|
İnqilab Əhmədov; « Norveç hasilat sənayesində şəffaflıq təşəbbüsünə
qoşulmasını rəsmi şəkildə bəyan edib»
İnqilab Əhmədov; « Norveç hasilat sənayesində şəffaflıq təşəbbüsünə
qoşulmasını rəsmi şəkildə bəyan edib»
 Trend
Agentliyinə verdiyi müsahibədə “ Publish What You Pay “ (Odeditini aciqla) ”
beynelxalq QHT-nin Strateji Meslehet Qrupunun (SMQ) Avrasiya regionu üzrə
nümayəndəsi, İctimai Vəsaitin Monitorinqi Mərkəzinin rəhbəri İnqilab Əhmədov
bildirib ki, hasilat sənayesində şəffaflıq təşəbbüsünün yaxın illərdə
inkişaf strategiyası , Osloda ötən həftə «Publish What You Pay» təşkilatının
SMQ-nin ilk görüşundə müzakirə olunub.
Əhmədovun sözlərinə görə, görüş zamanı şəffaflıq təşəbbüsünün inkişafı, ona yeni ölkələrin qoşulması, şirkətlərin dolğun və dəqiq hesabatlar təqdim etməsi müzakirə olunub. «Analoji məsələ Azərbaycanda da nəzərdən keçirilir. EİTİ-nin ölkədə çalışan iştirakçı dövlətlərindən hər birinin hesabat təqdim etməsi məsələsi müzakirə olunur. Hazırda bu kimi detallar yekunlaşdırılır və vahid formada təqdim olunur» - deyə Əhmədov bildirib. “Bir çox hasilat şirkətləri ayrı-ayrılıqda hesabat təqdim etməyə hazırdırlar. Bu şirkətlərin sırasına BP, «Statoil» «Exxon Mobil» və «Shell» şirkətləri də daxildir. Azərbaycanda konsorsiuma daxil olan və mineral ehtiyatlardan istifadə edən digər şirkətlərlə də bu məsələni razılaşdırmaq lazımdır.” Osloda dövlət şirkətlərinin EİTİ-yə qoşulması perspektivləri və problemləri müzakirə olunub. İnqilab Əhmədov bildirib ki, Norveç hasilat sənayesində şəffaflıq təşəbbüsünə qoşulmasını rəsmi şəkildə bəyan edib. Mərkəzin rəhbərinin fikrincə, dövlət şirkətləri, həmçinin , EİTİ-nin üzvü olan ARDNŞ maliyyə hesabatının beynəlxalq sisteminə keçidi sürətləndirməlidir, bu şirkətlərə EİTİ üzrə, həmçinin, digər hesabatlarda şəffaflığı artırmağa imkan verəcək. İclasın iştirakçıları EİTİ-nin Osloda keçirilən katibliyinin iclasında iştirak edə biliblər. Görüş zamanı Norveç rəsmən EİTİ-nin standartlarını qəbul etməyə hazır olduğunu və şirkət tərəfindən ayrılan vəsaitlər barədə hesabatlar dərc etməyə hazır olduğunu bəyan edib.
◄ 1 ... 13 14 15 ► ₪
Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:37:30
|