|
Bölgə mətbuatında Koalisiya barədə yazı dərc olunub
Bölgə mətbuatında Koalisiya barədə yazı dərc olunub
Masallıda nəşr olunan “Cənub xəbərləri” qəzetinin noyabr sayında
Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası barədə geniş yazı dərc
olunub.
Yazı Dünya Bankının dəstəyi ilə həyata keçirilən “Bölgələrdə media- forumların təşkili” layihəsi çərçivəsində çap olunub. Media- forumun qonağı olan Koalisiya Şurasının üzvü İlham Hüseynli sualları cavablandırıb. O, Koalisiyanın yaranma tarixi və zərurəti, qurumun gördüyü işlər, Dövlət Neft Fondu, fondun vəsaitləri , neft gəlirlərinin idarə olunması və s. mövzularda danışıb. “Cənub xəbərləri” qəzetinin rəhbərliyi region ictimaiyyətinin neft gəlirlərinin şəffaf xərclənməsində maraqli olduğunu və bu səpkidə yazıların təmsil etdikləri mətbu orqanda dərc olunmasının oxucular üçün də əhəmiyyətli olduğunu bildiriblər. Qərara alınıb ki, adı şəkilən qəzetlə MSŞT Koalisiyası arasında əməkdaşlıq bundan sonra da davam etdirilsin.
◄ 1 2 3 4 5 6 7 8 9 10 ► ₪
Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:36:36
|