|
MSŞT ilə bağlı 6- cı hesabata Mədən Sənayesində
Şəffaflığın Artırılması Koalisiyası öz rəyini
açıqlayıb
MSŞT ilə bağlı 6- cı hesabata Mədən Sənayesində
Şəffaflığın Artırılması Koalisiyası öz rəyini
açıqlayıb
İctimai Birliklərin MSŞA Koalisiyası 6-cı
hesabatla bağlı öz rəyini bildirib. Koalisiya növbəti auditin nəticələrinin
açıqlanmasını önəmli hadisə sayır və bunu Azərbaycan hökumətinin ölkədə
fəaliyyət göstərən neft və qaz şirkətləri ilə birgə mədən sənayesində
şəffaflığın artırılması yolunda atılan daha bir vacib addım kimi
qiymətləndirir.
Bütün bunlarla yanaşı MSŞA Koalisiyası Hökumət Komissiyası və neft şirkətləri ilə birlikdə imzaladığı Anlaşma Memorandumunun tərəflərindən biri kimi 6-cı hesabat üzrə növbəti auditin nəticələrini müstəqil surətdə təhlil edərək, aşağıdakı nəticələrə gəlmişdir: 1.Hesabat dövründə ölkəmizin xeyrinə planlaşdırılan dəyişikliklər gözlənildiyi kimi qeydə alınmayıb. 2. Hasilat tempinin artmasına baxmayaraq, Azərbaycan hələ ki onun bəhrəsini adekvat həcmdə görmür. 3. Hasil olunmuş neftin tərəflər arasında bölgüsündə israfçılıq həddindən artıq çoxdur. 4. 2006-cı ildə Azərbaycan hökumətinin qazancı mənfəət neftinin pay bölgüsü müqayisədə daha çox mənfəət vergisindən formalaşmışdır. Belə ki, hesabat dövründə mənfəət vergisinin həcmi dövlətin mənfəət neftinin payından çox olmuşdur. 5. Hesablama metodu və kassa metodu arasındakı fərqlər hesabatlarda kənarlaşmalara yol açır. 6. ARDNŞ-in Hasılatın Pay Bölgüsü sazişində ikili statusu manipulyasiya imkanlarını çoxaldır və hesabatlarda kənarlaşmaları artırır. İctimai Birliklərin MSŞA Koalisiyası 6-cı hesabat üzrə növbəti auditin təhlili nəticəsində aşağıdakı istiqamətlər üzrə təkliflərin nəzərə alınmasını tövsiyyə edir: 1. Anlaşma Memorandumuna əlavə və dəyişikliklər barədə Razılaşma Memorandumun tərəfləri arasında müzakirəyə çıxarılmalıdır. 2. Hazirda qüvvədə olan Memorandumun tələblərindən irəli gələrək, Hasılatın Pay Bölgüsü sazişinin keyfiyyətcə yeni mərhələyə daxil olmasını əsas götürərək mövcud hesabat sisteminin təkmilləşdirilməsi məqsədilə tərəflər arasında müzakirələrə start verilməlidir; 3. Şirkətlərin fərdi qaydada hesabatlar təqdim etməsi istiqamətində digər şirkətlərə nümunə olmaq məqsədilə ARDNŞ hesabatlılığını fərdi qaydada həyata keşirilməlı və bu istiqamətli təşəbbüsə Hökümət Komissiyası dəstək verməlidir; 4. Şirkətlərin hesabatlılıq sistemində bilməyərəkdən yaranmış problemlərin miqyasının genişlənməsini və onun daim təkrar olunmasını nəzərə alaraq onların müvafiq heyəti üçün hesabatların doldurulması üzrə kurslar təşkil olunmalıdır; 5. Memorandumun tərəflərinin maraqları nəzərə alinmaqla və yuxarıda təklif olunan tövsiyyələrin reallaşması da daxil olmaqla tərəflərin öhdəlik və məsuliyyətlərini konkret zaman çərçivəsində özündə əks etdirən və növbəti ildən start götürən Fəaliyyət Planının işlənilməsinə başlanılmalıdır. Xatırladaq ki, Mədən Sənayesində Şəffaflığın Artırırlması Koalisiyasının sözü gedən rəyi KİV- in iştirakı ilə ictimayyətə təqdim edilib. Təqdimat mərasimi Beynəlxalq Mətbuat Mərkəzində baş tutub.
◄ 1 ... 4 5 6 ... 12 ► ₪
Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:36:54
|