Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 6 Oktyabr 2008, Bazar ertəsi | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

İNFLYASİYA KALKULYATORU

Azərbaycanda İnflyasiya Kalkulyatoru

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

Neft gəlirləri ilə bahəm onları itirmək riski də artır

Neft gəlirləri ilə bahəm onları itirmək riski də artır
Bundan qaçmaq üçün ciddi institutsional islahatlar aparılmalıdır
Iyulun 12-də Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının üzvü olan İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin (İSAM) təşkilatçılığı, USAİD və Avrasiya Fondunun maliyyə dəstəyi ilə “Neft gəlirləri və institusional islahatlar” mövzusunda Dəyirmi Masa keçirilib.

Dəyirmi Masada çıxış edən İSAM-ın rəhbəri Sabit Bağırov böyük neft gəlirləri olan ölkələrdə xərclərlə bağlı problemlərin olduğu və belə problemləri aradan qaldırmaq üçün neft gəlirlərinin təsnifatı üzrə xərclənməsinin, institutsional islahatlar aparılmasının məqsədəmüvafiq hesab edildiyini. vurğulayıb  Onun fikrincə, belə islahatlar nəticəsində yerli mal və xidmətlərin rəqabətə davamlılığı möhkəmlənər.

İctimai Vəsaitin Monitorinqi Mərkəzinin direktoru İnqilab Əhmədov, adətən, neft ölkələrinin dövlət büdcəsinin 25-90 faizinin məhz neft gəlirləri hesabına formalaşdığını qeyd edib. Onun sözlərinə görə, büdcənin neft gəlirləri hesabına formalaşması büdcə risklərini artırır, profisit, idarəetmə problemləri yaradır, büdcənin tənzimləyici vasitələri zəifləyir. Onun sözlərinə görə, daxili iqtisadiyyatda dövlət büdcəsini bir orqan həyata keçirməli və tənzimləyici rolunda çıxış etməlidir. .Eyni zamanda riskləri kompensasiya etmək üçün qanunvericilik bazasını təkmilləşdirmək və eləcə də bədxərclilik sindorumunu aradan qaldırmaq lazımdır. İ.Əhmədov Azərbaycanda büdcənin formalaşmasında yaxından iştirak edən Neft Fondu ilə büdcə arasındakı əlaqələr barədə də danışaraq bu əlaqənin çox zəif olduğunu qeyd edib: “Hesab edirəm ki, neft gəlirləri ilə bağlı, həm də idarəetmə problemləri var. Hazırda regional büdcə ilə dövlət büdcəsi arasında əlaqə yoxdur. Ölkə büdcəsini Sosial Müdafiə Fondunun, Dövlət Neft Fondunun gəlirləri və eləcə də xarici kreditlər formalaşdırır.

2002-ci ilə qədər Dövlət Neft Fondu ilə dövlət büdcəsi arasında heç bir əlaqə mövcud olmayıb. Yalnız 2005-ci ildə ikitərəfli əlaqələr bərqərar olunub. Təbii ki, belə əlaqənin olmaması xərclərlə bağlı riski daha da artırır. Çatışmazlıqların aradan qaldırılması və islahatların həyata keçirilməsi ilə bağlı, Neft Sənayesində Şəffaflıq Koalisiyasının özünəməxsus təklifləri də var. Belə ki, koalisiya hesab edir ki, ilk növbədə instutsional islahtalar aparılmalı, qanunvericilik bazasına dəyişikliklər edilərək, daha da təkmilləşdirilməlidir. “

Dünya Bankının Azərbaycan üzrə baş iqtisadçısı Xristos Kostopolous isə “Dünya Bankının dəstəklədiyi islahatlar proqramı” mövzusunda məruzə edib. Onun sözlərinə görə, iqtisadiyyatı tək neft faktoru üzərində qurmaq gələcəkdə böyük risklərə yol açır: "Mənim fikrimcə, mümkün olduğu qədər neft gəlirlərini özəl sektora yönəltmək daha səmərəlidir. İndiki imkanlardan maksimum istifadə etməklə, ölkədə yoxsulluğun səviyyəsini daha da azaltmaq olar. Dünya Bankı olaraq, biz bu sahədə Azərbaycana dəstək olmağa hər zaman hazırıq. Bütün bunları nəzərə alaraq, biz sosial sahələrə, infrastruktura daha çox investisiya yatırırıq". Xristos Kostopolous Hesablama Palatasının işinin təkmilləşdirilməsini də vacib sayır. Onun sözlərinə görə, hazırda ölkəmizdə bu qurumun fəaliyyətində bir qədər geriləmə müşahidə olunur.

Toplantıda iştirak edən Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının üzvləri Azər Əmiraslanov, Əli Məsimli və Vahid Əhmədov da müzakirə olunan məsələlərə münasibət bildiriblər.


1 ... 3 4 5 ... 17


Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:38:31

 

SAYTDA AXTARIŞ

XƏBƏR BAŞLIQLARI

НЕФТЬ АЗЕРБАЙДЖАНА: доходы, расходы и риски (взгляд из 2007)
19 sentyabr 2008-ci ildə  Caspian Plazanın Konfrans zalında İctimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA)” Koalisiyası “Əsrin kontraktının 14-cü ili və  neft-qaz sənayesində şəffaflıq təşəbbüsü” mövzusunda Dəyirmi Masa keçirdi
Milli Büdcə Qrupunun İdarə Heyəti və «Mədən Sənayesində Şəffaflığın Artırılması» üzrə QHT Koalisiyası Şurası tərəfindən Azərbaycan Respublikası Prezidentliyi namizədənə ünvanlanan müraciət
"Dövlət xərcləmələri: səmərəlilik və şəffaflıq müstəvisində" mövzusunda Dəyirmi Masa (Bakı şəhəri, Kaspian Plaza, 11 senytabr 2008-ci il )
“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 16-cı sayı hazırlanmışdır.
ЗАЯВЛЕНИЕ общественных объединений Азербайджана по поводу событий в Республике Грузия (Баку, 12 августа 2008)
MSŞA Koalisiyası 8-ci  hesabatla (2007-ci ilin yekunları üzrə) bağlı rəyi açıqlayıb.
MSŞA QHT Koalisiyasının növbəti XI Ümumi Yığıncağı ilə bağlı mətbuat üçün açıqlama
“MHŞT-in Azərbaycanda tətbiqi:  5 illik dövrə retrospektiv baxış” Mövzusunda konfransın press-relizi (17/06/2008)
Mətbuat üçün açıqlama (31/05/2008)
Hesabat: “Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi(26/05/2008)
Zaqata, Quba, Gəncə yerli TV-də Tok-Şoular
İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyasının “Neft gəlirlərinin yerləşdirilməsi və idarəedilməsi: risklərdən necə sığortalanmalı” mövzusunda Dəyirmi Masanın PRESS-RELİZİ (Bakı şəhərı, BMM, 18/04/2008)
Göyçay rayonunda dəyirmi masa
“Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi
  05 aprel 2008-ci il tarixdə MSŞA Koalisiyası Gəncə şöbəsinin şura iclası keçirilmişdir.
Milli Büdcə Qrupu və Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisiyasının mətbuat üçün açıqlaması
Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə yeddinci hesabatını açıqladı
İctimai Birliklərin MSŞA Koalisiyasını bir qrup Şura üzvləri Hökümət Komissiyasının sədri Şahmar Mövsümovla görüşüb
ARDNŞ-nin maliyyə axınlarının izlənməsi, təhlili və onun şəffaflığının qiymətləndirilməsi layihəsi" üzrə yekun konfrans barədə məlumat
Kamboca dövlətinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş (11/02/2008)
Fevralın 8-də Beynəlxalq Mətbuat Mərkəzində Mədən Sənayesində Şəffalıq Təşəbbüsü çərçivəsində görüş
25 yanvar 2008-ci il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində Ictimai Birliklərin Mədən Sənayesində Şəffafliğın Artırılması üzrə Koalisiyasi 2008-ci il üzrə Fəaliyyət Proqramının təqdimatını keçirtdi
23 yanvar 2008: Mətbuat üçün açıqlama
İIQTİSADİ VƏ SOSİAL İNKİŞAF MƏRKƏZİ: İctimaiyyət Üçün Açıqlama
Almaniya və Hindistanda Azərbaycandakı iqtisadi vəziyyət müzakirə olunub
“Gənclərin MHŞT proseslərinə cəlb olunması” layihəsi çərçivəsində yekun  konfrans keçirilmişdir
Qırğızıstanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü təmsil edən QHT nümayəndələri ilə görüş keçirilib.
MHŞT üzrə yeddinci mərhələnin hesabatlarına “Mur Stefens” şirkəti rəy verəcək
Azərbaycanda MHŞT üzrə yeddinci hesabat mərhələsi başlandı

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004-2008 TSW 3.1.9
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.355705