|
«BOTAŞ»
şirkətinin 32 əməkdaşı həbs olunub
«BOTAŞ»
şirkətinin 32 əməkdaşı həbs olunub
“Şahdəniz”lə
bağlı tenderlərdə qanunsuzluqlar aşkarlanıb
Türkiyənin Enerji və Təbii Ehtiyatlar Nazirliyinin iddiası ilə «Şahdəniz»
layihəsi də daxil olmaqla, üç tenderin keçirilməsi zamanı qanunsuzluğa yol
verməsi və rüşvət alması ilə bağlı başlanan istintaq işinin gedişində
«BOTAŞ» şirkətinin 32 əməkdaşı həbs olunub.
Həbs olunanlar arasında Enerji və Təbii Ehtiyatlar Nazirliyinin müstəşar köməkçisi və «BOTAŞ» şirkətinin İdarə Heyətinin üzvü Bəkir Aksoy, sədr müavini Rza Ciftçi, sabiq müavin Şakir Arıkan, İnşaat Departamentinin rəhbəri Ömər Qorxmaz və digərlərindən ibarət 10 nəfər yüksək rəhbərlikdə təmsil olunanlar da var. Polisin «Mavi Xətt» adı verdiyi əməliyyat bir müddət öncə başqa bir şirkətin tenderləri ilə bağlı məhkəmə araşdırması zamanı 1 il 7 ay müddətinə həbs olunan iş adamı İbrahim Səlçugun həbsxanadan çıxandan sonra telefonlarının dinlənilməsi ilə başlayıb. Belə ki, İ.Səlcuqun telefonlarını dinləyən Baş Polis İdarəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları onun «BOTAŞ» tenderləri ilə bağlı dövlət adamları və şirkətin rəhbər şəxsləri ilə davamlı danışıqlarını qeydə alıblar.Bununla bağlı keçirilən əməliyyatda 32 nəfər həbs olunaraq, onlara Türkiyənin Cinayət Məcəlləsinin 220/1-2 və 235-ci maddələri ilə (cinayət törətmək məqsədilə qruplaşma, bu qrupa üzv olma, böyük qurum və quruluşlar adına keçirilən mal və xidmət alqı-satqıları və ya kirayələmələri ilə bağlı tenderlərə problem yaratmaq) cinayət işi başlanıb. Araşdırmalar zamanı məlum olub ki, «BOTAŞ»ın üç tenderində qeyri-qanuni hallar baş verib. Bu tenderlərdən biri 3,2 mlrd. ABŞ dollarına başa gəlməsi gözlənilən «Şahdəniz» layihəsi olub. Xəzər dənizindən çıxan Azərbaycan qazını Türkiyəyə daşıyacaq və uzunluğu 7 244 km olacaq boru xəttinin «BOTAŞ»a aid hissəsinin tenderində qanunsuzluq və rüşvət halları var. Qanunsuzluq baş verildiyi digər tender «Şahdəniz» qazının nəqli üçün nəzərdə tutulan Bakı-Tiflis-Ərzurum boru kəməri üzərində Ərdahan (Hanak) Kompressor stansiyası və Türkgözü Qazölçmə Mərkəzinin inşası ilə bağlı olub. Türkiyə polisi araşdırmalarını davam etdirdiyini və həbslərin artacağını söyləyib.
◄ 1 ... 11 12 ► ₪
Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:37:0
|