|
Sumqayıt Dövlət
Universitetində neft gəlirlərinin xərclənməsində
şəffaflığın
artırılması məsələsi müzakirə edilib
Sumqayıt Dövlət
Universitetində neft gəlirlərinin xərclənməsində
şəffaflığın
artırılması məsələsi müzakirə edilib
27 sentyabr
2007- cı il tarixdə Sumqayıt Dövlət
Universitetində “Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması və
onların səmərəli istifadəsi”
mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi
masa “Мədən Sənayesində Şəffaflığın Artırılması”
Koalisiyasının 2007-ci il fəaliyyət planına uyğun olaraq
həyata keçirilmişdir.
Toplantıda MSŞA Koalisiyasının üzvü, Sosial-İqtisadi Araşdırmalar Birliyinin sədri Azad Əliyev, Bakı və region Universitetlərində dəyirmi masaların keçirilməsi üzrə məsul şəxs Ehtiram Əli və 41 nəfər müəllim, tələbə heyəti iştirak etmişlər. Dəyirmi masanı Sumqayıt Dövlət Universitetinin dekanı Adil müəllim açaraq, mədən sənayesində şəffaflığın artırılmasının əhəmiyyəti və ölkənin gələcəyinin neft gəlirlərinin idarə olunmasinda şəffaflığın təmin edilməsindən cox asılı olduğunu yığıncaq iştirakcılarının diqqqətinə çatdırdı. Yığıncaqda Azad Əliyev “Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması və onların səmərəli istifadəsi”mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzəçi, mədən sənayesi gəlirlərinin əhalinin sosial drumuna təsiri, gəlirlərin xərclənməsində şəffaflığın artırılmasının əhəmiyyəti, neft gəlirləri, onların istifadəsi prosesi və istiqamətləri barədə ictimaiyyətin geniş informasiya əldə edə bilməsi, neft gəlirləri və onların istifadəsi məsələləri üzrə qərarların qəbulunda vətəndaş cəmiyyəti institutlarının iştirakının təmin edilməsi, neft gəlirlərinin əldə olunması və onların istifadəsi proseslərinə ictimai nəzarətin təmin edilməsinin vacibliyi barədə dəyirmi masa iştirakçılarını ətrafli məlumatlandırmışdır. Məruzə ətrafında geniş diskussiyada professor Agayev, müəllimlərdən Mikayılova Sevda, Hüseynov Qalib, Orucəliyeva Bəsti və tələbələr iştirak etdilər. Suallara ətraflı cavab verildi. Ehtiram Əli yığıncağı yekunlaşdıraraq, mədən sənayesində şəffaflığın artırılmasında müəllim və tələbələrin rolundan və ğələcəkdə belə tədbirlərin keçirilməsinin lazım olduğunu bildirdi. O, yığıncaq iştirakcılarına və qonaqlara öz təşəkkürünü bildirrdi.
◄ 1 2 3 ... 15 ► ₪
Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:37:27
|