|
BP-də ciddi ixtisarlar olacaq
BP-də ciddi ixtisarlar olacaq
BP
şirkətinin yeni prezidenti Toni Heyvord (Tony Hayward) yaxın vaxtlarda
şirkətin strukturunda ciddi kadr islahatlarının aparılacağını bildirib.
Onun sözlərinə görə, bu ilin III rübündə şirkətin maliyyə göstəriciləri
«dəhşətli» olacaq. Belə ki, dünya bazarında neftin qiymətinin rekord
göstəricilərinə baxmayaraq,
bp-nin
maliyə göstəriciləri 1992-1993-cü illərdəki maliyə böhranından sonra ən
minimal həddə düşüb. Buna səbəb isə ABŞ-da qazın qiymətinin düşməsi, emalın
azalması, həmçinin iri layihələrin icrasının ləngiməsi kimi amillər olub.
Lakin T.Heyword vəziyyətin artıq bu ilin sonuncu rübündə düzələcəyini istisna etmir. Həmin vaxt şirkətin gündəlik neft hasilatının əlavə olaraq 250 min barel artacağı gözlənilir. Bununla yanaşı, bp prezidenti şirkətdəki kadr islahatları barədə də məlumat verib. Belə ki, gələn aydan etibarən şirkətdə təşkilat bölmələrinin azaldılması, fəhlədən icraçı direktoradək olan vəzifə pillələrinin 11-dən 7-dək ixtisar edilməsi planlaşdırılır. Əsas üstünlük isə daha təcrübəli işçilərə veriləcək. Xatırladaq ki, bir qədər öncə bp ilə «Shell» şirkətlərinin birləşəcəyi barədə məlumatlar da yayılıb.
◄ 1 ... 10 11 12 ... 15 ► ₪
Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:37:35
|