Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 7 Sentyabr 2008, Bazar | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

İNFLYASİYA KALKULYATORU

Azərbaycanda İnflyasiya Kalkulyatoru

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

Kataloqun mündəricatı(/ts_gen/azl/bulet/10)

Kataloqun mündəricatı(/ts_gen/azl/bulet/10)


İyul ayının 22- də Baləkəndə MSŞA - Koalisiyasının vahid layihəsi çərçivəsində “Neft gəlirlərlərindən necə istifadə olunur” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Balakən şəhərinin 30 – a qədər ictimai fəalı: (yerli QHT- lərin rəhbərləri, qızıl aypara və insan haqları resurs mərkəzinin rəhbərləri, müəllimlər, məmurlar, həkimlər, tələbə gənclər, yerli siyasi partiyaların( yerli YAP sədr müavini və yerli Musavat partiyalarının sədri) və b.), eləcədə, sublayihənin həmkoordinatoru Demokratik Dəyərləri Müdafiə fondunun rəhbəri Əsgər Əhməd, tədbirin təşkilatçısı “Qadınlar Arasında Həmrəylik İctimai Birliyi”nin rəhbəri Ruhəngiz Hüseynova və məruzəçi kimi Azad İqtisadiyataya Yardım Mərkəzi”nin rəhbəri, Zöhrab İsmayılovda iştirak edirdilər

27 iyul 2007-ci il tarixində “Sağlam İnkişaf və Maarifləndirmə” ictimai birliyi və “Demokratik islahatçı gənclər” ictimai birliyi MSŞA Koalisiyasının 2007-ci il üçün Vahid Layihəsinin “Gənclərin MHŞT proseslərinə cəlb olunması” istiqaməti çərçivəsində Tovuz rayonunda dəyirmi masa keçirmişdir. Dəyirmi masada 20 nəfər gənc iştirak etmişdir.

Iyulun 24- də Mədən Sənayesində Şəffalığın Artırılması üzrə QHT Kolalisiyası Dünya Bankı İnstitunun 212 ölkə üzrə açıqladığı «Effektiv idarəetmənin indikatorları» sənədinin müzakirəsini keçirdi. Tədbirdə Koalisiyanın əlaqələndiricisi Qubad İbadoğlu «Effektiv idarəetmənin indikatorları üzrə Azərbaycanın mövqeyi dinamikada və ölkələrarası müqayisədə» təqdimatla çıxış etdi.

2007-ci il iyunun 12-də Naftiran Intertrade Co. Limited (NİCO) şirkəti Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Qarşılıqlı Anlaşma Memorandumuna qoşulması barədə aktı imzalamışdır. “Qoşulma Aktı”nı imzalamaqla NİCO Memoranduma qoşulmuş digər şirkətlər kimi növbəti –altıncı hesabat dövrü (2006-cı il üzrə illik) Azərbaycan Respublikası hökumətinə ödənişləri barədə hesabat verəcək.

İyulun 17-də Amerikanın “ConocoPhilips” neft şirkəti sentyabrın 30-dan etibarən Azərbaycandakı fəaliyyətini dayandırdığını və Bakıdakı filialının bağlandığını elan edib. “Trend” agentliyinin yaydığı məlumata görə, 62 gün ərzində şirkətin filialı bütün zəruri ödənişləri həyata keçirəcəyinə təminat verir.

Nigeriya Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü aktının qüvvəyə minməsini dəstəkləyən aparıcı qeyri-hökumət təşkilatlarından biri olan ÖDƏDİYİNİ AŞKARLA-Nigeriya keçmiş prezident lider Olusegun Obasanjonun ötən çərşənbə axşamı ofisi tərk etməzdən əvvəl qanun layihəsinin qüvvəyə minməsi üçün imzalamasını dəstəkləyib. 

ARDNŞ-nin Türkiyənin ən böyük neft-kimya şirkəti olan «Petkim»in səhmdarı olmaq cəhdi baş tutmayıb. Belə ki, iyulun 5-də şirkətin səhmlərinin 51 faizinin özəlləşdirilməsi üzrə keçirilən investisiya müsabiqəsində “TransCentralAsia” neft-kimya holdinqi qalib gəlib. Xatırladaq ki, ARDNŞ müsabiqəyə törəmə qurumu olan «Socar&Turcas» şirkəti vasitəsilə qatılmışdı. 18 şirkətin qatıldığı müsabiqənin yekununda «Petkim»in nəzarət səhm paketi 2,05 mlrd. ABŞ dollarına «TransCentralAsia Petrochemical Holding Joint Venture Group, Ineos Holdings Ltd.» (Böyük Britaniya, Rankorn şəhəri) şirkətinə satılıb. İddiaçıların sayı çox olduğuna görə, müsabiqənin gedişində «Petkim»in hərraca çıxarılan səhmlərinin qiyməti az qala 3 dəfə artaraq 700 milyon dollardan 2 milyard dolları keçib. Eyni zamanda holdinqin bazar dəyəri də 4,019 mlrd. dollaradək yüksəlib. Müsabiqənin sonunda Qazaxıstan şirkəti ilə mübarizədə tək qalmış «Socar&Turcas» şirkəti isə təklifini yalnız 2,04 mlrd. dollaradək artıra bilib.

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının Vahid layihəsi çərçivəsində  “Vətəndaşların məlumatlılığı və neft gəlirlərinin səmərəli istifadəsinə maraqlarının artırılması kampaniyalarının keçirilməsi” fəaliyyət istiqamətinə uyğun növbəti  dəyirmi masa keçirilmişdir. Tədbirin movzusu  “Neft gəlirləri və ondan səmərəli istifadə məsələləri” olub.

Iyunun 30-da Gəncədə "Novosti Gəncə", "Gəncənin səsi", "Qanun və intizam", "Ruzigar" qəzetlərinin baş redaktorlarınin iştirakı ilə Media Forum keçirilib. Forumda MSŞА Koalisiyasının Şurа üzvləri Sabit Bağırov və Oqtay Gülalıyev, Ehtiram Əli, Koalisiyanin Gəncə bolməsinin kordinatoru Aslan Vəliyev, taninmiş ekoloq Irşad Abbasov iştirak ediblər.

Mədən sənayesində Şəffaflığın Artırılması Koalisiyasının üzvü olan Regional Uşaq Fondu (Gəncə) təşkilatı Açıq Cəmiyyət İnsititutu-Yardım Fondunun maliyyəsi əsasında çəkilmiş  «Neft və milyardlar səltənətində» adlı sənədli filmin regional televiziyalarda nümayişini davam etdirir.

Koalisiyanın “Vahid Layihə” çərçivəsində həyata keçirdiyi “Neft gəlirlərinin səmərəli xərclənməsinə dair radio-debatın keçirilməsi” layihəsi əsasında növbəti radio-debat 04.07.07-ci ildə “İctimai Radio”nun “Diqqət Mərkəzi” ndə verilişində yayımlanmışdır.Verilişin mövzusu “Neft, demokratiya və Qarabağ münaqişəsi”, qonağı isə Koalisiya Şurasının üzvü Mehriban Vəzir olmuşdur.Radio tərəfindən verilişə MM-in İqtisadiyyat Komissiyasının üzvü, millət vəkili Nazim Məmmədov dəvət edilmişdi.

Koalisiyanın “Vahid Layihə” çərçivəsində həyata keçirdiyi “Neft gəlirlərinin səmərəli xərclənməsinə dair radio-dialoqun keçirilməsi” layihəsi üzrə növbəti radio-dialoq iyul ayının 11-də həmişə olduğu kimi İctimai Radionun “Diqqət Mərkəzində” verilişində canlı olaraq yayımlanıb.

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının üzvü olan Neftçilərin Hüquqlarını Müdafiə Komitəsi və Azad İqtisadiyyata Yardım Mərkəzi Dövlət Neft Fondundan maliyyələşdirilən “Samur-Abşeron kanalının yenidənqurulması” layihəsinin monitorinqini həyata keçirirlər. Monitorinq çərçivəsində DNF və layihənin idarəçiliyini həyata keçirən Meliorasiya və Su Təsərrüfatı ASC-yə ünvanlanan sorğulara verilən cavablardan aydın olub ki, neft gəlirləri hesabına layihənin Taxtakörpü su anbarının və Su Elektrik Stansiyasının tikintisini nəzərdə tutan 277 milyon manatlıq hissəsi icra edilir. Stansiya üçün zəruri olan avadanlıqların alınıb quraşdırılması bu məbləğə daxil deyil. Taxtakörpü su anbarının ümumi su tutumu 268 mln. kubmetr, faydalı həcmi isə 219 mln. kubmetrdir. Anbarın aşağı bəndində gücü 25 MVt olan SES-in tikintisi nəzərdə tutulur. Layihənin 2010-cu ildə başa çatdırılması planlaşdırılır.

Iyulun 12-də Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının üzvü olan İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin (İSAM) təşkilatçılığı, USAİD və Avrasiya Fondunun maliyyə dəstəyi ilə “Neft gəlirləri və institusional islahatlar” mövzusunda Dəyirmi Masa keçirilib.

Nizamnamə kapitalı (90 milyon manat) Dövlət Neft Fondu hesabına formalaşdırılan Azərbaycan İnvestisiya Şirkətinin Avropa Yenidənqurma və İnkişaf Bankının məsləhətçisi olan “Allied İnvestment Company” tərəfindən hazırlanan neft-kimya kompleksinin yaradılmasını nəzərdə tutan layihə ilə bağlı bir sıra suallar yaranıb. Bu barədə məlumat verən şirkətin Müşahidə Şurasının icraçı direktoru Anar Axundovun sözlərinə görə, əsasən layihənin texnoloji və maliyyə tərəfləri ilə bağlı olan suallar artıq məsləhətçiyə göndərilib və yaxın vaxtlarda cavablar alındıqdan sonra layihə hökumətə təqdim olunacaq. Qeyd edək ki, mövcud variantlardan biri kimi kompleksin Sumqayıtdakı kimya zavodlarının bazasında yaradılması planı var. Layihənin 3 mərhələdə 10 ilə icra etmək nəzərdə tutulur. Onun ilkin dəyəri 500 mln. dollar qiymətləndirilir,  lakin layihə başa çatdırılanadək bu həcmin artacağı gözlənilir.

Dövlət Neft Fondu neft gəlirlərinin şəffaf idarə olunması, beynəlxalq Şəffaflıq Təşəbbüsünün Azərbaycanda tətbiqi və Fondun fəaliyyəti barədə Azərbaycan ictimaiyyətinin maarifləndirilməsi məqsədilə jurnalistlər üçün “Ən yaxşı təhqiqat yazısı” müsabiqəsini elan edib.

“Dövlət Neft Fondunun Müşahidə Şurasında (DNFMŞ) ictimai birliklərin təmsilçiliyinə şərait yaradılmalıdır”.  Bu fikir Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) Koalisiyası və Vətəndaş Cəmiyyətinə Dəstək Koalisiyasının (VCDK) birgə konfransında səsləndirilib.



Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:38:18

 

SAYTDA AXTARIŞ

XƏBƏR BAŞLIQLARI

“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 16-cı sayı hazırlanmışdır.
ЗАЯВЛЕНИЕ общественных объединений Азербайджана по поводу событий в Республике Грузия (Баку, 12 августа 2008)
MSŞA Koalisiyası 8-ci  hesabatla (2007-ci ilin yekunları üzrə) bağlı rəyi açıqlayıb.
MSŞA QHT Koalisiyasının növbəti XI Ümumi Yığıncağı ilə bağlı mətbuat üçün açıqlama
“MHŞT-in Azərbaycanda tətbiqi:  5 illik dövrə retrospektiv baxış” Mövzusunda konfransın press-relizi (17/06/2008)
Mətbuat üçün açıqlama (31/05/2008)
Hesabat: “Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi(26/05/2008)
Zaqata, Quba, Gəncə yerli TV-də Tok-Şoular
İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyasının “Neft gəlirlərinin yerləşdirilməsi və idarəedilməsi: risklərdən necə sığortalanmalı” mövzusunda Dəyirmi Masanın PRESS-RELİZİ (Bakı şəhərı, BMM, 18/04/2008)
Göyçay rayonunda dəyirmi masa
“Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi
  05 aprel 2008-ci il tarixdə MSŞA Koalisiyası Gəncə şöbəsinin şura iclası keçirilmişdir.
Milli Büdcə Qrupu və Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisiyasının mətbuat üçün açıqlaması
Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə yeddinci hesabatını açıqladı
İctimai Birliklərin MSŞA Koalisiyasını bir qrup Şura üzvləri Hökümət Komissiyasının sədri Şahmar Mövsümovla görüşüb
ARDNŞ-nin maliyyə axınlarının izlənməsi, təhlili və onun şəffaflığının qiymətləndirilməsi layihəsi" üzrə yekun konfrans barədə məlumat
Kamboca dövlətinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş (11/02/2008)
Fevralın 8-də Beynəlxalq Mətbuat Mərkəzində Mədən Sənayesində Şəffalıq Təşəbbüsü çərçivəsində görüş
25 yanvar 2008-ci il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində Ictimai Birliklərin Mədən Sənayesində Şəffafliğın Artırılması üzrə Koalisiyasi 2008-ci il üzrə Fəaliyyət Proqramının təqdimatını keçirtdi
23 yanvar 2008: Mətbuat üçün açıqlama
İIQTİSADİ VƏ SOSİAL İNKİŞAF MƏRKƏZİ: İctimaiyyət Üçün Açıqlama
Almaniya və Hindistanda Azərbaycandakı iqtisadi vəziyyət müzakirə olunub
“Gənclərin MHŞT proseslərinə cəlb olunması” layihəsi çərçivəsində yekun  konfrans keçirilmişdir
Qırğızıstanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü təmsil edən QHT nümayəndələri ilə görüş keçirilib.
MHŞT üzrə yeddinci mərhələnin hesabatlarına “Mur Stefens” şirkəti rəy verəcək
Azərbaycanda MHŞT üzrə yeddinci hesabat mərhələsi başlandı
ARDNF-nin 2007, 2008, 2009-cu illər üzrə maliyyə fəaliyyətinin auditini “Deloyt ənd Tuş” MMC həyata keçirəcək
YEKUN HESABAT (2007)
Neft gəlirləri ilə bahəm onları itirmək riski də artır
MHŞT üzrə altıncı hesabata "Mur Stefens" şirkəti rəy verəcək

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004-2008 TSW 3.1.9
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.639486