|
MSŞT Koalisiyası 10- cu Ümumi Yığıncağını keçirib
MSŞT Koalisiyası 10- cu Ümumi Yığıncağını keçirib
Mədən Sənayesində Şəffaflığın Artırılması
Koalisiyası oktyabrın 20- sində Koalisiyanın növbəti 10- cu Ümumi
Yığıncağını keçirib. Koalisiyanın 108 üzvündən 85- nin qatıldığı Yığıncaq
Novxanıdakı Akva Park İstirahət və Əyləncə Mərkəzində baş tutub.
Ümumi Yığıncağın gündəliyinə Koalisiya Şurasının və Monitorinq Qrupunun hesabatları, Əsasnaməyə əlavə və düzəlişlərin edilməsi, Təkilati məsələlər və Koalisiyanın 2008- ci il üçün fəaliyyət planının müzakirəsi daxil edilmişdi. Gündəlik məsələlərin müzakirəsindən öncə Koalisiyanın Ümumi Yığıncaq iştirakçılarına ünvanlanan təbrik məktublarə oxundu. ABŞ- in, Böyük Britaniyanın, Norveçin ölkəmizdəki səfirliyi, eləcə də Açıq Cəmiyyət İnstitutu, Dünya Bankı və digər təşkilatlat tərəfindən daxil olan məktublarda məktub müəllifləri MSŞT Koalisiyası üzvlərinə öz arzu istəklərini bildirərək onlara fəaliyyətində uğurlar arzulayıb. Yığıncağın gedişində Koalisiya Şurasının hesabatını Qubad İbadoğlu, Monitorinq Qrupunun hesabatını isə Azər Mehtiyev təqdim etdi. Hər iki hesabat ətrafında çıxışlar oldu və hesabatlar qənaətbəxş qiymətləndirildi. Yığıncaq iştirakçıları tərəfindən Əsasnaməyə bir sıra əlavə düzəlişlər irəli sürüldü və təkliflər ətrafında müzakirələr oldu. Əsasnaməyə edilən düzəlişlərlə yanaşı Koalisiyada yeni strukturun- Layihələrin qiymətləndirilməsi üçün Seçim Qrupunun yaradılması təklifi də Yığıncaq iştirakşıları tərəfindən qəbul edildi. Yığıncağın təşkilati bölümündə Şuraya, Monitorinq Qrupuna və Seçim Qrupuna seçkilər keçirildi. Q. İbadoğlu, A. Mehtiyev, İ. Hüseynli, M. Vəzir, F. Əliyev, Ə. Nuriyev, O. Gülalıyev, D. Sakit, M. Qəhrəmanlı, E. Əli, F. Qəhrəmanlı, S. Həmidova Koalisiya Şurasına, M. Müslümqızı, Ə. Əhməd, Ç. Dadaşov, R. Hüseynova, A. Orucov Monitorinq Qrupuna, V. Qazi və S. Cəfərova isə Seçim Qrupunun üzvləri seçilib. Qərara alınıb ki, Seçim Qrupunun digər üzvləri Şura tərəfindən sonrakı mərhələdə seçilsin. Seçim Qrupunun Əsasnaməsinin hazırlanması və təsdiq olunması da Ümumi Yığıncaq tərəfindən Koalisiya Şurasına tövsiyyə olundu. Koalisiyanın 2008- ci il üçün fəaliyyət planı da Ümumi Yığıncaqda müzakirə olunaraq qəbul edildi.
◄ 1 ... 7 8 9 ... 12 ► ₪
Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:36:48
|