|
İndiyədək
Dövlət Neft Fondundan qaçqın və məcburi köçkünlərin sosial-məişət
problemlərinin həllinə 319 milyon manat xərclənib
İndiyədək
Dövlət Neft Fondundan qaçqın və məcburi köçkünlərin sosial-məişət
problemlərinin həllinə 319 milyon manat xərclənib
Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) 2001-ci ildən başlayaraq 2007-ci il
iyulun 31-dək qaçqın və məcburi köçkünlərin sosial-məişət problemlərinin
həlli məqsədilə görülən tədbirlərin maliyələşdirilməsinə ümumilikdə 318,7
mln. manat vəsait ödənilib. Bu barədə dövlət başçısının yanında keçirilən
müşavirədə ARDNF-in icraçı direktoru Şahmar Mövsümov məlumat verib.
Cari ilin yanvar-iyul aylarında qeyd edilən tədbirlərin maliyyələşdirilməsinə ARDNF-dən ümumilikdə 94,2 mln. manat məbləğində vəsait yönəldilib. Ş.Mövsümovun sözlərinə görə, 2001-ci ildən etibarən ARDNF- in vəsaiti hesabına Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Ağdam, Füzuli, Biləsuvar, Goranboy, Sabirabad, Ağcabədi rayonlarında qaçqın və məcburi köçkünlər üçün qəsəbələr salınıb, eləcə də Şəmkir, Ağstafa, İsmayıllı, Oğuz, Şəki, Gədəbəy rayonlarında, Naxçıvan Muxtar Respublikasında, Bakı, Sumqayıt, Yevlax şəhərlərində, Mehdiabad, Ramana qəsəbələrində məcburi köçkünlər üçün yaşayış binaları, müvafiq sosial-mədəni və digər obyektlər tikilərək istifadəyə verilib. «Dövlət Neft Fondunun büdcəsində nəzərdə tutulmuş vəsaitlər hesabına indiyə qədər 12 min 278 qaçqın və məcburi köçkün ailəsi üçün yaşayış binaları tikilib istifadəyə verilib. Cari ilin sonunadək bu rəqəmin 15 mindən çox olacağı gözlənilir və qalan 3 çadır düşərgəsinin ləğv edilməsi nəzərdə tutulur», - deyə Ş.Mövsümov vurğulayıb.
◄ 1 ... 12 13 14 15 ► ₪
Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:37:32
|