|
Yanvar-avqustda ARDNŞ ötən ilə nisbətən 1,7 faiz az neft çıxarıb
Yanvar-avqustda ARDNŞ ötən ilə nisbətən 1,7 faiz az neft çıxarıb
Cari ilin yanvar-avqust ayları ərzində Azərbaycanda ümumilikdə 28,558 mln.
ton neft hasil edilib ki, bu da ötən ilin analoji dövründəkindən 8,386 mln.
ton və ya 41,6% çoxdur. ARDNŞ-dən verilən məlumata görə,
«Azəri-Çıraq-Günəşli» (AÇG) yataqlarının işlənməsi ilə məşğul olan
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) yanvar-avqust aylarında
22,674 mln. ton neft hasil edib. Bu, 2006-cı ilin yanvar-avqust
aylarındakından 8,486 mln. ton və ya 59,8% artıqdır.
Blokdakı hasilatın 4,515 mln. tonu «Çıraq» yatağının payına düşüb ki, bu da 2006-cı ilin analoji göstəricisindən 378 min ton və ya 7,7% azdır. Təkcə avqust ayında "Çıraq"da 513,959 min ton neft hasil olunub. Hesabat dövründə "Azəri" yatağında neft hasilatı 18,159 mln. ton təşkil edib ki, bu da 2006-cı ilin yanvar-avqustunda olduğundan 8,865 mln. ton və ya 95,4% çoxdur. Avqustda "Azəri"də 2,035 mln. ton neft hasil edilib. Qeyd edək ki, təhlil olunan dövr ərzində ARDNŞ 5,884 mln. ton neft hasil edib. Bu, 2006-cı ilin yanvar-avqustunda olduğundan 1,7% azdır. Avqustda ARDNŞ 749,08 min ton neft hasil edib.
◄ 1 ... 9 10 11 ... 15 ► ₪
Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:37:36
|