sayında
Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası barədə geniş yazı dərc
olunub.
Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:36:21
|