Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 6 Oktyabr 2008, Bazar ertəsi | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

İNFLYASİYA KALKULYATORU

Azərbaycanda İnflyasiya Kalkulyatoru

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

ARDNŞ “Petkim”in səhmlərini aldı

ARDNŞ “Petkim”in səhmlərini aldı
Türkiyənin Baş Özəlləşdirmə İdarəsi «Petkim» neftkimya şirkətinin dövlətə məxsus 51%-lik səhm paketinin 2,04 mlrd. ABŞ dollarına «SOCAR&Turcas/İnjas» şirkətlər alyansına satılmasına dair yekun qərar qəbul edib. Bundan sonra isə Türkiyənin baş naziri Rəcəb Təyyub Ərdoğan idarənin qərarını təsdiqləyib. Beləliklə, iyul ayından bəri davam edən mübahisələrə son qoyulub.

Xatırladaq ki, iyulun 5-də keçirilən tenderdə Qazaxıstanın «TransCentralAsia» Neftkimya Holdinqi “Petkim”in səhmləri üçün 2,05 mlrd. dollar təklif etməklə qalib elan olunmuşdu. Hərracda ikinci böyük məbləği - 2,04 mlrd. dollar – ARNDŞ-nin həmsahibkarı olduğu «SOCAR&Turcas» alyansı təklif etmişdi. Tenderin nəticələri açıqlandıqdan sonra Türkiyə mətbuatında məsələ ətrafında ciddi müzakirələr başlandı. Bu müzakirələrdə əsas diqqət yüksək qiymət “oxumaqda” «TransCentralAsia» Holdinqinə yardım etmiş şəxsin kimliyinə yönəldi. Məlum oldu ki, bu, Rusiyanın ən iri investisiya şirkətlərindən olan «Troyka Dialoq» holdinqinin sahibi (səhmlərin 65%-nin sahibi), milliyyətcə erməni olan Ruben Vardanyandır. «Ermənistan-2020» layihəsini maliyyələşdirən şəxslərdən biri olan R.Vardanyan dünyanın bütün ölkələrində yaşayan ermənilərin öz pullarını Ermənistan banklarına yatırması üçün təbliğat aparır. Ermənistanı 2020-ci ildə Cənubi Qafqazın ən güclü dövlətinə çevirmək niyyətini açıqlayan R.Vardanyan Türkiyənin «Petkim» Neftkimya Holdinqinə A.Matskeviçlə birgə sahiblik edəcəkdi.

Bu məlumatlar açıqlanandan sonra Türkiyənin  «Petrol-İş» Həmkarlar İttifaqı «Petkim»in satışına dair investisiya müsabiqəsinin nəticələrinin ləğv olunması ilə bağlı Türkiyə 13-cü İqtisad Məhkəməsində iddia qaldırıb. Daha sonra Tender Komissiyasında nəticələrə yenidən baxılıb və birinci qərar ləğv edilib. Eyni zamanda Baş Özəlləşdirmə İdarəsinə “Petkim”in səhmlərinin tenderdə ikinci məbləği təklif edən «SOCAR&Turcas» alyansına verilməsi məsləhət görülüb.

Onu da qeyd edək ki, “Petkim”lə bağlı qərarın dəyişməsinin əsl səbəbləri olaraq bir neçə məsələyə diqqət yetirilir. Bunlardan birincisi, məsələnin Azərbaycanın dövlət rəhbərliyi tərəfindən birbaşa Türkiyəli həmkarları ilə həll olunmasıdır. Daha bir səbəb kimi Qazaxıstan hakimiyyətinin məsələyə «TransCentralAsia»nın zərərinə olaraq müdaxilə etməsi göstərilir. Belə ki, bəzi məlumatlara əsasən, bu holdinqin Nursultan Nazarbayevin keçmiş kürəkəni, hazırda Qazaxıstandan kənarda mühacir həyatı yaşayan Rahat Əliyevlə maliyyə bağlılığı var və “Petkim” əməliyyatında səxavətlə təklif edilən pullar da məhz ona məxsusdur. Nəhayət, üçüncü bir səbəb kimi Türkiyə hökumət strukturlarının “Petkim”lə bağlı ciddi niyyəti olan ARDNŞ-dən daha çox vəsait almaq, hərracda qiyməti artırmaq üçün «TransCentralAsia»nın xidmətindən yararlanması göstərilir.

Qalib elan edilən ARDNŞ-ninsə “Petkim” və Türkiyənin neft-kimya məhsulları bazarı ilə bağlı planları çox nikbindir. Belə ki, ARDNŞ-in vitse-prezidenti Davud Məmmədovun APA agentliyinə bildirdiyinə görə, hazırda Türkiyədə neft-kimya məhsullarına tələbatın 75%-i idxal hesabına ödənilir: «Son bir neçə ildə Türkiyədə benzinin və neft məhsullarının qiymət artımı 2-3%, neft-kimya məhsullarının qiymət artımı isə 12-13% təşkil edib». ARDNŞ rəsmisinin sözlərinə görə, «Petkim» şirkətinin Türkiyə bazarında xüsusi çəkisi 2006-cı ildə 27% olub.

D.Məmmədov bildirib ki, ARDNŞ-nin «Petkim»ə yatıracağı investisiyalar 5-6 ilə tam ödəniləcək. Müəssisənin inkişafı üçün beynəlxalq maliyyə qurumlarından vəsaitlərin cəlb edilməsi nəzərdə tutulur: «Zavodun yaxınlığında müəssisəni xammalla təmin etmək üçün yeni bir zavodun tikintisi planlaşdırılır. Əgər işlər bizim planlar üzrə gedərsə, «Petkim»in Türkiyə bazarındakı payı 40%-i üstələyəcək».


1 2 3 4 5 6 7 8 9 10


Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:36:24

 

SAYTDA AXTARIŞ

XƏBƏR BAŞLIQLARI

НЕФТЬ АЗЕРБАЙДЖАНА: доходы, расходы и риски (взгляд из 2007)
19 sentyabr 2008-ci ildə  Caspian Plazanın Konfrans zalında İctimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA)” Koalisiyası “Əsrin kontraktının 14-cü ili və  neft-qaz sənayesində şəffaflıq təşəbbüsü” mövzusunda Dəyirmi Masa keçirdi
Milli Büdcə Qrupunun İdarə Heyəti və «Mədən Sənayesində Şəffaflığın Artırılması» üzrə QHT Koalisiyası Şurası tərəfindən Azərbaycan Respublikası Prezidentliyi namizədənə ünvanlanan müraciət
"Dövlət xərcləmələri: səmərəlilik və şəffaflıq müstəvisində" mövzusunda Dəyirmi Masa (Bakı şəhəri, Kaspian Plaza, 11 senytabr 2008-ci il )
“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 16-cı sayı hazırlanmışdır.
ЗАЯВЛЕНИЕ общественных объединений Азербайджана по поводу событий в Республике Грузия (Баку, 12 августа 2008)
MSŞA Koalisiyası 8-ci  hesabatla (2007-ci ilin yekunları üzrə) bağlı rəyi açıqlayıb.
MSŞA QHT Koalisiyasının növbəti XI Ümumi Yığıncağı ilə bağlı mətbuat üçün açıqlama
“MHŞT-in Azərbaycanda tətbiqi:  5 illik dövrə retrospektiv baxış” Mövzusunda konfransın press-relizi (17/06/2008)
Mətbuat üçün açıqlama (31/05/2008)
Hesabat: “Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi(26/05/2008)
Zaqata, Quba, Gəncə yerli TV-də Tok-Şoular
İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyasının “Neft gəlirlərinin yerləşdirilməsi və idarəedilməsi: risklərdən necə sığortalanmalı” mövzusunda Dəyirmi Masanın PRESS-RELİZİ (Bakı şəhərı, BMM, 18/04/2008)
Göyçay rayonunda dəyirmi masa
“Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi
  05 aprel 2008-ci il tarixdə MSŞA Koalisiyası Gəncə şöbəsinin şura iclası keçirilmişdir.
Milli Büdcə Qrupu və Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisiyasının mətbuat üçün açıqlaması
Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə yeddinci hesabatını açıqladı
İctimai Birliklərin MSŞA Koalisiyasını bir qrup Şura üzvləri Hökümət Komissiyasının sədri Şahmar Mövsümovla görüşüb
ARDNŞ-nin maliyyə axınlarının izlənməsi, təhlili və onun şəffaflığının qiymətləndirilməsi layihəsi" üzrə yekun konfrans barədə məlumat
Kamboca dövlətinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş (11/02/2008)
Fevralın 8-də Beynəlxalq Mətbuat Mərkəzində Mədən Sənayesində Şəffalıq Təşəbbüsü çərçivəsində görüş
25 yanvar 2008-ci il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində Ictimai Birliklərin Mədən Sənayesində Şəffafliğın Artırılması üzrə Koalisiyasi 2008-ci il üzrə Fəaliyyət Proqramının təqdimatını keçirtdi
23 yanvar 2008: Mətbuat üçün açıqlama
İIQTİSADİ VƏ SOSİAL İNKİŞAF MƏRKƏZİ: İctimaiyyət Üçün Açıqlama
Almaniya və Hindistanda Azərbaycandakı iqtisadi vəziyyət müzakirə olunub
“Gənclərin MHŞT proseslərinə cəlb olunması” layihəsi çərçivəsində yekun  konfrans keçirilmişdir
Qırğızıstanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü təmsil edən QHT nümayəndələri ilə görüş keçirilib.
MHŞT üzrə yeddinci mərhələnin hesabatlarına “Mur Stefens” şirkəti rəy verəcək
Azərbaycanda MHŞT üzrə yeddinci hesabat mərhələsi başlandı

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004-2008 TSW 3.1.9
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.29415