Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 7 Yanvar 2009, Çərşənbə | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

İNFLYASİYA KALKULYATORU

Azərbaycanda İnflyasiya Kalkulyatoru

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

İnvestisiya Şirkətinin iştirakçı olduğu layihələr də bahalaşır

İnvestisiya Şirkətinin iştirakçı olduğu layihələr də bahalaşır
Nizamnamə kapitalı (90 milyon manat) Dövlət Neft Fondu hesabına formalaşdırılan Azərbaycan İnvestisiya Şirkətinin Avropa Yenidənqurma və İnkişaf Bankının məsləhətçisi olan “Allied İnvestment Company” tərəfindən hazırlanan neft-kimya kompleksinin yaradılmasını nəzərdə tutan layihə ilə bağlı bir sıra suallar yaranıb. Bu barədə məlumat verən şirkətin Müşahidə Şurasının icraçı direktoru Anar Axundovun sözlərinə görə, əsasən layihənin texnoloji və maliyyə tərəfləri ilə bağlı olan suallar artıq məsləhətçiyə göndərilib və yaxın vaxtlarda cavablar alındıqdan sonra layihə hökumətə təqdim olunacaq. Qeyd edək ki, mövcud variantlardan biri kimi kompleksin Sumqayıtdakı kimya zavodlarının bazasında yaradılması planı var. Layihənin 3 mərhələdə 10 ilə icra etmək nəzərdə tutulur. Onun ilkin dəyəri 500 mln. dollar qiymətləndirilir,  lakin layihə başa çatdırılanadək bu həcmin artacağı gözlənilir.

AİS-in Küveyt Maliyyə Evi ilə birgə yaradacağı investisiya strukturunun isə payıza qədər formalaşdırılacağı gözlənilir. Mayda bununla bağlı tərəflər arasında imzalanmış memoranduma əsasən yaradılacaq struktur vasitəsilə Azərbaycan iqtisadiyyatına xarici investisiyaların cəlb olunması nəzərdə tutulur. Onun səhmlərinin 25 faizi AİS-ə, 75 faizinin isə Küveyt Maliyyə Evinə məxsus olacaq.

Şirkətin 9 mln. dollar vəsait ayırmağa qərar verdiyi Səngəçal-Qaradağ neft-qaz terminalı layihəsinin son qiymətləndirilməsi istiqamətində Amerikanın “Nexand” şirkəti ilə müzakirələr davam etdirilir. A.Axundovun dediyinə görə, müzakirələr zamanı layihənin dəyərinin artmasından da danışılıb. Belə ki, layihənin əvvəlcə nəzərdə tutulan 90 mln. dollardan daha baha başa gəlməsi gözlənilir: “Nexand bu artımın səbəblərini və bunun terminalın gücünün artması ilə əlaqəsini əsaslandırmalıdır. ”

Xatırladaq ki, bu layihədə AİS-in tərəfdaşı “Azərsun Holding” şirkətlər qrupuna daxil olan “Qafqaztransservis” şirkətidir. Və bu, həm də “Azərsun”la AİS-in partnyorluq etdiyi ikinci layihədir (Birinci layihə duz zavodunun tikintisi ilə bağlıdır –red.).

Maraqlıdır ki, şirkət rəhbərliyi Azərbaycanda insulin zavodu tikmək ideyasını indi də ingilis firması ilə reallaşdırmaq niyyətindədir. Bu barədə məlumat verən A.Axundov bildirib ki, onlar layihənin ətraflı qiymətləndirməsinin yekunlarını gözləyirlər və layihə barədə konkret məlumat avqustda açıqlanacaq: “Dünyada insulin substansiya (son məhsul üçün xammal) və son məhsul formasında istehsal olunur. Substansiya istehsalçılarının sayı çox məhduddur, çünki belə müəssisələr sayı 50 milyon nəfərdən yuxarı olan əhalinin tələbatına hesablanır. Bizim ideyamız məhz son məhsul istehsalıdır. Bu zaman substansiyaların dünyanın ən qabaqcıl istehsalçılarından alınması planlaşdırılır. Bu məsələdə heç bir qənaət olmayacaq.” İcraçı direktor onu da bildirib ki, layihənin ləngiməsi bazarın analizinin tələb olunması, tələbat və ümumilikdə dünyadakı qlobal vəziyyətlə əlaqədardır. Belə ki, zavodun məhsullarının xaricdəki potensial satış bazarı olaraq analoji müəssisələrin olmadığı Gürcüstan və Qazaxıstan nəzərdə tutulur. Qeyd edək ki, ilkin mərhələdə layihədə iştirak Danimarkanın “Novo-Nordiks” firmasına təklif olunub. Lakin bu firma onu rentabelli saymadığını bildirib. İndi isə danışıqlar adı çəkilməyən Böyük Britaniya şirkəti ilə apaılır. A.Axundovun verdiyi məlumata görə, layihənin dəyəri təxminən 15 mln. dollar civarında hesablanır.

AİS-in maliyyələşdirmək niyyətində olduğu daha bir layihənin – sement zavodunun tikintisinin icra olunacağı yer barədə qərarın avqustda veriləcəyi gözlənilir. AİS-in layihədəki tərədaşı olan Fransanın “Lafarge” şirkəti Tovuz rayonundakı izvestnyak – zəy yatağının ərazisini zavodun tikintisi üçün perspektiv ərazi kimi nəzərdən keçirir. A.Axundov bildirib ki, Azərbaycan hökuməti layihənin sürətləndirilməsində maraqlıdır. Buna görə də bu ilin sonunadək zavodun tikintisinə başlanması üçün fransızlarla danışıqlar aparır. Layihənin dəyəri 100-150 mln. avro həcmində qiymətləndirilir. AİS buradakı payının 20 faiz həcmində olmasını planlaşdırır.


1 2 3 4 ... 17


Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:38:33

 

SAYTDA AXTARIŞ

XƏBƏR BAŞLIQLARI

"Mədən sənayesində ŞƏFFAFLIQ" jurnalının 8-ci sayı çap olunmuşdur
İctimai Birliklərin “Mədən Səanayesində Şəffaflığın Artırılması” Koalisiyasının  təşkil etdiyi  “Qarşılıqlı Anlaşma Memorandumunun  5-cü  ili: ötən dövrün qazancları və gələcək dövrün tələbləri” mövzusunda məlumat
Qubad  İbadoğlu MŞHT üzrə beynəlxalq seminarda iştirak edib
6 Noyabr 2008-ci il Monqollarla Şura üzvlərinin görüşü barədə Məlumat
AZƏRBAYCANDA MHŞT ÜZRƏ QİYMƏTLƏNDİRMƏ PROSESİNİ HƏYATA KEÇİRƏCƏK ŞİRKƏT SEÇİLDİ
“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 17-ci sayı hazırlanmışdır
28 oktyabr 2008-ci ildə Princeton Universitetindən gələn tələbələr və Global Witness beynəlxalq təşkilatından nümayəndələr ilə  keçirilmiş  görüşə dair məlumat
25 oktyabr 2008-ci il tarixində Mədən Sənayesində Şəffaflığın Artırılması İctimai Birliklər Koalisiyanın keçirdiyi seminar haqqında məlumat
Milyonların aqibəti
НЕФТЬ АЗЕРБАЙДЖАНА: доходы, расходы и риски (взгляд из 2007)
19 sentyabr 2008-ci ildə  Caspian Plazanın Konfrans zalında İctimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA)” Koalisiyası “Əsrin kontraktının 14-cü ili və  neft-qaz sənayesində şəffaflıq təşəbbüsü” mövzusunda Dəyirmi Masa keçirdi
Milli Büdcə Qrupunun İdarə Heyəti və «Mədən Sənayesində Şəffaflığın Artırılması» üzrə QHT Koalisiyası Şurası tərəfindən Azərbaycan Respublikası Prezidentliyi namizədənə ünvanlanan müraciət
"Dövlət xərcləmələri: səmərəlilik və şəffaflıq müstəvisində" mövzusunda Dəyirmi Masa (Bakı şəhəri, Kaspian Plaza, 11 senytabr 2008-ci il )
“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 16-cı sayı hazırlanmışdır.
ЗАЯВЛЕНИЕ общественных объединений Азербайджана по поводу событий в Республике Грузия (Баку, 12 августа 2008)
MSŞA Koalisiyası 8-ci  hesabatla (2007-ci ilin yekunları üzrə) bağlı rəyi açıqlayıb.
MSŞA QHT Koalisiyasının növbəti XI Ümumi Yığıncağı ilə bağlı mətbuat üçün açıqlama
“MHŞT-in Azərbaycanda tətbiqi:  5 illik dövrə retrospektiv baxış” Mövzusunda konfransın press-relizi (17/06/2008)
Mətbuat üçün açıqlama (31/05/2008)
Hesabat: “Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi(26/05/2008)
Zaqata, Quba, Gəncə yerli TV-də Tok-Şoular
İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyasının “Neft gəlirlərinin yerləşdirilməsi və idarəedilməsi: risklərdən necə sığortalanmalı” mövzusunda Dəyirmi Masanın PRESS-RELİZİ (Bakı şəhərı, BMM, 18/04/2008)
Göyçay rayonunda dəyirmi masa
“Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi
  05 aprel 2008-ci il tarixdə MSŞA Koalisiyası Gəncə şöbəsinin şura iclası keçirilmişdir.
Milli Büdcə Qrupu və Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisiyasının mətbuat üçün açıqlaması
Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə yeddinci hesabatını açıqladı
İctimai Birliklərin MSŞA Koalisiyasını bir qrup Şura üzvləri Hökümət Komissiyasının sədri Şahmar Mövsümovla görüşüb
ARDNŞ-nin maliyyə axınlarının izlənməsi, təhlili və onun şəffaflığının qiymətləndirilməsi layihəsi" üzrə yekun konfrans barədə məlumat
Kamboca dövlətinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş (11/02/2008)

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004-2008 TSW 3.1.9
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.66651