|
Kataloqun mündəricatı(/ts_gen/azl/bulet/13)
Kataloqun mündəricatı(/ts_gen/azl/bulet/13)
Türkiyənin Enerji və Təbii Ehtiyatlar Nazirliyinin iddiası ilə «Şahdəniz»
layihəsi də daxil olmaqla, üç tenderin keçirilməsi zamanı qanunsuzluğa yol
verməsi və rüşvət alması ilə bağlı başlanan istintaq işinin gedişində
«BOTAŞ» şirkətinin 32 əməkdaşı həbs olunub.
30 oktyabr 2007- cı il
tarixdə Lənkaran Dövlət Universitetində “Neft
gəlirləri və onun sosial təsirləri” mövzusunda
dəyirmi masa keçirilib. Dəyirmi masa “Mədən Sənayesində Şəffaflığın
Artırılması” Koalisiyasının 2007-ci il fəaliyyət planına uyğun olaraq
həyata keçirilmişdir.
Oktyabrın 26-da Mədən Sənayesində Şəffaflığın
Artırılması Koalisiyasının dəstəyi ilə “Saglam İnkişaf və Maarifləndirmə”
ictimai birliyinin və “Demokratik İslahatçı Gənclər” təşkilatının birgə
keçirdiyi “Gənclərin MHŞT proseslərinə cəlb olunması” layihəsi çərçivəsində
yekun konfrans təşkli edilmişdir. Konfransda giriş sözü ilə çıxış edən
layihə rəhbəri Asəf Mikayılov layihənin mahiyyəti barədə, layihə
çərçivəsində 4 regionda keçirilən tədbirlər barədə konfrans iştirakçılarına
hesabat məruzəsini təqdim etdi.
Oktyabrın 26- da Mədən Sənayesində Şəffaflığın
Artırılması Koalisiyası Şurasının Ümumi Yığıncaqdan sonra ilk iclası
keçirilib. İclasda təşkilati məsələlərə baxılıb və Qubad İbadoğlu
alternativsiz yenidən Şuranın əlaqələndiricisi seçilib. İclasda həmçinin
Şura üzvləri arasında iş bölgüsü də müzakirə obyekti olub.
Mədən Sənayesində Şəffaflığın Artırılması
Koalisiyası oktyabrın 20- sində Koalisiyanın növbəti 10- cu Ümumi
Yığıncağını keçirib. Koalisiyanın 108 üzvündən 85- nin qatıldığı Yığıncaq
Novxanıdakı Akva Park İstirahət və Əyləncə Mərkəzində baş tutub.
Mədən Sənayesində Şəffaflığın Artırılması QHT
Koalisiyasının (MSŞAK) fəaliyyətinə münasibəti öyrənmək, gələcək
fəaliyyətin prioritetlərini müəyyənləşdirmək, təşkilatın işini
təkmilləşdirmək, əldə edilən uğurları inkişaf etdirmək məqsədilə Koalisiya
üzvləri arasında həyata keçirilən sosioloji tədqiqat işi başa çatmışdır.
Koalisiya üzvləri sorğuda iştirakda bir o qədər fəallıq göstərməsələr də, 44
nəfərı təqdim edilmiş sorğu anketində qoyulmuş sualları cavablandırmışdır.
“Мədən Sənayesində
Şəffaflığın Artırılması” Koalisiyasının 2007-ci il fəaliyyət planına uyğun
olaraq Mingəçevirdə Politexnik Universitetində
“Neft gəlirlərinin effektiv xərclənməsinə ictimai nəzarətin
təşkili”mövzusunda dəyirmi masa keçirilib. Toplantıda
MSŞA Koalisiyasının Şura üzvü, Demokratik
İslahatlar Uğrunda Cəmiyyətin rəhbəri Oqtay Gülalıyev, Bakı və region
Universitetlərində dəyirmi masaların keçirilməsi üzrə məsul şəxs
Ehtiram Əli və universitetin müəllim,
tələbə heyəti iştirak etmişlər.
İctimai Birliklərin MSŞA Koalisiyası 6-cı
hesabatla bağlı öz rəyini bildirib. Koalisiya növbəti auditin nəticələrinin
açıqlanmasını önəmli hadisə sayır və bunu Azərbaycan hökumətinin ölkədə
fəaliyyət göstərən neft və qaz şirkətləri ilə birgə mədən sənayesində
şəffaflığın artırılması yolunda atılan daha bir vacib addım kimi
qiymətləndirir.
Oktyabrın
1-nə Dövlət Neft Fondunun aktivləri ilin əvvəlinə nisbətən 45,5% artaraq 1
843,8 mln. manata (2 166,5 mln. ABŞ dolları) çatıb. Fondun icraçı direktoru
Şahmar Mövsümovun jurnalistlər üçün mətbuat konfransında verdiyi məlumata
görə, hesabat dövründə ARDNF-nin neft sazişlərinin həyata keçirilməsi ilə
bağlı gəlirləri 1 279,3 mln. manat, o cümlədən mənfəət neftinin satışından 1
216,7 mln. manat, akr hesabı ödənişlərdən 0,8 mln. manat, bonus
ödənişlərindən 39,4 mln. manat, xarici sərmayəçilər tərəfindən təhvil
verilən aktivlərdən 1 mln. manat, Azərbaycanda istehsal edilən və ixrac
olunan xam neftin kontrakt qiyməti ilə respublikadaxili topdansatış qiyməti
arasındakı fərqdən isə 21,4 mln. manat təşkil edib.
Oktyabrın 30-da LUKOIL OVERSEAS Ltd şirkəti
Azərbaycan Respublikası Dövlət Neft Fonduna 20 milyon dollar həcmində bonus
ödəyib. Fonddan verilən məlyamat görə, bonus “Xəzər dənizinin
Azərbaycan sektorundakı D-222 perspektivli Azərbaycan blokunun kəşfiyyatı,
işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikası
hökuməti ilə xarici hasilat şirkətləri arasında imzalanmış sazişə uyğun
olaraq ödənilib.
Dünya bazarında qiymətlərin yüksək səviyyəsi
Azərbaycanın “Azəri-Çıraq-Günəşli” yatağının işlənməsinə dair hasilatın-pay
bölgüsü sazişi üzrə mənfəət neftinin bölgüsü prinsiplərinin vaxtından əvvəl
ikinci mərhələyə keçirilməsinə imkan verəcək. Dövlət Neft Fondunun icraçı
direktoru Şahmar Mövsümovun jurnalistlərin sualına cavab olaraq verdiyi
məlumata görə, hazırda yataqdan hasil olunan mənfəət nefti 30 faizi
Azərbaycan hökumətinə çatır, 70 faizi isə layihədə iştirakçı olan şirkətlər
arasında bölünür.
*
Dövlət Neft Şirkəti yeni ildən beynəlxalq maliyyə hesabatlılığı Standartlarına
keçəcək
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) bütün struktur vahidləri ilə
birlikdə 2008-ci il yanvarın 1-dən Beynəlxalq Maliyyə Hesabatlılığı
Standartlarına (IFRS) keçəcək.
Maliyyə Nazirliyindən verilən məlumata görə, gələn il bütün
dövlət təşkilatları, o cümlədən ARDNŞ maliyyə hesabatlılığı sistemlərini
beynəlxalq standarlara keçirməlidir. Artıq bununla bağlı hazırlıq işləri
tamamlanmaq üzrədir. ARDNŞ üçün IFRS sistemi «PricewaterhouseCoopers» beynəlxalq
auditor şirkəti tərəfindən hazırlanıb.
Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:36:45
|