ÖDƏDİYİNİ AŞKARLA təşkilatı Obasanjonun NMSŞT- nin qanun layihəsini imzalamasını
alqışlayır
Nigeriya Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü aktının qüvvəyə minməsini dəstəkləyən
aparıcı qeyri-hökumət təşkilatlarından biri olan ÖDƏDİYİNİ AŞKARLA-Nigeriya
keçmiş prezident lider Olusegun Obasanjonun ötən çərşənbə axşamı ofisi tərk
etməzdən əvvəl qanun layihəsinin qüvvəyə minməsi üçün imzalamasını dəstəkləyib.
Dəstək fikrini yaymış qrupun milli koordinatoru Devid Uqolor əmin etdi ki, ölkədəki vətəndaş cəmiyyəti qrupları NMSŞT haqqında qanunun qlobal Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün (MSŞT) prinsip və meyarlarına cavab verməsini təmin etmək üçün hökumət və onun bütün orqanları ilə işləməyi davam etdirəcək.
Bu yaxınlarda Milli Assambleyadan keçirilmiş sənədə imza atarkən Obasanjo qeyd etdi ki, özündən sonra Nigeriyanın neft və qaz, eləcə də bərk faydalı qazıntılar sənayesində davamlı gəlirlərin şəffaflığı irsini qoymaq üçün hərəkət etdiyinə görə çox məmnundur.
Uqolor “Biz Olusequn Obasanjonun formal olaraq NMSŞT Aktını Nigeriyada (ölkənin neft və qaz, eləcə də bərk faydalı qazıntılar sənayelərində) gəlirlərin şəffaflığı tarixində dönüş nöqtəsi kimi hərəkətə gətirən marağını görürük”.
"Biz xüsusilə ona şadıq ki, o, ofisini tərk etməmişdən əvvəl tez bir zamanda sənədi imzalamalı oldu. Belə ki, yeni prezident Umar Yar Aduanın NMSŞT-nü davam etdirmək üçün hüquqi əsası olacaq. Biz şadıq ki, yeni prezident seçkiqabağı kampaniyası zamanı bu prosesi davam etdirəcəyini bəyan etmişdi. Zamanında biz bu öhdəliyin yerinə yetirilməsinə təkid edəcəyik" deyərək o əlavə etdi.
ÖA kampaniyası əmin etdi ki, NMSŞT qanununun köməyi ilə yerlərdə maraqlı tərəflərin Milli Maraqlı Tərəflər İşçi Qrupuna (MMTİQ) namizədlərinin təklif edilməsi prosesi Milli Assambleya tərəfindən təsdiqlənməsindən əvvəl MSŞT prinsip və meyarlarına uyğun olaraq bütün maraqlı tərəflərin öz nümayəndələrini irəli sürmək imkanını təmin etməlıdır.
Gender və İnkişaf üzrə Fəaliyyət (GADA) təşkilatının koordinatoru Tijah Bolton eyni ilə Yar'Aduanı NMSŞT Qanununu yerinə yetirmək üçün atılan addımları təcili olaraq tezləşdirməyə çağırdı, belə ki, bu, mədən sektorunda, xüsusilə də ölkənin xarici valyutasının 94%-ni təşkil edən neft və qaz sənayelərində şəffaflıq və hesabatlılıq rejimini təmin etmək üçün administrasiyanın tez bir zamanda hərəkət etməyə hazır olmasına siqnal olardı.
Bundan əlavə ÖA ona ümid etdiyini bildirdi ki, NMSŞT qanun layihəsi BM və Hasilat Bölgüsü Kontraktlarına aid olan maliyyə hesabatlılığının Nigeriyada neft hasilatı ilə əlaqəli digər aspektlər sırasında neftin kəşfi, hasilatı və nəqli ilə bağlı cari xərclərin lazımi qaydada ifadə olunması və Nigeriyada neft hasilatı ilə bağlı bu cür xərclərin müqayisə olunan beynəlxalq əməliyyatlarla bağlı xərclərə ağlabatan dərəcədə uyğun olmasının təmin edilməsinə istiqamətlənmiş səmərəliliyin yoxlanılması prosesini həyata keçirmək üçün NMSŞT üçün mühitin yaradılmasını təmin edəcək.