|
Beynəlxalq qurumlar neft gəlirlərinin xərclənməsi ilə maraqlanıblar
Beynəlxalq qurumlar neft gəlirlərinin xərclənməsi ilə maraqlanıblar
Dünya Bankının (DB) Bakıdakı ofisində Azərbaycanın İqtisadi İnkişaf və Maliyyə nazirlikləri, Mill Bank, Dövlət Neft Fondunun yüksək vəzifəli nümayəndələrinin və DB-nın ekspertlərinin iştirakı ilə neft-qaz gəlirlərindən istifadənin optimal həddinin müəyyənləşdirilməsi, neftdən daxilolmaların gələcək nəsillərə də yetəcək şəkildə idarəolunması mövzusunda Dəyirmi Masa keçirilib.
İqtisadi İnkişaf Nazirliyindən verilən məlumata görə, görüş zamanı DB ekspertləri Azərbaycanda neft gəlirlərindən istifadə sahəsində şəffaflığın təmin edilməsi, neft gəlirlərinin qeyri-neft sektorunun inkişafına yönəldilməsi istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndiriblər. Tədbirdə «Daimi gəlir» prinsipi ilə «Neft gəlirlərindən əbədi istifadə»ni mümkün edəcək modelin ilkin versiyasının təqdimatı keçirilib. İqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova neft gəlirlərinin idarə olunması sahəsində Azərbaycanın təsdiq edilmiş «Neft-qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya»sının uğurla həyata keçirildiyini və bu strategiyaya əsasən qurulan fiskal siyasətin DB-nın təklifləri ilə üst-üstə düşdüyünü vurğulayıb, İqtisadi İnkişaf Nazirliyi mütəxəssisləri ilə birgə modelin təkmilləşdirilməsi üzrə əməkdaşlıq etməyə hazır olduğunu bildirib və neft gəlirlərindən istifadə etməklə qeyri-neft sektorunun inkişafı sahəsində görülən işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
◄ 1 2 3 4 5 6 7 8 9 10 ► ₪
Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:36:30
|