|
Neft gəlirlərindən səmərəli istifadə edilməsi ilə
bağlı Şəkidə dəyirmi masa keçirilib
Neft gəlirlərindən səmərəli istifadə edilməsi ilə
bağlı Şəkidə dəyirmi masa keçirilib
 9 avqust 2007-ci ildə Şəki şəhərində
Sənətkarlar Evinin konfrans zalında MSŞA Koalisiyasının Vahid Layihəsinin
“Vətəndaşların məlumatlılığı və neft gəlirlərinin səmərəli istifadəsinə
maraqlarının artırılması kampaniyalarının keçirilməsi” proqramı çərçivəsində
növbəti dəyirmi masa keçirilmişdir.
Tədbirin movzusu “Neft sazişləri və BTC neft boru kəməri” olub. Tədbirdə Şəki şəhərinin 30-a a qədər ictimai fəalı (yerli QHT-lər, Uluçay, Gənclər Təşkilatı və s. ) və beynəlxalq QHT- lərin (TASİS, CHF və s.) yerli ofisinin nümayəndələri, Sahibkarlar Konfederasiyasının regional ofisinin təmsilçiləri, iş adamları, İqtisadi İnkişaf Nazirliyinin regional şöbəsinin işçiləri, sənətkarlar asossasiyasının üzvləri, Tarix- Diyarşünaslıq, Tətbiqi-sənətkarlıq müzeyinin əməkdaşları, regional arxivin işçiləri, müəllimlər, həkimlər və b. eləcə də, layihənin həmkoordinatoru Демокratik Dəyərləri Müdafiə Fondunun rəhbəri Əsgər Əhməd və məruzəçi kimi MSŞA Koalisiyası Şurasının əlaqələndiricisi, İqtisadi Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Qubad İbadoğlu və MSŞA Kolaisiyasının Monitorinq Qrupunun üzvü, Qadınlar Arasında Həmrəylik İctimai Birliyinin sədri Ruhəngiz Hüseynova da iştirak edirdilər. Tədbiri giriş sözü ilə Əsgər Əhməd açaraq qısa tanışlıq və tədbirin mahiyyəti, eləcədə, MSŞT-nin yaranma zərurəti, onun fəaliyyətinin başlıca prinsipləri və fəlsəfəsi haqqında, həmçinin MSŞA - Koalisiyasının yaranması və fəaliyyəti, onun məqsəd və hədəfləri barəsində iştirakçılara məlumat verdikdən sonra sözü çıxışcı Qubad İbadoğluya verdi. O öz çıxışında imzalanmış neft sazişlərinin iqtisadi və siyasi motivlərini açıqladıqdan sonra, sazişlərin hansı növlərinin olması və Azərbaycanin hansı saziş formasına üstünlük verməsi haqqında məlumat verdi. Natiq sazişlərin predmeti, şərtləri, onun iştirakçılarının öhdəlikləri, məsuliyyət, vergiqoyma, podratçı və onun subpodratçılarının sazişlə bağlı bütün əməliyatlar üzrə vergi öhdəlikləri, bonuslar, onların ödənilməsi mexanizmləri, arbitraj qaydaları və sair şərtləri barədə auditoriyanı məlumatlandırdı. Daha sonra o, neft sazişlərindən əldə olunan gəlir və onun bölüşdürülməsi mexanizmləri, bu sazişlərdən əldə olunan gəlirlərin necə akkumiliyasiya olunmasi, eləcə də xərclərin ödənilməsi ilə bağlı geniş məlumat verdi. Çıxışının ikinci hissəsini BCT neft boru kəməri haqqinda başlayan məruzəçi bu kəmərin ərsəyə gəlmək çətinliklərindən, bölgə üçün iqtisadi, siyasi və strateji əhəmiyyətindən bəhs edərək, eləcədə bu kəmərin xərcləri, büraxıcılıq qabliyyəti və s. haqqında dinləyicilərə geniş məlumat verdı. Sonda 3 ölkənin (Nigeriya, İndoneziya və Norveç) timsalında neft gəlirlərinin idarə olunmasi və onun sosial-iqtisadi nəticələri barədə təqdimat oldu. Məruzə ətrafında qızğın və maraqlı disskusiyalar başlandı və iştirakçılari maraqlandıran suallar cavablandırıldı.
◄ 1 ... 6 7 8 ... 11 ► ₪
Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:37:54
|