Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 6 Yanvar 2009, Çərşənbə axşamı | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

İNFLYASİYA KALKULYATORU

Azərbaycanda İnflyasiya Kalkulyatoru

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının üzvləri arasında sorğu keçirilib

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının üzvləri arasında sorğu keçirilib
Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyasının (MSŞAK) fəaliyyətinə münasibəti öyrənmək,  gələcək fəaliyyətin prioritetlərini müəyyənləşdirmək, təşkilatın işini  təkmilləşdirmək, əldə edilən uğurları inkişaf etdirmək məqsədilə Koalisiya üzvləri arasında həyata keçirilən sosioloji tədqiqat işi başa çatmışdır.  Koalisiya üzvləri sorğuda iştirakda bir o qədər fəallıq göstərməsələr də, 44 nəfərı təqdim edilmiş sorğu anketində qoyulmuş sualları cavablandırmışdır.

Sorğuda iştirak edən Koalisiya üzvlərinin əksəriyyyəti - 81,81 %-i hesab edir ki,  birlik fəaliyyət müddətində ölkə ictimaiyyəti arasında bu və ya digər dərəcədə  nüfuz qazanmağa müvəffəq olub. Yalnız 6,81% MSŞAK-ın buna tamamilə, 75 %  isə «qismən» nail olduğu qənaətindədir. Sorğu iştirakçılarının 11,36%-i  əmindir  ki, bu illər ərzində Koalisiyanın fəaliyyəti tam uğursuz olmuş və heç bir fayda verməmişdir. 4,54% isə birliyin fəaliyyətinə qiymət verməyin tez olduğunu bildirirlər.

Verilən cavablardan məlum olur ki, sorğu iştirakçılarının heç də hamısı Koalisiyanın işində fəal iştirak etmir. Belə ki, respondentlərin 43,18%-i (19 nəfər) müntəzəm şəkildə toplantılarda iştirak edir, təkliflərlə çıxış edir. Onlardan 25 %-i  MSŞAK-ın vahid lahiyəsinin icrasında iştirak edir. Buna baxmayaraq, demək olar ki, əksəriyyət Koalisiyanın işini izləyir, bu və ya digər formada proseslərdə iştirak etməyə çalışır - 40,9% toplantılarda bəzən iştirak etdiklərini, 50%  həm də  elektron poçt vasitəsilə yazışmalarda və tədbirlərdə  (konfrans, dəyirmi masalar) iştirak etdiklərini bildirmişlər. Yalnız onlardan 4,54 %  nadir hallarda toplantılarda iştirak edir, 9 ,09 %  isə ümumiyyətlə, MSŞAK-ın işini KİV-də passiv şəkildə izləməklə kifayətlənirlər ) Koalisiyanın işində çox passiv iştirak etdiklərini və yaxud ümumiyyətlə, iştirak etmədiklərin etiraf etmişlər. 

Maraqlıdır ki, sorğuda iştirak edən Koalisiya üzvlərinin yalnız 27,27% -ni  birliyin idarə olunmasi tam qane edir. 45,45%  Koalisiyanın idarə olunmasından qismən razıdır və hesab edir ki, müəyyən islahatlara ehtiyac var. Bir çoxları idarəetməni təkmilləşdirmək üçün təkliflər də verir. Müəyyən təkliflərlə çıxış edənlər arasında qurumun idarə olunmasından tamamilə narazı olanlar da var (22,27% ). Sorğu iştirakçılarının 4,54%-i  isə suala cavab verməkdə çətinlik çəkdiklərini bildirmişlər. Maraqlı və təqdirəlayiq haldır ki, Koalisiya üzvləri daha çox təkliflərlə məhz onun idarə olunmasi ilə bağlı suala cavab verərkən çıxış ediblər.  Daha tez-tez rast gəlinən təkliflər sırasında Şuranın peşəkarlardan təşkil olunması,  səlahiyyətlərinin dəqiqləşdirilməsi (bir variantda artırılması), Şura üzvləri arasında iş bölgüsünün aparılması üstünlük təşkil edir. Eləcə də  həmsədrlik institutunun yaradılması, idarəetmənin təkmilləşdirilməsi və ədalətli idarəetmənin yaradılması  ilə bağlı təklifləri qeyd etmək lazımdır. Nisbətən az rast gəlinən cavablardan biri Koalisiya daxilində və onun idarə olunmasında şəffaflığın olmasının arzulanmasıdır.

«MSŞAK-ın ümumu yığıncaqlarını hansı tezliklə keçirmək lazımdır?» sualına verilən cavablardan məlum olur ki, çoxluğu (68,18% ) hazırda əsasnamədə qeyd olunduğu kimi - yığıncağın yarım ildə 1 dəfə keçirilməsi qane edir. Lakin əsasnaməyə dəyişikliklər edilməsini istəyənlərin sayı da az deyil - 31, 82%, baxmayaraq ki, onlar arasında da fikir birliyi yoxdur. Belə ki,  18,18%  yığıncaqların  6 aydan bir, 9,09%  4 aydan bir, 4,05% isə iki ildən bir keçirilməsini istəyirlər.

Növbəti suala verilən cavabların nəticəsi isə mövcud əsasnamənin müvafiq müddəaları  üzərində dərindən düşünməyin və müzakirələrin aparılmasının vacibliyini ortaya qoyur. Belə ki, respondentlərin yalnız 29,54%-i  üzvlük məsələsində mövcud əsasnamənin tələblərini  (yəni iştirak etmək arzusunda olan hər kəsi qəbul etmək ) qənəaətbəxş hesab edirlər. 70,46%  isə üzvlüyə qəbul məsələsinə yenidən baxılmasını və dəyişikliklərin edilməsini zəruri sayırlar. Daha dəqiq desək, sorğuda iştirak edənlərin 40,9% -i hesab edir ki,  MSŞAK-ın fəaliyyəti ilə bağlı maraq dərəcəsini aydınlaşdıra biləcək sınaq müddətindən sonra namizədi üzvlüyə qəbul etmək olar. 22,72%  düşünür ki, üzvləri MSŞAK-ın təcrübəli çoxluğunun bəyəndiyi xüsusi prosedur qaydalarına uyğun olaraq qəbul etmək lazımdır. 4,05%  daha kəskin və qəti mövqe nümayiş etdirərək, Koalisiya üzvlərinin kifayət qədər olduğunu və onların əksəriyyətinin də fəaliyyət göstərmədiyini əsas gətirməklə yeni üzvlərin qəbulunu dayandırmağı  lazım bilir.

Sizcə, gələcəkdə MSŞAK-ın fəaliyyətində hansı istiqamətlərə daha çox üstünlük vermək lazımdır?  Bu suala verilmiş cavablardan məlum olur ki, Koalisiya üzvləri gələcəkdə daha çox - yəni 72,72 %  Azərbaycanın mədən sənayesində şəffaflığın artırılması, ictimaiyyətin daha geniş təbəqələrinin bu prosesə cəlb edilməsi, 70,45 %  mədən sənayesindən əldə olunan gəlirlər və onun xərclənməsində şəffaflığın artırılması işinə üstülük verir və bunun effektli olacağına inanırlar. Daha sonra isə respondentlərin gələcəkdə fəaliyyət istiqamətləri kimi üstünlük verdikləri sahələr aşağıdakı kimidir:  45,45%  «MSŞAK -ın fəaliyyətinin inkişafı və təbliği», 38,63% «Mədən sənayesi şirkətlərinin ölkəmizin ekologiyasına təsiri», 36,36%  «Mədən sənayesi şirkətlərində əmək hüquqlarının qorunması» və  cəmi 13,63 %  isə «Azərbaycanın mədən sənayesində şəffaflığın artırılması və onun biznes mühitinə təsirinin öyrənilməsi” kimi sahələri daha prioritet sahələr hesab edirlər. 18,18% isə tamam fərqli fikir söyləyərək, əlavə təkliflərlə çıxış etmişlər. Təkliflərdən  məlum olur ki, «Dağ mədən və digər təbii ehtiyatlarla bağlı sahələrdə fəaliyyət» (4.05%), «donorlardan asılılığın ləğv edilməsi» (2.27%), «KİV-də PR kampaniyasının aparılması»nı (2,27%) arzulayan Koalisiya üzvləri də var. Bu sualın nəticələrində maraqlı cəhət odur ki, birlik üzvlərinin əksəriyyəti  mədən sənayesi şirkətlərinin ölkəmizin ekologiyasına, biznes sahəsinə təsiri və əmək hüquqlarının qorunması kimi sahələrlə məşğul olmağa bir o qədər də önəm vermirlər. 

Növbəti «Sizcə, MSŞAK-ın hakimiyyət dairələri ilə hansı davranış forması daha məqsədəuyğundur?» sualına verilən cavablardan məlum olur ki, ən azı bir məsələdə Koalisiya üzvlərinin fikirləri  arasında qeyri-adi yekdillik hökm sürür. Belə ki sorğu iştirakçılarının 97,72%-i  ya «Dialoq və tərəfdaşlıq» (20,45 %), ya da  «Dialoq və tərəfdaşlıq, zərurət yarandıqda tənqid və təzyiq» (77,27%) cavablarını verərək həmrəylik göstərmişlər.

Digər bir məsələ -  MSŞAK-ın fəaliyyətində effektivliyi atrırmaq üçün əhalinin hansı təbəqəsi ilə işi fəallaşdırmağın lazım gəldiyinə dair suala verilən cavablar göstəriri ki, respondentlər daha çox (59,09%) tələbə və gənclər, həmçinin (54,54%) jurnalistlər və Kütləvi İnformasiya Vasitələrinin digər əməkdaşları ilə işi fəallaşdırmağı daha effektli hesab edirlər. 29,54 %  mədən sənayesində çalışanlar, habelə qadınlar və iş adamları ilə (hərəyə15,09%) işin gücləndirilməsini istəyir. 

«MSŞAK-ın fəaliyyətində effektivliyi artırmaq, ictimaiyyətlə əlaqələri inkişaf etdirmək, əhalinin məlumatlandırılması və maarifləndiriməsi üçün hansı metod və formaları səmərəli sayırsiniz?» sualına verilən cavablardan aydın olur ki, sorğu iştirakçıları, gözlənildiyi kimi,  daha çox 81,81%  televiziya və radio verilişlərinə, tok-şoulara üstünlük verirlər. Lakin paralel olaraq, həyata keçirilən tədbirlər sırasında qəzet və jurnallarda məqalələrin çap edilməsinin qeyd olunması ( 70,45%) bu KİV-lərin cəmiyyətdə hələ də oxunaqlı olmasının, təbliğat və təşviqat vasitəsi kimi böyük əhəmiyyət və təsirə malik olmasının sübutudur.  Cavablardan o da məlum olur ki, dəyirmi masalar, treninqlər / məşğələlərin keçirilməsi (50 %) və İnternetdən istifadəni də (45,45%) MSŞAK-ın fəaliyyətində effektivliyi artırmaqı üçün səmərəli üsullardan hesab etmək olar.


1 ... 6 7 8 ... 12


Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:36:50

 

SAYTDA AXTARIŞ

XƏBƏR BAŞLIQLARI

"Mədən sənayesində ŞƏFFAFLIQ" jurnalının 8-ci sayı çap olunmuşdur
İctimai Birliklərin “Mədən Səanayesində Şəffaflığın Artırılması” Koalisiyasının  təşkil etdiyi  “Qarşılıqlı Anlaşma Memorandumunun  5-cü  ili: ötən dövrün qazancları və gələcək dövrün tələbləri” mövzusunda məlumat
Qubad  İbadoğlu MŞHT üzrə beynəlxalq seminarda iştirak edib
6 Noyabr 2008-ci il Monqollarla Şura üzvlərinin görüşü barədə Məlumat
AZƏRBAYCANDA MHŞT ÜZRƏ QİYMƏTLƏNDİRMƏ PROSESİNİ HƏYATA KEÇİRƏCƏK ŞİRKƏT SEÇİLDİ
“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 17-ci sayı hazırlanmışdır
28 oktyabr 2008-ci ildə Princeton Universitetindən gələn tələbələr və Global Witness beynəlxalq təşkilatından nümayəndələr ilə  keçirilmiş  görüşə dair məlumat
25 oktyabr 2008-ci il tarixində Mədən Sənayesində Şəffaflığın Artırılması İctimai Birliklər Koalisiyanın keçirdiyi seminar haqqında məlumat
Milyonların aqibəti
НЕФТЬ АЗЕРБАЙДЖАНА: доходы, расходы и риски (взгляд из 2007)
19 sentyabr 2008-ci ildə  Caspian Plazanın Konfrans zalında İctimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA)” Koalisiyası “Əsrin kontraktının 14-cü ili və  neft-qaz sənayesində şəffaflıq təşəbbüsü” mövzusunda Dəyirmi Masa keçirdi
Milli Büdcə Qrupunun İdarə Heyəti və «Mədən Sənayesində Şəffaflığın Artırılması» üzrə QHT Koalisiyası Şurası tərəfindən Azərbaycan Respublikası Prezidentliyi namizədənə ünvanlanan müraciət
"Dövlət xərcləmələri: səmərəlilik və şəffaflıq müstəvisində" mövzusunda Dəyirmi Masa (Bakı şəhəri, Kaspian Plaza, 11 senytabr 2008-ci il )
“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 16-cı sayı hazırlanmışdır.
ЗАЯВЛЕНИЕ общественных объединений Азербайджана по поводу событий в Республике Грузия (Баку, 12 августа 2008)
MSŞA Koalisiyası 8-ci  hesabatla (2007-ci ilin yekunları üzrə) bağlı rəyi açıqlayıb.
MSŞA QHT Koalisiyasının növbəti XI Ümumi Yığıncağı ilə bağlı mətbuat üçün açıqlama
“MHŞT-in Azərbaycanda tətbiqi:  5 illik dövrə retrospektiv baxış” Mövzusunda konfransın press-relizi (17/06/2008)
Mətbuat üçün açıqlama (31/05/2008)
Hesabat: “Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi(26/05/2008)
Zaqata, Quba, Gəncə yerli TV-də Tok-Şoular
İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyasının “Neft gəlirlərinin yerləşdirilməsi və idarəedilməsi: risklərdən necə sığortalanmalı” mövzusunda Dəyirmi Masanın PRESS-RELİZİ (Bakı şəhərı, BMM, 18/04/2008)
Göyçay rayonunda dəyirmi masa
“Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi
  05 aprel 2008-ci il tarixdə MSŞA Koalisiyası Gəncə şöbəsinin şura iclası keçirilmişdir.
Milli Büdcə Qrupu və Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisiyasının mətbuat üçün açıqlaması
Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə yeddinci hesabatını açıqladı
İctimai Birliklərin MSŞA Koalisiyasını bir qrup Şura üzvləri Hökümət Komissiyasının sədri Şahmar Mövsümovla görüşüb
ARDNŞ-nin maliyyə axınlarının izlənməsi, təhlili və onun şəffaflığının qiymətləndirilməsi layihəsi" üzrə yekun konfrans barədə məlumat
Kamboca dövlətinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş (11/02/2008)

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004-2008 TSW 3.1.9
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.380146