|
Oğuz rayonunda bələdiyyələrin büdcə vəsaitlərinin səmərəli və şəffaf
xərclənməsində ictimai nəzarətin təşkili ilə bağlı tədbir keçirilib
Oğuz rayonunda bələdiyyələrin büdcə vəsaitlərinin səmərəli və şəffaf
xərclənməsində ictimai nəzarətin təşkili ilə bağlı tədbir keçirilib
 19 avqust 2007- ci il tarixdə “Oğuz rayonu Zərrab Bələdiyyəsinin
büdcə vəsaitlərinin səmərəli və şəffaf xərclənməsində, ictimai nəzarətin
təşkili, icma üzvlərinin məlumatlandırılması və maarifləndirilməsi” layihəsi
çərçivəsində Oğuz rayonu Zərrab Bələdiyyəsində Dəyirmi Masa keçirilmişdir.
Layihə “Elmi-Texniki Tərəqqi və Təhsil Mərkəzi” İB-nin Oğuz Bölgə Filialı tərəfindən həyata keçirilir. Dəyirmi Masada ETTTM-in direktoru Ehtiram Soltan oğlu, ETTTM-in Oğuz Bölgə Filialının direktoru Vaqif Davudov, Yerli özünüidarəetmə qurumları (bələdiyyələr) üzrə ekspert Hüseyn Ramazanov, ETTTM-in eksperti Etibar Zeynalov, Uluçay Xeyriyyə Cəmiyyəti Vətəndaş İştirakçılığı üzrə mütəxəsislər İlqar İlyasov və Tofiq Məmmədov, həmçinin Zərrab Bələdiyyəsinin üzvləri və İcma üzvləri iştirak etmişlər. ETTTM-in Oğuz Bölgə Filialının direktoru Vaqif Davudov yığıncağın əhəmiyyəti hqqında qısa məlumat verərək dəyirmi masanı açmışdır. ETTTM-in direktoru Ehtiram Soltan oğlu layihənin əhəmiyyəti haqqında qısa məruzə edərək iştirakçıları məlumatlandırmışdır. Dəyirmi Masada Yerli özünüidarəetmə qurumları (bələdiyyələr) üzrə ekspert Hüseyn Ramazanov aşağıdakı məsələlərlə bağlı məruzə ilə geniş çıxış etmişdir: -
Bələdiyyə vəsaitinin xərclənməsində şəffaflığın artırılmasının əhəmiyyəti; -
Yerli icma nümayəndələrinin şəffaflıq tələblərinin stimullaşdırılmasının müzakirəsi və təbliği; -
Bələdiyyənin informasiyasından vətəndaşların yararlanmaq imkanları haqqında. Məruzəçi Bələdiyyə vəsaitinin xərclənməsində şəffaflığın təmin edilməsində mövcud olan beynəlxalq təcrübədən, Bələdiyyə vəsaitinin və gəlirlərinin xərclənməsində şəffaflığın artırılmasının əhəmiyyəti, büdcənin formalaşdırılması, onların istifadəsi prosesi və istiqamətləri barədə icma üzvlərinin geniş informasiya əldə edə bilməsi, icma üzvlərinin qərarların qəbulunda iştirakının təmin edilməsi, Bələdiyyə gəlirlərinin əldə olunması və onların istifadəsi proseslərinə ictimai nəzarətin təmin edilməsi barədə dəyirmi masa iştirakçılarını ətrafli məlumatlandırmışdır. Məruzə ətrafında geniş diskusiya olmuşdur. Çıxışlarda və diskussiyalar zamanı Bələdiyyə gəlirlərinin xərclənməsində şəffaflığın artırılmasının, Nəzarət Komitəsinin yaradılmasının və Məlumatlandırma Vərəqələrinin əhəmiyyəti haqqında müzakirələr aparılmışdır. Bu istiqamətdə maarifçilik işinin aparılması , ictimai qurumların, icma nümayəndələrinin rolunun artırılmasının vacibliyi qeyd edilmişdir. Suallara ətraflı cavab verilmişdir. Dəyirmi Masanın gedişində belə maarifləndirici tədbirlərin Oğuz rayonun digər icmalarında də həyata keçirilməsi təklif edilmişdir.
◄ 1 ... 9 10 11 ► ₪
Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:38:5
|