|
Neft gəlirləri
ilə bağlı Gədəbəydə tədbir keçirilib
Neft gəlirləri
ilə bağlı Gədəbəydə tədbir keçirilib
 Mədən
Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının (MSŞAK)-ın Gəncə şöbəsi
30.08.07-ci il tarixdə şöbənin 2007-ci il failiyyət planına uyğun olaraq
Gədəbəy rayonunda, rayonun İcra Hakimiyyəti aparatının, və rayon hüquq
mühafizə orqanlarının, eləcə də, rayonda mövcud olan büdcə təşkilatlarının
və digər idarə və müəssisələrinin əməkdaşlarının iştirakı ilə «neft amili
və onunla əlaqədar qazanclar, imkanlar, fəsadlar»
mövzusunda
rayon
İcra
Hakimiyyəti
aparatının
iclas zalında
təxminən
50 nəfərin
iştirakı
ilə
görüş
keçirilmişdir.
Görüşdən əvvəl rayon İcra Hakimiyyətinin başçısı Cənab Kamran Rzazadənin kabinetində rayon Prokurorunun, MTN-nin rayon şöbəsinin rəhbərinin, rayon Məhkəməsinin sədrinin, rayon Polis Şöbəsi rəisinin müavininin və s. iştirakı ilə mövzu ətrafında fikir mübadiləsi aparılmış və rayon İH aparatı başçısı Cənab Kamran Rzazadə tədbirin əhəmiyyəti barəsində yüksək fikirdə olduğunu bildirmişdir. Tədbirdə MSŞAK Gəncə şöbəsinin Koardinatoru, MSŞAK-nın şura üzvü Aslan Vəliyev mövzu ilə bağlı çıxış etmiş, digər şura üzvü Nəriman Ağayev şəffaflığın əhəmiyyətindən danışmış və müxtəlif suallar cavablandırılmışdır. Görüşə eyni zamanda MSŞAK-nın Gəncə şöbəsinin şura üzvü Rövşən Novruzov və şöbənin digər üzvü Cəbrail Məmmədov da iştirak etmişlər.
◄ 1 ... 4 5 6 ... 11 ► ₪
Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:37:57
|