Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 7 Sentyabr 2008, Bazar | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

İNFLYASİYA KALKULYATORU

Azərbaycanda İnflyasiya Kalkulyatoru

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

“Şahdəniz”də yeni qaz ehtiyatı aşkarlanıb

“Şahdəniz”də yeni qaz ehtiyatı aşkarlanıb
“Şahdəniz” yatağında böyük həcmdə yeni əlavə qaz-kondensat ehtiyatı aşkarlanıb. Yatağın işlənməsi layihəsinin operatoru bp-Azərbaycan şirkətinin yaydığı məlumata görə, Bakı şəhərinin cənub-şərq tərəfində sahildən təxminən 70 km məsafədə yerləşən SDX-04 qiymətləndirmə və kəşfiyyat quyusu hazırda qaz hasil olunan kollektordan aşağıda, daha dərin yeni bir strukturda yüksək təzyiqli kollektorun olduğunu aşkara çıxarıb. Quyu “Şahdəniz” yatağının cənub-qərb hissəsində Xəzər üçün rekord olan 7300 metrdən çox dərinliyə qazılıb. Növbəti bir neçə il ərzində yeni strukturun konturlarını müəyyənləşdirmək üçün qiymətləndirmə işləri həyata keçiriləcək. Bundan əlavə, quyuda aparılan

Bundan əlavə, quyuda aparılan qiymətləndirmə işləri nəticəsində hazırda hasilatda olan laylarda da qaz kondensatı aşkar edilmişdir ki, bu da yatağı  cənub istiqamətində genişləndirmişdir. Sınaq axınları qazma qurğusundakı  avadanlıqların maksimum gücü həddində - yəni sutkada 35 milyon standart kub fut (sutkada 1 milyon standart kub/metr) həcmində olmuşdur. Nəticələr “Şahdəniz” yatağında işlənmənin ikinci mərhələsi üçün yetərincə qaz olduğunu təsdiq edir. İkinci mərhələnin həcmini müəyyənləşdirmək üçün əlavə işlər tələb olunur, bununla belə, onun həcmcə “Mərhələ 1” işlənməsi (ildə 8,6 milyard kub/metr) ilə eyni və ya daha böyük miqyaslı olacağı gözlənilir.

bp-Azərbaycan şirkətinin prezidenti Bill Şreyder bildirib ki, quyudan əldə olunmuş nəticələr qarşıya qoyulmuş hər iki - qiymətləndirmə və kəşfiyyat- məqsədinə nail olunduğunu göstərir: “Belə bir dərin, yüksək təzyiqli kollektor hazırda sənayedə işlənib hazırlanmaqda olan yeni texnologiyalar tələb edəcək. Bu, “Şahdəniz” layihəsinin tərəfdaşları və Azərbaycan üçün çox böyük uğurdur”.

Qeyd edək ki, “Şahdəniz”də 1999-cu ildə başlanmış əvvəlki üç kəşfiyyat və qiymətləndirmə quyusu (SDX-01, SDX-02 və SDX-03) yatağın şimal cinahında hazırda hasilatda olan mərhələ 1 ehtiyatlarını qiymətləndirmək və konturlarını muəyyənləşdirmək üçün nəzərdə tutulmuşdu. Həmin quyularda əsas diqqət iki stuktur üzərində cəmləşmişdi - Fasilə lay dəsti və Balaxanı VIII intervalı.


1 2 3 4 5 6 7 8 9 10


Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:36:22

 

SAYTDA AXTARIŞ

XƏBƏR BAŞLIQLARI

“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 16-cı sayı hazırlanmışdır.
ЗАЯВЛЕНИЕ общественных объединений Азербайджана по поводу событий в Республике Грузия (Баку, 12 августа 2008)
MSŞA Koalisiyası 8-ci  hesabatla (2007-ci ilin yekunları üzrə) bağlı rəyi açıqlayıb.
MSŞA QHT Koalisiyasının növbəti XI Ümumi Yığıncağı ilə bağlı mətbuat üçün açıqlama
“MHŞT-in Azərbaycanda tətbiqi:  5 illik dövrə retrospektiv baxış” Mövzusunda konfransın press-relizi (17/06/2008)
Mətbuat üçün açıqlama (31/05/2008)
Hesabat: “Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi(26/05/2008)
Zaqata, Quba, Gəncə yerli TV-də Tok-Şoular
İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyasının “Neft gəlirlərinin yerləşdirilməsi və idarəedilməsi: risklərdən necə sığortalanmalı” mövzusunda Dəyirmi Masanın PRESS-RELİZİ (Bakı şəhərı, BMM, 18/04/2008)
Göyçay rayonunda dəyirmi masa
“Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi
  05 aprel 2008-ci il tarixdə MSŞA Koalisiyası Gəncə şöbəsinin şura iclası keçirilmişdir.
Milli Büdcə Qrupu və Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisiyasının mətbuat üçün açıqlaması
Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə yeddinci hesabatını açıqladı
İctimai Birliklərin MSŞA Koalisiyasını bir qrup Şura üzvləri Hökümət Komissiyasının sədri Şahmar Mövsümovla görüşüb
ARDNŞ-nin maliyyə axınlarının izlənməsi, təhlili və onun şəffaflığının qiymətləndirilməsi layihəsi" üzrə yekun konfrans barədə məlumat
Kamboca dövlətinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş (11/02/2008)
Fevralın 8-də Beynəlxalq Mətbuat Mərkəzində Mədən Sənayesində Şəffalıq Təşəbbüsü çərçivəsində görüş
25 yanvar 2008-ci il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində Ictimai Birliklərin Mədən Sənayesində Şəffafliğın Artırılması üzrə Koalisiyasi 2008-ci il üzrə Fəaliyyət Proqramının təqdimatını keçirtdi
23 yanvar 2008: Mətbuat üçün açıqlama
İIQTİSADİ VƏ SOSİAL İNKİŞAF MƏRKƏZİ: İctimaiyyət Üçün Açıqlama
Almaniya və Hindistanda Azərbaycandakı iqtisadi vəziyyət müzakirə olunub
“Gənclərin MHŞT proseslərinə cəlb olunması” layihəsi çərçivəsində yekun  konfrans keçirilmişdir
Qırğızıstanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü təmsil edən QHT nümayəndələri ilə görüş keçirilib.
MHŞT üzrə yeddinci mərhələnin hesabatlarına “Mur Stefens” şirkəti rəy verəcək
Azərbaycanda MHŞT üzrə yeddinci hesabat mərhələsi başlandı
ARDNF-nin 2007, 2008, 2009-cu illər üzrə maliyyə fəaliyyətinin auditini “Deloyt ənd Tuş” MMC həyata keçirəcək
YEKUN HESABAT (2007)
Neft gəlirləri ilə bahəm onları itirmək riski də artır
MHŞT üzrə altıncı hesabata "Mur Stefens" şirkəti rəy verəcək

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004-2008 TSW 3.1.9
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.705463