|
Kataloqun mündəricatı(/ts_gen/azl/bulet/12)
Kataloqun mündəricatı(/ts_gen/azl/bulet/12)
5
oktyabr 2007- ci il tarixdə “Мədən Sənayesində Şəffaflığın Artırılması”
Koalisiyasının 2007-ci il fəaliyyət planına uyğun olaraq “Təfəkkür”
Universitetində Dəyirmi Masa keçirilmişdir. Dəyirmi Masada, MSŞA
Koalisiyasının koordinatoru, İqtisadi Tədqiqatlar Mərkəzinin direktoru Qubad
İbadoğlu, Universitetlərlə bağlı layihənin assistenti Ehtiram Əli,
Universitetin professor-müəllim və tələbə heyəti iştirak etmişlər. Dəyirmi
Masa iştirakçılarının sayı 52 nəfər olmuşdur.
Trend
Agentliyinə verdiyi müsahibədə “ Publish What You Pay “ (Odeditini aciqla) ”
beynelxalq QHT-nin Strateji Meslehet Qrupunun (SMQ) Avrasiya regionu üzrə
nümayəndəsi, İctimai Vəsaitin Monitorinqi Mərkəzinin rəhbəri İnqilab Əhmədov
bildirib ki, hasilat sənayesində şəffaflıq təşəbbüsünün yaxın illərdə
inkişaf strategiyası , Osloda ötən həftə «Publish What You Pay» təşkilatının
SMQ-nin ilk görüşundə müzakirə olunub.
Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) 2001-ci ildən başlayaraq 2007-ci il
iyulun 31-dək qaçqın və məcburi köçkünlərin sosial-məişət problemlərinin
həlli məqsədilə görülən tədbirlərin maliyələşdirilməsinə ümumilikdə 318,7
mln. manat vəsait ödənilib. Bu barədə dövlət başçısının yanında keçirilən
müşavirədə ARDNF-in icraçı direktoru Şahmar Mövsümov məlumat verib.
Nazirlər Kabineti 2008-ci
ilin dövlət büdcəsinin layihəsini təsdiqlənməsi üçün ölkə prezidentinə
təqdim edib. Kabinetdən verilən məlumata görə, 2008-ci il üçün nəzərdə
tutulan dövlət büdcəsinin gəlirləri 2007-ci ilin analoji proqnozuna nisbətən
27,9% artırılaraq 7,383 mlrd. manata çatdırılıb. Büdcə xərcləri isə 8,509
mlrd. manat həcmində proqnozlaşdırılır ki, bu da cari il üçün nəzərdə
tutulandan 34,7% çoxdur. Nəticədə, 1,126 mlrd. manatlıq büdcə kəsirinin
yaranacağı gözlənilir.
BP
şirkətinin yeni prezidenti Toni Heyvord (Tony Hayward) yaxın vaxtlarda
şirkətin strukturunda ciddi kadr islahatlarının aparılacağını bildirib.
Onun sözlərinə görə, bu ilin III rübündə şirkətin maliyyə göstəriciləri
«dəhşətli» olacaq. Belə ki, dünya bazarında neftin qiymətinin rekord
göstəricilərinə baxmayaraq,
bp-nin
maliyə göstəriciləri 1992-1993-cü illərdəki maliyə böhranından sonra ən
minimal həddə düşüb. Buna səbəb isə ABŞ-da qazın qiymətinin düşməsi, emalın
azalması, həmçinin iri layihələrin icrasının ləngiməsi kimi amillər olub.
Cari ilin yanvar-avqust ayları ərzində Azərbaycanda ümumilikdə 28,558 mln.
ton neft hasil edilib ki, bu da ötən ilin analoji dövründəkindən 8,386 mln.
ton və ya 41,6% çoxdur. ARDNŞ-dən verilən məlumata görə,
«Azəri-Çıraq-Günəşli» (AÇG) yataqlarının işlənməsi ilə məşğul olan
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) yanvar-avqust aylarında
22,674 mln. ton neft hasil edib. Bu, 2006-cı ilin yanvar-avqust
aylarındakından 8,486 mln. ton və ya 59,8% artıqdır.
Dövlət Neft Şirkətinin Ceyhanda inşa edəcəyi neft emalı zavodunun ilkin
dəyəri 4 milyard dollar civarında qiymətləndirilir. Şirkətin prezidenti
Rövnəq Abdullayevin “Trend” agentliyinə verdiyi məlumata görə, zavodu ARDNŞ
və TURQAS alyansı tikəcək.
Bakı-Supsa kəməri ilə neft nəqlinin bərpası gələn ilə qalıb. Bu barədə
məlumat verən ARDNŞ prezidenti Rövnəq Abdullayevin dediyinə görə, istismarı
ötən ilin oktyabrında dayandırılan kəmərin Gürcüstan hissəsində yaranmış
problem 2008-ci ilin martınadək aradan qaldırılacaq.
Sentyabr ayında «Azəri -
Çıraq - Günəşli» strukturunda aparılan hasilat işləri 20 gün müddətində
qismən dayandırılıb.
Bakı-Tiflis-Qars dəmiryolu xətiinin Gürcüstan hissəsində tikinti işləri
noyabrın birinci yarısında başlayacaq. Nəqliyyat naziri Ziya Məmmədovun
mətbuata verdiyi məlumata görə, artıq xəttin Türkiyə hissəsinin tikintisi
üçün tender elan olunub və yaxın vaxtlarda icraçı təşkilatın adı
açıqlanacaq: “Bundan sonar Türkiyə tərəfi də bilavasitə tikinti işlərinə
başlayacaq.”
Mədən Sənayesində
Şəffaflığın Artırılması QHT Koalisiyası ARDNŞ-nin maliyyə axınlarını
izləyərək, şirkətin fəaliyətini şəffaflıq baxımından qiymətləndirəcək.
Qurumun vahid layihəsi çərçivəsində həyata keçirilən fəaliyyəti Koalisiya
üzvü Azad İqtisadiyyata Yardım İctimai Birliyi icra edir.
1
illik fasilədən sonra «Mədən Sənyesində Şəffaflıq» jurnalının növbəti sayı
işıq üzü görüb. İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın
Artırılması Koalisiyası tərəfindən Açıq Cəmiyyət İnstitutu Yardım Fondu
tərəfindən maliyyələşdirilən jurnal rübdə bir dəfə olmaqla nəşr ediləcək.
Məlum olduğu kimi avqustun
24-də Mineral Ehtiyatlarının Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində
Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Komissiya Azərbaycan hökümətinin mədən
hasilatı sənayesində əldə etdiyi məcmu daxilolmaları barədə altınci
hesabatını açıqlayıb. Hesabatlara hasilat (neft-qaz) sənayesində fəaliyyət
göstərən şirkətlərin təqdim etdikləri fərdi hesabatların təhlili əsasında
«Moore Stephens» audit şirkətinin verdiyi rəy də daxildir.
27 sentyabr
2007- cı il tarixdə Sumqayıt Dövlət
Universitetində “Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması və
onların səmərəli istifadəsi”
mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi
masa “Мədən Sənayesində Şəffaflığın Artırılması”
Koalisiyasının 2007-ci il fəaliyyət planına uyğun olaraq
həyata keçirilmişdir.
Məlum olduğu kimi Mədən
Sənayesində Şəffaflığın Artırılması Koalisiyası Şurasının qərarı ilə bu ilin
oktyabrın 20- sində Koalisiyanın növbəti 10- cu Ümumi Yığıncağının
keçirilməsi qərara alınıb və artıq bununla bağlı Yığıncağa Hazırlıq üzrə
Təşkilat Komitəsi (TK) də yaradılıb.
Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:37:15
|