|
MSŞT Koalisiyası Lənkəran
Dövlət Universitetində tədbir keçirib
MSŞT Koalisiyası Lənkəran
Dövlət Universitetində tədbir keçirib
30 oktyabr 2007- cı il
tarixdə Lənkaran Dövlət Universitetində “Neft
gəlirləri və onun sosial təsirləri” mövzusunda
dəyirmi masa keçirilib. Dəyirmi masa “Mədən Sənayesində Şəffaflığın
Artırılması” Koalisiyasının 2007-ci il fəaliyyət planına uyğun olaraq
həyata keçirilmişdir.
Dəyirmi Masada Lənkaran Dövlət Universitetinin humanitar məsələlər üzrə prorektoru, professor Abduləhəd Bağırov, MSŞA Koalisiyasının şüra üzvləri Oqtay Gülaliyev və İlham Hüseynli, Bakı və region Universitetlərində dəyirmi masaların keçirilməsi üzrə məsul şəxs Ehtiram Əli və universitetin müəllim, tələbə heyəti iştirak etmişlər. Dəyirmi masanı prorektor Abduləhəd Bağırov açaraq, gələn qonaqları salamladı və Universitetin fəaliyyəti barədə qısa məlumat vermişdir. Oqtay Gülaliyev MSŞA Koalisiyası, Koalisiyanın mədən sənayesində şəffaflığın artırılması ilə bağlı həyata keçirdiyi tədbirlər haqqında məlumatı yığıncaq iştirakcılarına çatdırmişdır. Yığıncaqda İlham Hüseynli “Neft gəlirləri və onun sosial təsirləri” mövzusunda məruzə ilə çıxış etmişdir Məruzəçi, mədən sənayesi gəlirlərinin əhalinin sosial drumuna təsiri, gəlirlərin xərclənməsində şəffaflığın artırılmasının əhəmiyyəti, neft gəlirləri, onların istifadəsi prosesi və istiqamətləri barədə ictimaiyyətin geniş informasiya əldə edə bilməsi, neft gəlirlərinin əldə olunması və onların istifadəsi proseslərinə ictimai nəzarətin təmin edilməsinin vacibliyi barədə dəyirmi masa iştirakçılarını ətrafli məlumatlandırmışdır. Məruzə ətrafında geniş diskusiyada müəllimlərdən Ələsgərov Nadir, Qasımova Şölə, Zamanov Fizuli və tələbələr iştirak etmişlər. Suallara ətraflı cavab verilmişdir. Ehtiram Əli yığıncağı yekunlaşdıraraq, mədən sənayesində şəffaflığın artırılmasında müəllim və tələbələrin rolundan və ğələcəkdə belə tədbirlərin keçirilməsinin lazım olduğunu vurğulamişdir. O, yığıncaq iştirakcılarına və qonaqlara öz təşəkkürünü bildirmişdir.Bununla da dəyirmi masa öz işini bitirmişdir. Koalisiya tərəfindən nəşr olunan kitab və jurnallar iştirakçılara paylanmışdır.
◄ 1 ... 10 11 12 ► ₪
Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:37:2
|